Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURBAN

[ Həcc / 12636 dəfə baxılıb ]   
|
 
"Rəbbim! Mənə salehlərdən olacaq bir övlad bəxş et! Bunun üzərinə biz də onu saleh bir oğlan uşağı ilə müjdələdik.
Birlikdə çıxdıqları bir gün dedi ki: ‘Övladım, yuxumda səni qurban etdiyimi görürəm, bir düşün, bu barədəki fikrin nədir?'
Dedi ki: ‘Atacan, əmr olunduğun şeyi et. İnşaallah məni salehlərdən biri olaraq görərsən.' Bu şəkildə hər ikisi də Allaha təslim olduqları və atası oğulunu alnı üzərinə yatırdıqda nida etdik: ‘Ey İbrahim! Yuxunu reallaşdırdın. Bax, biz Allahı görürmüş kimi davrananları belə mükafatlandırarıq.'
Məhz bu, məqsədi açıq – aydın olan bir imtahan idi. Ona fidyə olaraq böyük bir qurbanlıq verdik. Sonradan gələnlərə onun xatirəsini saxladıq.

İbrahimə salam olsun!..." [Saffat, 101-109].
Bəli, " İbrahimə salam olsun!" Allahdan, mələklərdən və dünyanın sonuna qədər gələcək bütün möminlərdən.
Çünki, o insanlığa, Allahın iradəsinə qeyd – şərtsiz təslim olmağı öyrətdi. İbrahim adı təslimiyyətin digər adıdır. O insanlığa azadlığı öyrətdi. O insanlığa eşqi öyrətdi. Eşqin yandırmayacağını, aşiqin yanmayacağını öyrətdi.
Allahı razı edən İbrahimin xatirəsini Allah ucaltdı. Onu dünyada unudulmamaqla mükafatlandırdı.

İbrahim insanlığa qurban verməyi öyrətdi, ən dəyərli varlığını Ən Böyük Olana qurban verməyi. Bu bir mizan, bir teatr səhnəsi deyildi. O, illərdir çəkdiyi övlad həsrətindən sonra qovuşduğu ciyərparasını qurban edərkən nə zarafat edir, nə də şərt kəsirdi. "Balam qurban oldu!" deyərək bunu icra edirdi, amma Allah onu sınamışdı. İbrahim imtahanı alnı açıq, üzü ağ verdi. Bu imtahan İbrahim üçün atəşə atlamaqdan da çətin bir imtahan idi. O bu imtahanı da alın açıqlığı ilə vermiş, təslimiyyətini pərçimləmişdi.

İbrahimin rolunu oynamaq

"Heyvanların qurban edilməsinə gəlincə: Biz bunu sizin üçün Allah tərəfindən qoyulmuş simvollardan biri olaraq təqdir etdik ki, bunda sizin üçün faydalar var. Elə isə artıq [qurban edilmək üçün] sıraya düzüldüklərində onların üzərinə Allahın adını anın və cansız olaraq yerə sərildiklərində onların ətindən özünüz də yeyin, öz nəsibiylə kifayətlənib istəməyənlərə də, istəmək durumunda qalanlara da yedirdin. Biz məhz bu məqsədlə onları sizin xeyrinizə təqdim edirik ki, şükr edəsiniz.

"Onların nə ətləri Allaha çatar, nə də qanları, lakin Ona çatan yalnız sizin təqvanızdır. Bax, bu məqsədlə onları sizin xeyrinizə edirik ki, sizə çatmaq yolunu – yöntəmini göstərdiyi üçün Onu ucaldın: indi, yaxşılıq edənləri müjdələ." [Həcc, 36-37]

Qurban " təqarrub" kəlməsindən törədilmişdir. Yəni "yaxınlaşmaq", "yaxın olmaq". Ərəb dilində fulan vəznindən gələn bütün kəlmələr aid olduğu mənaları ilə zəngindir. Bu halda qurban "insanın bütün imkanlarını istifadə edərək Allaha yaxınlaşma iradəsinin bir ifadəsidir".

Qurban, heyvanın insana verdiyi ən nəcib dərsdir. Çünki, insan, mütləq özünə qurban olacaq bir qapı axtarar. Qurban verilməyə layiq tək həqiqi qapı Allahın qapısıdır. Başqa bir qapıya qurban olan, məhv olacaq. Çünki, insanın təslimiyyətini istismar etməyən yeganə varlıq Allahdır. Allahın, insanın qulluğundan hər hansı bir mənfəəti yoxdur. Əksinə qulluqdan qazanclı çıxan yeganə tərəf insandır və bu da Allahın insana olan sevgi, şəfqət və mərhəmətinin göstəricisidir.

Qurban əşyanı öz yerinə qoymaqdır. Heyvanı heyvan yerinə qoymayan, insanı insan yerinə qoymaz. Heyvanlarda tanrılıq görən bəzi antik inanc sistemləri, insanların heyvanlara qurban edildiyi əks bir ənənə meydana gətirmişdilər. Bu, məxluqatın iyerarxiyasını (Aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydası) pozmaqdır.
"Can" sahibi heyvanlar dünyası, "ruh" sahibi insanlar dünyasından aşağı kateqoriyadadır. Onun üçün heyvanlar insanların xidmətinə ‘tabe' edilmişdir. Bu ilahi qanun, itaətin gərəyidir. Buna etiraz, varlıq kateqoriyalarının ilahi iradəylə olunan iyerarxiyasına etirazdır. Zatən məqbul da qarşılanmır. Mədənlər, bitkilər, heyvanlar və insanlardan ibarət olan dörd maddi varlıq kateqoriyası arasındakı iyerarxiyalı əlaqə hər hansı bir nöqtəsindən tərsinə çevrilə bilməz. Bitkilər mədənlərdən, heyvanlar bitkilərdən, insanlar hər üçündən faydalanırlar.
Lakin mədən qurban edilməz. Bitki qurban edilməz. Onların "qurban" olması, xeyrli məqsədlər üçün sərf edilməsidir. Yəni Allah rizası üçün, birinə qızıl, gümüş və onların yerinə istifadə edilən eyni dəyərə sahib olan hər şey; "pul", ya da ki, qida dəyəri daşıyan hər bitki qarşılıqsız yardım olaraq verilər. Bu öhdəçilik, ya da könüllülük xüsusiyyətinə görə "zəkat" və "öşür" (Qurani Kərimin hökmlərinə görə onda bir olaraq alınan zəkat), "sədəqə" və "infaq" deyə adlandırılar.

Lakin heyvanlar Allah adına qurban edilərlər. Qurana görə Allahdan başqası adına qurban edilmiş bir heyvanın ətini yemək haram qılınmışdır [2.173; 5.3; 6.145; 16.115].
Heyvanların canına Allahdan başqası adına qıymamaq prinsipi, heyvan da olsa, canlının daşıdığı "can"a hörmətdir. Allahın verdiyi o canı almaq, – bu heyvan belə olsa, – ancaq Allah adına ola bilər.

Bu həm kəsilən qurbanın maddi qanuniliyinin, həm də mənəvi qanuniliyinin səbəbidir. Bir şeyin "Allah adına" edilməsi əmr olunmuşsa, Allaha iman edən möminin diqqətini ora yönəltməsi vacibdir. Mövzunun girişindəki ayələr arasında yer alan "Onların nə ətləri Allaha çatar, nə də qanları, lakin Ona çatan yalnız sizin təqvanızdır" Quranı ifadəsi, heyvanın "Allahdan başqası adına kəsilməmə" şərti ilə birlikdə düşünüldüyündə həqiqi mənasını tapır.
Bu məna "idrak"dır. Zatən təqva da, "insanın Allaha qarşı məsuliyyət şüuru" deyilmi?
İdrak, yəni "şüur" işin sirridir. Şüursuzluq necə həcc ibadətini çətinlikli bir səyahətə reduksiya edirsə, qurban ibadətini də heyvan boğazlama mövqeyinə reduksiya edir. İşin şüur qismini tərk edənin gözünə ət və qan görünər. İnsanı Allaha yaxın və dost edən ət və qan deyil. Ona qarşı duyduğu məsuliyyət şüurudur. Qurban, bu idrakın artırıldığı nisbətdə qurbandır. Çünki bu idrak artdıqca, insanın Allahı tanıma və anlama imkanı da artar. Allahı tanıdıqca və anladıqca Onun özünə yaxın olduğunu anlayar: "Şah damarından da yaxın"...
Bax, qurban "qurbiyyət", yəni "yaxınlaşdırma" funksiyasını belə ifa edər.

Qurban, Allaha daha yaxın olmaq üçün fəda etməkdir. Qurban, ağılla deyil eşqlə izah edilir. Ağıl tədbir düşünərkən aşiq gərəkli olanı edər.

Qurbanın dəyərini, qurban edildiyi qapının dəyəri təyin edər. Allahın qapısına qurban olanlar o qapıya dəyər yükləmək üçün deyil, özləri o qapının dəyərindən pay almaq üçün qurban olarlar. Çünki, can daşıyan hər varlığın qədəridir qurban olmaq.
Təəssüf ki, çoxları alçaq şeylərə qurban olurlar. Öz dəyərlərini öz əlləriylə beş qəpiklik edirlər. Təəssüflər olsun o kəslərə ki, onlar pula, qadına, kişiyə, mövqeyə, rütbəyə, dünyalığa, səltənətə, şöhrətə, qurban olurlar.

Belələri tarixə baxsın. Dörd min ildir İbrahimin xatirəsini yüz milyonlarla qadın və kişinin ağlında və qəlbində yaşadan sirr nədir? Onun barəsində düşünsünlər.

Qurbanın verdiyi nəcib dərsi öyrənmək üçün əvvəl şeytana müqavimət göstərməlisən. Çünki, o qurban verməyin və qurban olmağın qarşısını alıb itirənlərdən olmağın üçün min bir dərədən su gətirəcək. Ağlına girib, eşqinə xəyanət etməyin üçün səy göstərəcək.

Həm şeytana qarşı savaşı davam etdirməli, həm də fitrətinə sadiq qalmalısan. Unutma ki, hər hansısa bir əzası qüsurlu olan qoçlar qurban edilməzlər. Qüsursuz qapıya qüsursuz qurban yaraşar.
Və qüsursuz qapıya qüsursuz iman yaraşar. İmanında qüsuru olanlar, Allaha qurban ola bilməzlər. İmanın əzaları da əskik ola bilər. Yəni əlsiz-ayaqsız iman, dilsiz-dodaqsız iman, gözsüz-qulaqsız iman ola bilər. Bu mənəvi şikəstlik halıdır. Həqiqi şikəst odur: eşitmə qüsurlu, görmə qüsurlu, duyma qüsurlu, anlama qüsurlu... İmanı çolaq olan, tutduğunu imanıyla tuta bilməz. İmanı kor olan, gördüyünü imanıyla görə bilməz. İmanı kar olan, eşitdiyini imanıyla eşidə bilməz. Bu hal onda tam bir mənəvi karlığa, mənəvi lallığa, mənəvi korluğa gətirib çıxarar: "Kardırlar, laldırlar, kordurlar və belələri əsla dönə bilməzlər" [2.18].

Bunu bilmək üçün, əzaların Müsəlman ola biləcəyini bilmək lazımdır.

Əl ayaq, göz qulaq, dil dodaq Müsəlman olar. "Ey iman edənlər! Təslimiyyət yoluna bütünlüklə girin və şeytanın addımlarını izləməyin. Çünki, o sizin açıq-aşkar düşməninizdir" [2.208].
İslama bütünlüklə girməyənlər, bütün varlıqlarıyla girməyənlər, şeytanın addımlarını izləyəcəklər. Çünki onlar imanı gözlərinə nur, dizlərinə dərman, biləklərinə güc, dillərinə fərman olaraq əks etdirmədilər. İmanı rəhbər etməyincə, şeytanı rəhbər etməkdən başqa yol qalmadı.

Birazca düşünsən anlayacaqsan ki, imanında qüsuru olanlar Allaha qurban ola bilməzlər. İmanlarına əllərini şahid edə bilməzlər, ayaqlarını şahid edə bilməzlər. İmanına əzalarını şahid edə bilməyənlər, canlarını heç şahid edə bilməzlər. "O gün onların ağızlarını möhürləyərək bağlayarıq və onların əlləri danışar, etdiklərindən ötəri ayaqları şahidlik edər." [36.65]
Əzalar şahidlik edər.
Nəyə və necə şahidlik edərlər?
Əmrləri kimdən və haradan almışdılarsa ona. Yəni "tut" əmrini imandan alan bir əl, imanın şahididir. "Gör" əmrini imandan alan bir göz, imanın şahididir. "Get" əmrini imandan alan bir ayaq, imanın şahididir.

Qurbanını verdikdən sonra ihramın qadağan etdiklərinin bir qismi ortadan qalxar və sən bir tərəfdən şeytana qarşı savaşını sürdürərkən, digər tərəfdən də rolunun qalan qismini, amma can alan qismini ifa edirsən.

Qadağanların ortadan qalxmağının simvolik ifadəsi bədənin toxunulmaz ünsürlərinə istənilən bir müdaxilə ilə olar. Ayədəki "sonra çirklərini təmizləsinlər" [Həcc, 29], ifadəsi "İhramdan çıxınca ov edin" [5.2] ayəsinə çox bənzəyir. Burada əmr cümləsi istifadə edilsə də, kəlmə mənasında bir əmr deyil, qadağanın qalxdığını göstərən bir icazədir deyə bilərik. İkinci ayə "ovlana bilərsiniz" formasında başa düşüldüyü kimi, birinci ayə də "çirklərini təmizləyə bilərlər" şəklində başa düşülə bilər.
İhramdan çıxmaq üçün təraş olmaq, namazdan çıxmaq üçün salam verməyə bənzəyir.

İndi artıq, irfana və şüura çatmış bir möminsən. Allahla müqavilə yeniləmək üçün, şeytana savaş elan edib, qurbanla təslimiyyətini sənədləşdirmiş bir mömin olaraq Allahın evinə, ‘azadlıq evinə' girə bilərsən.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:15
GÜNƏŞ06:54
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:32
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka