Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏQİDƏ, QƏBİLƏ, QƏNİMƏT

[ əqidə / 17054 dəfə baxılıb ]   
|
 
Aşura, Ərəbcə ‘aşara [on] və ya aşardan [onuncu] kəlməsindən törədilib. Qəməri ayların ilki olan Məhərrəm ayının 10-cu gününə verilən addır. Buxarinin tədqiqatında Həzrəti Aişə və Abdullah ibn Ömər rəvayətlərinin icmalından gəldiyimiz qənaətə görə, cahiliyyə dövrü Ərəbləri də aşuranı qeyd edərdilər. Bu onlara Həzrəti İbrahimdən qalan bir ənənə idi. Yenə cahiliyyə Ərəbləri həmin günü oruclu keçirərdilər. Peyğəmbərlik gəldikdən sonra Həzrəti Peyğəmbər də bu orucu tutmağı davam etdirdi.

Bəzilərinə görə isə aşura, Yəhudilərin qeyd etdiyi bir bayram idi. Çünki onlar Fironun zülmündən aşura günü xilas olmuşdular. Həzrəti Peyğəmbər hicrətdən sonra onların həmin günü oruclu keçirdiklərini görüncə, səbəbini öyrəndi və "Biz Musaya sizdən daha yaxınıq" [Buxari] dedi. Özü də oruc tutdu və Müsəlmanların da oruc tutmalarını tövsiyə etdi.

Hicrətin 2-ci ilində Ramazan orucu fərz qılındı. Bundan sonra isə eyni həyacanla olmasa da, Rəsulullah və bəzi Müsəlmanlar aşura orucunu tutmağa davam edirdilər.

Bu iki rəvayəti birləşdirmək də mümkündür. Bizim qənaətimizə görə aşura İbrahimi bir ənənə olaraq həm İsmayıl oğulları həm İshaq oğulları tərəfindən miras buraxılmışdır. Yəhudilərin bölgəyə gəlişiylə bu iki ənənə təkrar bir-birinə qarışmış, bir çox sahədə olduğu kimi aşura məsələsində də bir-birinə təsir edərək davam etmişdir.

Səhih olmayan bəzi qaynaqlarda, doğruluğunu isbat etmək mümkün olmayan bir sıra rəvayətlər də vardır: Aşura günü Həzrəti Adəmin tövbəsi qəbul edilmiş, Həzrəti Nuh quruya ayaq basmış, Həzrəti İbrahim atəşdən xilas olmuş… İsbat etmək mümkün olmasa da, bunlar kollektiv şüurun aşuranın ruhuna uyğun qeyri real bir səmərəsidir. Başa düşmək mümkündür. Mövcud olan bütün gözəlliklər aşura qazanının içinə atılıb qarışdırılmışdır. Eynilə aşurada bişirilən hədik kimi, kollektiv şüur da hər qurtuluşu xəyalında qurduğu bu qazana atıb qarışdırmış, bişirmiş və gələcək nəsillərə təqdim etmişdir.

Rəsulullahın Ramazan orucu fərz qılınana qədər tutduğu aşura orucunu mütləq hüquqi bir çərçivəyə yerləşdirməyə çalışan üləmamız, bu barədə həmfikir deyillər. Lakin biz bunu hökmən formal qəlibə salmağa məcbur deyilik. Ramazandan əvvəl də sonra da Əfəndimiz aşuranı oruclu keçirmişdir. Bizim qənatimizə görə də əsas olan onun formal tərəfi deyil, məqsədidir.
Aşuranın İbrahimi bir ənənə olduğunu düşünsək, Əfəndimizin bu orucu tutmaqdakı məqsədini, onu inşa və tərbiyə edən Quranın qanunları arasında axtarmalıyıq. Ən'am surəsinin 90-cı ayəsi 18 peyğəmbərin adı saydıqdan sonra belə bitir: "Məhz bütün bu peyğəmbərlər Allahın rəhbərliyinə tabedirlər; bu halda sən də onların izini təqib et!"

Allah, aləmlərə rəhmət Elçisini özündən əvvəlkilərin yolunu izləməyə çağırır. O da Allahın bu çağırışını hər vasitədə və fürsətdə həyata keçirir. Bizim üçün bu məqsəd, üzərində ixtilaf edilən normatif yanaşmaların hamısından daha açıqlayıcı və düşünən qəlbə daha uyğun deyilmi? Əfəndimiz, adəti üzrə aşura orucunda da Yəhudilərdən və cahiliyyə insanından fərqli bir şəxsiyyət formalaşdırmaq üçün yalnız bir gün oruc tutmurdu. Məhərrəmin 9-cu və 11-ci günlərini və ya bunlardan birini 10-cu günlə birləşdirərək üç [və ya iki] günü birlikdə oruclu keçiridi.

Məqsədi anladıq. Yaxşı bəs bundan bizə qalan nədir?
Aşura günü oruc tutan Nəbi, özündən əvvəlki nəbilərin izini təqib edirdi. Biz də bu sünnəti davam etdirməklə, əslində Nəbinin izini izləmiş oluruq. Elə bir karvanın arxasına düşürük ki, bu karvan insanlıqla yaşıddır. Bu karvan, insanlığın dəyişməz dəyərlərini təmsil edir. Bu karvan, bizim imanımızı cahanşümul edir. Bu karvan, bizi yeni zühur edən və fürsət gözləyən bəlalar qarşısında dözümlü edir. Bu fürsətçilərə dönüb, hal diliylə belə demiş oluruq: Sizi nə qədər qədim bir tarixə maliksiniz ki, bizə meydan oxuyursunuz? Siz kimsiniz? 300 illik, 200 illik, 150 illik, 100 illik, 80 illik keçmişsiniz. Sabaha sizdən nə qalacağı mübahisəlidir. Utanmadan qarşımıza çıxıb meydan sulamağınız nə deməkdir? Ey fürsətçilər! Yaxşı bilin ki, sizi ciddi qəbul etmirik! Sizdən qorxmuruq! Sadəcə sizin üçün üzülürük! Belə getsə, Şeytanın əsgəri olacaq, Qabilin, Nemrudun, Fironun, Ad, Səmud və Lut qövmünün aqibətinə uğrayacaqsınız. Və biz insanlıq dastanı boyunca necə vardıqsa, gələcəkdə də olacağıq!"

Ancaq, aşura qazanının içində şirin olsa da, tariximizdə eyni gün olan elə bir hadisə var ki, tövhid və ədalət əhli olan Müsəlmanlar üçün dünyanın bütün ağrılarına bədəldir: Kərbəla faciəsi. Çünki o gün yer üzünün üzünü qaraldan bir zülm işləndi. Cənnət gənclərinin əfəndisi Həzrəti Hüseyn və 72 yaxını vəhşicəsinə şəhid edildi. Elə deyirdi Həzrəti Hüseyn: "Bu Dəclənin suyunu qurdlar belə içərkən, Rəsulullahın övladını susuzluqdan öldürməniz rəvadırmı?"

Həzrəti Hüseyn "əqidə" üçün, Yezid "qəbilə" üçün savaşmışdı. Rəsulullahın "Anam atam sənə fəda olsun" dediyi iki adamdan biri olan Saad b. Əbu Vaqqasın oğlu və Yezidin Həzrəti Hüseynin üzərinə saldığı ordunun komandiri Ömər b. Saad "qənimət" üçün savaşırdı. Bu qənimətçi adam, öldürməyə gəldiyi Hüseyn namaza durunca ona camaat olaraq uymaqda bir beis görmürdü. Həzrəti Hüseynə də utanmadan belə deyirdi: "Ey Hüseyn, ürəyimiz səninlə amma qılınclarımız Yezidlədir". Ətrafınıza baxın:

Ürəyi Hüseynlə olduğu halda qılıncı Yezidlə olan nə qədər bədxah görəcəksiniz.

O gündən bu günə zaman dəyişdi, məkan dəyişdi, imkan dəyişdi, lakin savaşın bu üç ünsürü dəyişmədi. Savaşlar yenə üç şey uğruna edilir: Əqidə, qəbilə, qənimət.
Əqidə bəllidir. Bu günün qəbilələri "xalqlar", "dövlətlər", "birliklər" və "müqavilələr"dir. Bu günün qəniməti də enerji qaynaqlarıdır...


Hazırladı: Əlif / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka