Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏVAF

[ Həcc / 9753 dəfə baxılıb ]   
|
 
Təvaf, eşqin hərəkət halıdır.
Təvaf, varlığın ilahi xoruna insanın qatılmasıdır.
Təvaf, kosmik hərəkətliliyin teatral bir təqlididir.
Təvaf, qulluğu qəbul edilmiş insanın cənnətdə göstərəcəyi sevinc və hüzur halının simvolik bir ifadəsidir.

Kainatda var olan hər bir şeyin hərəkətli olduğunun, təvafdan daha gözəl bir ifadəsi ola bilməz. Atomdan kiçik olan parçacıqlardan atoma, atomdan planetə, planetdən ulduza, ulduzdan qalaktikaya, qalaktikadan qalaktikalar aləminə, xülasə mikrodan makroya hər bir şey təvaf halındadır.

Materializmin qanunlarından olan mexaniki və sabit kainat təsəvvürü, kvant* qanununun kəşfiylə tarixə qarışdı. Bilirik ki, kainatda hər şey təvaf halındadır.

Elektron atom nüvəsini təvaf edir. Elə təvaf edir ki, tutulmur.
Qan ürək mərkəzli insan bədənini təvaf edir. Əgər qan bu təvafını bir müddət dayandırsa, insanın bu dünyadakı qonaqlığı sona çatar. Yəni, qanın təvafını dayandırmasının digər adı ölümdür.
Ay, dünyanı təvaf edir. Dünya, günəşi təvaf edir. Günəş, sistemiylə birlikdə aid olduğu qalaktikanın mərkəzini təvaf edir. Samanyolu qalaktikası bilinməyən bir mərkəzi [öz Kəbəsini] təvaf edir. Xülasə zərrədən kürrəyə hər şey təvaf halındadır. Əgər cahanşümül təvaf bir an dayansa, kainat sanki ürəyi dayanan bir bədən kimi məhv olacaq, öləcək.

Qiyamət, kosmik təvafın dayanması deməkdir.
Bu bildiyimiz dünyalar. Ya bilmədiyimiz, idrakımızın qavramaqdan aciz qaldığı bambaşqa dünyaların təvafı? Ya məna aləminin baş döndürən dövranı? Ya metafizik aləmlərin, ağlın idrakdan aciz qaldığı, zaman və məkan üstü hərəkəti?
Ya aləmi mələkutun, görünməz varlıqlar kainatının meta kosmik təvafı?

Bax, burada bir an dayanıb, cahanşümül xora qatılmaq mənasını verən təvafın edildiyi dünyanı və "Şəhərlərin Anası" [Ummu'l-Kura: 6.92] Məkkənin içində olduğu bölgəni, coğrafi və tarixi baxımdan qısaca təhlil edək.

* Lord Kelvin, XIX yüz ilin sonuna doğru fizikanın az qala tamamlandığı fikrindədir. Ona görə yalnız istilik və işıq teoriyası üzrə bəzi kəşflərə ehtiyac var. Lakin H. Hertzin 1887 – ci də kəşf etdiyi "fotoelektrik təsir və istilik teoriyası" ilə, reallaşdırılan təcrübələr arasında qəribə uyğunsuzluqlar baş verdi...
Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka