Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏRMAYƏM EŞQDİR

[ Müxtəlif / 12175 dəfə baxılıb ]   
|
 
Ürəyini sipər et! Güvənlik içində olarsan.
Nəbadə “Yoruldum” deyəsən.
Köksünə ürəyindən başqa talisman asanlar yorularlar.
Köks qəfəsin ürəyini kədərdən bir məngənə kimi sıxdıqda içində eşq varmı, ona bax.

Əgər varsa, qəm yemə, istər dağlar qədər gəlsin. Çünki eşq kədəri həyata çevirən bir eliksirdir.

Kədərə aşıq olanların
“Ey təbib, əldən gəlirsə, yaramı gəl, əlləmə...
Yar əlindən gəlmədir bu, yarəmi məlhəmləmə…”

sirri burada gizlənir.

Bu sirri kəşf edənlərdən biri olan sevdanın ustadı belə demirmi: “Mən hüzünlərin Peyğəmbəriyəm.”

Eşq varsa əgər, sən deyil, dağlar titrəsin.
Sən kədəri eşqlə bala çevir. Onu bir məlhəm kimi ürək yaralarına, xəyalının və ümüdünün qırıq yerlərinə, içinin məzarlığa dönmüş yerlərinə çək.
Xainlərə, xəyanətlərə fikir vermə. Çünki onlar əzabı eşqə çevirə bilməyən zavallılardır. Onlar möhtəşəm əzablara deyil, alçaldıcı sevinclərə üstünlük verən eşq səfilləridirlər.
Unutma ki, min sevincin verə bilmədiyini bir kədər verir. Kədəri eşqin limanında tükənməz bir enerjiyə çevir. Xatırla ki, ürək nüvə istehsal edən güc mərkəzidir. Sevən və inanan bir ürəklə heç bir atom stansiyası müqayisə oluna bilməz.
Bil ki, ümüddən söz etdiyin hər an eşqdən söz edirsən.
Çünki ümüd eşqin balasıdır.
Eşqsiz ümüd plastik kukla kimidir, oynadar, köhnəldər və atarsan.

“Ümüdüm kəsildi” demə, həqiqəti söylə, eşqinin bitdiyini…
Görəsən eşq heç bitərmi? Bitər, əgər ölümlüdən ölümlüyədirsə və ölümlü adınadırsa bitər…
O eşq surətində görünən əsarətdir. Əsarət əsir edər, eşq isə azad…
Bir duyğunun eşq mi, yoxsa əsarətmi olduğunu bilmək istəsən rənginə bax.
Rənginə bax, qaradır, yoxsa ağ?
Sevdanın qarası insanı kölə, ağı isə azad edər.
İnsanı azad edən eşqə məhəbbət deyilir.
Məhəbbət ürəyə düşmüş bir toxumdur; “yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər biri yüz ədəd dən verər”...
Məhəbbət insanın xərclədikcə çoxalan tək sərmayəsidir. Hər şey xərcləndikcə azalar, məhəbbət isə əsla. Çünki məhəbbət «müəbbət»dir [əbədi].

Üzərinə gələn zülmətin qara üzlü, qara vicdanlı, qara güclərini eşqin sipərinə sığınaraq dəf edə bilərsən. Onlar uduzdular, onlar nifrətin əli qanlı təmsilçiləridir... Sən qazandın; çünki sən eşqin cəbhəsində yer tutdun, eşqin və eşqinin.

Hesab apararkən tarixi unutma, coğrafiyanı unutma. Kədəri unutma, ağrını unutma. Sakaryanı, Nili, Tunanı, Fəratı, Dəcləni unutma.

İstanbulun, Qahirənin, Bağdadın, Şamın, Məkkənin uşaqları olduğunu unutma. Sənin qara, sarı, ağ qardaşlarının olduğunu, ürəyinin Asiya, Afrika, Avropa, Amerika tərəflərinin olduğunu unutma!

Fəqət hesabını apararkən mütləq belə başlamalısan:

«Sərmayəm var – eşq...»

Mustafa İslamoğlu

Hazırladı: Muhsin / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka