Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İŞİNİZ VARMI, İŞİNİZ?

[ Müxtəlif / 11899 dəfə baxılıb ]   
|
 
İnsan işini heç unudarmı?

Təbii ki… Unutmasaydı “insan” adını almazdı. İnsan sözü “unutmaq” mənasına gələn “nisyan” kökündən törəyib.
Elə buna görə də insan işini unudar. Küçələr işini unudanlarla dolub-daşır. “İşsizlik” fəlakətdirmi? Əsl fəlakət “işini unutmaq”dır…

Bu, elə bir işdir ki, insan ona anadangəlmə sahibdir. Ölənə qədər də buradan təqaüdə çıxmaq yoxdur…

Bu iş böhran bilməz. Bu işdən nə bir kimsə sizi xaric edə bilər, nə də siz bu işi tərk edə bilərsiniz.

Yalnız məsuliyyətli və ya məsuliyyətsiz davrana bilərsiniz, unudarsınız və ya unutmazsınız…

Bəli, işiniz məsuliyyətinizdir.
Günahkar olaraq deyil, məsuliyyətli olaraq doğuldunuz. İşiniz boynunuza bir borc olaraq asıldı. Çünki heç bir qarşılıq ödəmədən, dəyəri ölçülə bilinməyəcək miqdarda kredit götürərək gəldiniz dünyaya.

Borclusunuz.
Borc “deyn” deməkdir, deyn “din” deməkdir.
Din borcluluq şüurudur.
Kimsə insanları “sənin işin varmı?” deyərək xəbərdar etməlidir. İşini unudan insanlara işini xatırlatması gərəkdir. Sağa-sola baxanlara, gözü bayırda qalanlara “İşinə bax!” deməsi gərəkdir.
“Nə edə bilərəm ki?”, “Əlimdən nə gəlir ki?” deyənlər yoxdurmu?

Məhz onlara “Başqa şey deyil, sadəcə işini gör!” deyərək hayqırmaq gərəkdir…

Bilirəm “ətəyimizə hücum çəkənlərdən baş aça bilmirik ki!” deyərək dərd çəkəcəksiniz.
Amma nə edək, dünyanın qədəri bu. Yürüyənlər olduqca hürənlər də olacaq. Əsl olan “məxluqların” nədən hürdüyünə deyil, sizin kiminlə hara, necə, kimlə və nə üçün getməyinizdir. Daha doğrusu bir “karvanınızın” olub-olmamasıdır.
Bəs karvan nədir?

Farsca bir kəlimədir və “qazanc” mənasına gəlir. Deməli, karvan bir ticarət yolçuluğudur. Yəni avara-avara gəzib dolaşmaq deyil, bir işi, xeyri və qazancı olan deməkdir.
Bir karvanın haradan çıxıb hara gedəcəyi və yolda harada gecələyəcəyi də əvvəlcədən müəyyən olunur. Karvanınız varsa “Əşi, qismət haradır ora da gedirəm” deyə bilməzsiniz. Məxrəciniz də, mənziliniz də öncədən bəlli olcaq. Başı boş atlarla minik atlarını biri-birindən ayıran da məhz bu deyilmidir?
Birincisinin yürüyüşünə “gəzişmə” deyilir, ikincisininkinə isə “yol almaq.” Gəzişmə ilə yol almaq arasında dağlar qədər fərq var.

Bir də karvanınızın olub-olmadığı yükünüzün olub-olmamasından bəlli olur. Çünki karvançı ola bilməniz üçün “kar-qazanc” edə biləcək bir “yükə”, yəni bir “dəyərə” sahib olmanız gərəkdir. Bunlar varsa artıq yürüməyiniz bir məsuliyyətdir. Buna məcbur, hətta məhkumsunuz.

Gedəcəksiniz…
Arxanıza baxmadan gedəcəksiniz.
Gələnlərin ya da gəlməyənlərin kimlər olduğuna fikir vermədən…
Yola nadanlar deyil, qazanc əldə edəcək dəyəri olanlar gəlsin.
Yolsuz olanlar deyil, “yollu” və “yolçu” olanlar gəlsin.

Məsuliyyətsizlər və neqativlər deyil, məsuliyyətlilər və pozitivlər gəlsin.

Bir də hürmələrə fikir verməyənlər gəlsin…
Hansı gecə yarasasız, hansı qızılgül tikansız, hansı gün qəmsiz, hansı həyat iztirabsız, hansı gözəl qüsursuz, hansı yol yoxuşsuz, hansı kənd köpəksizdir ki?!..
Və ya, hansı an şeytansız, hansı Nuh tufansız, hansı İbrahim Nemrudsuz, hansı Musa Fironsuzdur?
…hansı köpəyin hürməsi karvanı getdiyi yoldan saxlamışdır?
Əyil yerə…
Al daşı əlinə…
“Bismillah” de…
Başını daşa vur…
Ya da daşı başına…
Bəlkə o zaman işini xatırlayarsan. Karvanının olduğunu görəcəksən. Yolda yolçu olduğunu, yoldan çıxmayacağını, yolda yatmayacağını, yolu vəfasız dünyanın ciyəri beşcə qəpiyə dəyməyən nadanlarına satmayacağını anlayacaqsan.

“Bismillah” demək nədir?
“Mən nə etdiyimi bilirəm” deməkdir…
“Mən haradan başlayacağımı bilirəm” deməkdir…
“Mən bu işi kiminlə edəcəyimi bilirəm” deməkdir…
“Mən necə edəcəyimi bilirəm” deməkdir…
“Ey Rəbbim, Sənsiz heç bir şey edə bilməyəcəyimin fərqindəyəm” deməkdir…

Və “Mən edə bildiyimi Səndən aldığım güc sayəsində edirəm” deməkdir…
Nə qədər böyük böhranlar çıxarsa-cıxsın, kimsə işimizi əlimizdən ala bilməz. Və biz nə qədər usta qaytarıcı olsaq da işimizi başqasına yükləyə bilmərik.
İnsan olaraq işimiz yer üzündə yaradılış istiqamətimizə uyğun bir həyatın inşa olunmasıdır. İstər şagird olaq, istər usta, istərsə də fəhlə...

Amma mütləq bu inşaatın bir yerində bir şey olaraq...
Binanın mühəndisliyində, plan və proyektində, bünövrəsində-tavanında, materialında, işçisində, sərmayəsində əməyimiz keçərək…

Amma mütləq bir işin qulpundan yapışmaq şərtilə.
“Ev yıxanlar”mı?
“Bismillah” de, al daşı əlinə, işində ol!..



“Yaşayan yazılar"kitabından hazırladı: Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka