Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏN... TORPAQ...?!

[ Müxtəlif / 14626 dəfə baxılıb ]   
|
 
Mən… torpaq…

Mən əvvəlcə torpaq idim. Bir ovuc torpaq. Sonra içimə RUH gəldi və mən İNSAN oldum. Bir gün bu ruh çıxıb gedəcək və mən yenə əvvəlki kimi torpaq olacağam. Bir ovuc torpaq… Bir qəbirlik torpaq...

Bu gəliş gedişin arasında ömür deyilən bir yol var. Başlanğıcı torpaq, sonu torpaq olan bir yol. Bir də ruh var. Torpağı insan edə bilmək üçün. Onun gəlişini bilib, ayaq səsini duydunsa deməli ömür adlı yolda yürüməyi də biləcəksən. Ölümün addım səsi yürüməyə başladığın bu yolun sonu, ruhun geri qayıdışı olsa da bitmə nöqtəsi deyil. Ürəyin hər tıqqıltısı bu zaman əqrəbinin yol xəritəsidir. Daim dönən və gəldiyi nöqtəyə qayıdan bu yolçuluq ölümün gəlişi ilə yeni bir ox ətrafında, yeni bir arzu, yeni bir həyat yolçuluğunda dönmək şansı qazanır. Məkan dəyişir amma məram dəyişmir.

Mən torpağam… Yəni mən, əvvəlcə torpaq idim… Hər torpaq kimi mənim də arzularım var idi… Bar verən münbit bir məkan olmaq, sevmək və sevilmək arzusu… Bu arzumu həyata keçirə bilmək üçün qayğıkeş bir bağbana, bir dosta ehtiyacım var idi.

Dost axtarışına çıxdım… Bəxtim yaman gətirdi. O da məni axtarırdı deyə bir-birimizi tez tapdıq. İlk əvvəl o əlini uzatdı. Mənə dost olduğunu sübut etmək istədi. Elə ona görə də əvvəlcə məni daşlardan təmizlədi – çünki ilk vəzifəsi təmizləmək idi… Sonra şumladı. Bu da onun ikinci vəzifəsi idi. Həm də ki, şumlanmamış torpağa toxum əkə bilməzdi axı. Sonra isə ən gözəl toxumlarını əkdi. O işini bitirmişdi. İndi mən dost olduğumu isbat etməliydim…

Dostum MƏNİ dost etməyə, məni İnsan etməyə gəlmişdi. Ruhumun yol yoldaşı idi. Mənə də yoldaş olmaq, bu ömür yolunu mənimlə bərabər yürümək istəyirdi. Məni torpaq olmaqdan qurtarıb, insan etmək istəyirdi. Bunun üçün o qəlbimi daşlardan, – kin, nifrət, qısqanclıq, nifaq, həsəd, nəfs kimi arzulardan,– təmizləmiş, oranı Quranı Kərimin kərim ayələri ilə şumlamış, iman toxumunu əkmişdi. Bu toxum sözsüz itaət sayəsinə cücərib böyüyə biləcəkdir. Bu sözsüz itaət bir rəhmət yağışına çevriləcək və bar verəcəkdir.

Dostum mənə dostluq borcunu ödəmiş, indi isə məndən qarşılıq gözləyirdi. Məndən də dostluq borcumu ödəməyi tələb edirdi…
Mən indi borclu bir insan olmuşdum. Bir zaman BÖYÜK arzularla yaşayan KİÇİK TORPAQ böyük borc qarşısında böyük-böyük işlər görməli idi. Bunun üçün ilk iş dostumu unutmamalıydım. Unutsam borcumu da unudacaqdım. Yaradan mənə yardım etmək üçün Elçi, Kitab göndərmiş, mənə hər zaman borcumu xatırladan imtahanlar göndərirdi. Gündən-günə borcum daha da çoxalırdı. Mənə borcu olduğumu xatırladanlara da bir xatırlatma borcum var idi…

Borc ödənmədikcə toxumlar çürüyür, şumlanmış ərazi xam torpağa çevrilir və xam olan torpaq rəhmət yağışından məhrum olduğu üçün daşlaşırdı. İndi o əvvəlki halıma qayıtmışdım. Bir ovuc daşlaşmış torpaq halına. Amma əvvəlkindən fərqli olaraq indi həm də bir bocum var idi. İslama, Kitaba, Peyğəmbərlərə…

Ömür adlı yolun sonu görünməyə başlayırdı. Dostumun əziyyəti zay olub gedirdi. Üstəlik borclarım da başımdan aşırdı. Böyük işlər üçün yaradılan MƏN kiçik torpağa çevrilirdim. Böyük arzuları kiçik nəfsani arzularının içində itib batırdı. Düşmən mənim ərazimdə at oynadır, meydan sulayırdı. İçimdəki ruh darıxır, qərib eldə, qərib torpaqda olduğunu düşünür, bu fani dünyanı tərk edib doğma məkana qayıtmaq istəyirdi. Ruhum geri qayıtmaq, ənginliyə qovuşmaq istəyirdi…

...VƏ bir gün TORPAQ öz mürgülü yuxusundan ayıldı və DOSTUNA tərəf qaçdı. Hardasan dostum, hardasan İslam?!… Mən İnsanam! Sənin Dostun! Sənə olan dostluğumu isbat etmək üçün gəldim… Sənə olan börcumu ödəməyə gəldim…
Torpağa da bir ovuc torpaq borcluyam. Onun da borcunu ödəyəcəyəm. Torpağa bu qədər borcla qayıda bilmərəm. Borclarımı ödəməyə qayıtdım…
Ruhum ONA qayıtmadan öncə mən sənə qayıtdım, İslam...



RÜZGAR/AZERİSLAM.COM
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:19
MƏĞRİB [ 3 rükət ]20:03
İŞA [ 4 rükət ]21:31
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka