Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DÜŞÜNCƏ PERSPEKTİVİ

[ Aktual / 7384 dəfə baxılıb ]   
|
 
Gözəl bir söz vardır: Allahın qızılgülü tikanlı yaratmasından şikayətçi olmaqdansa, tikanlar arasında qızılgülü yaratdığı üçün şükr edək. Bəli, demək ki, biri‐birindən gözəl, rəngarəng güllərin boy göstərdiyi bir bağçada şikayət etmək də, şükr etmək də mümkündür.

Düşüncə üfüqləri dar, bədii zövqləri paslanmış insanlar İrəm bağlarının içində belə olsalar bir neçə tikanın varlığına görə bütün gözəllikləri görməzdən gələrlər. Mövlana kimi bir eşq və könül ərinin “Gülün tikana səbr etməsi onu gözəl qoxulu etdi” ifadəsi nə qədər mənalıdır.
Müəyyən bir nöqtəyə nəzərlərimizi çevirdiyimiz zaman içimizin qaralması da, könlümüzün açılması da bizim əlimizdədir. Fəqət könlümüzün və gözümüzün açılması bizim baxışımızdan asılıdır. Belə bir deyim var: “Hara baxdığın deyil, hardan baxdığın önəmlidir.”

Deməli, biz əşya və hadisələrə gözəl baxa bilsək, zahirən bir çoxlarına çirkin görünən şeylərdə belə saysız-hesabsız gözəlliklər kəşf edə bilərik. Çünki hər şey ya özü gözəldir, ya da nəticəsi etibarı ilə gözəldir. Lakin əşya və hadisələrin özündəki və nəticəsindəki gözəllikləri görə bilmək üçün insanın bəzi xüsusiyyətlərə sahib olması gərəkdir. Səbirli olmaq, üfqü geniş olmaq, bədbin olmamaq kimi... Pessimist bir insanın yarıya qədər suyla dolu olan stəkana baxıb “yarısı boşdur” deməsi buna gözəl bir misaldır.

Uca Allah kainatda heç bir şeyi boş və faydasız yaratmamışdır. Əşyanın bizə baxan üzü birdirsə, Yaradıcısına baxan üzü min birdir. O halda əşya və hadisələrə ibrətlə baxa bilsək, hər şeydə Uca Allahın isimlərinin təcəllisini görə bilərik.
Əgər ətrafımızdakı gözəllikləri görməməkdən şikayət ediriksə müəyyən şablonlar daxilində düşünməkdən vaz keçib düşüncəmizi dəyişdirməyə çalışmalıyıq.

Bax, o zaman gülləri tikanlı olaraq deyil tikanlar arasında gülləri görəcəyik. Nəticədə isə həyatımızda bu zamana qədər kəşf etmədiyimiz gözəlliklərlə qarşılaşacaq və bu mənəvi atmosferdən zövq alacağıq.
Bəli... “Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar...”

Hazırladı: Asifə Əfəndi / Azerislam.com

Mənbə: "Sızıntı" jurnalı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka