Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MİNA

[ Həcc / 10019 dəfə baxılıb ]   
|
 
""Allahı sayılı günlərdə yad edin. Günahdan çəkinən biri Minadakı ibadəti tələsərək iki gündə bitirsə, bunda heç bir günah yoxdur, yubansa da, heç bir günah yoxdur. Allaha qarşı məsuliyyətinizin şüurunda olun, Onun qatında toplanacağınızı bilin." [Bəqərə, 203]

Mərifətin qərargahı Ərafat təpələrindən qopub gələn insan seli, şüurun qərargahı Məşarilharam yoluyla Zilhiccənin onuncu gününün səhərində, yəni bayramın ilk gününün səhərində Minaya axar.

Sevgili Nəbi, Minada Məscidi Hayf olaraq bilinən yerdə qonaq qalmışdır. Çünki, bir zamanlar müşrik qəbilələr onun gətirdiyi ilahi mesaja qarşı savaşmaq üçün orada bir – birləri ilə sözləşmişdilər. (Əzraqi, 2/173)
Əzraqinin nəql etdiyi bir rəvayətə görə, Həzrəti İbrahim, Kəbəni tikdikdən sonra Cəbrayılın bələdçiliyi ilə bu bölgədə, şeytanı üç dəfə daşlamışdı.

O gündən bu günə qədər bu simvolik daşlama Həzrəti İbrahimin xatirinə davam etdirilir. Şeytan daşlamanın bölgə xalqının təxəyyülündə özünə yer edən başqa bir rəvayəti də belədir ki:
Həzrəti İbrahim yuxusunu reallaşdırmaq üzrə oğlu İsmayılı qurban etmək üçün apardığında İsmayılın anası Həzrəti Həcərin xəbəri yox idi. Həcər oğlunun qurban edilmək üzrə əri tərəfindən aparıldığını şeytandan öyrənir.

"Bir ata da oğulunu heç kəsərmi?" deyir, əvvəl ağlını istifadə edərək şeytanın vəsvəsəsini özündən uzaqlaşdırır. Şeytan onu inandırmaq üçün: "Allah əmr etmişsə?" deyə sual verir. Həcər bu dəfə eşqini və imanını istifadə edərək: "Allah əmr etmişsə, sənə nə, mənə nə?" cavabını verir və şeytani vəsvəsəni üç cəmrə (Hacıların Mina vadisində şeytan daşlamaları) yerində daşlayar... (Kurtubi 15/105; Hazin və Alusi, Saffat 103 – cü ayənin təfsirində.)

Bölgə xalqının təxəyyülündə əfsanəvi bir xüsusiyyət qazanan hadisənin həqiqi mahiyyəti nə qədər dumanlı və gizlidirsə, hadisənin simvollaşdırdığı həqiqət o qədər açıq və dəqiqdir. O da, insanın şeytana, şeytani impulslara, şeytanın köməkçisi olan insan şeytanlarına və şeytani quruluş və ideologiyalara qarşı bitməyən savaşının vacibliyidir.

Kimdir şeytan?
Şeytan, şübhəsiz ki, yalnız düşmən deyil.
Şeytan, imanın iqtidarına qarşı dayanan gücdür.
Şeytan, insandakı müsbət enerji mərkəzinə qarşı savaş elan edən mənfi enerji mərkəzidir.

Şeytan, insanın təhrikedici mənliyi, azdırıcı instinktləri, əsarətə salan şəhvəti və ehtirasıdır.

Şeytan, yerinə görə insan, yerinə görə totem, yerinə görə azdırıcı bir izm, yerinə görə batil bir ideologiya, yerinə görə nemrudun, fironun yolunu davam etdirən anormal idarəçilikdir.
Yəni şeytan, insanla Allah arasına girib insanı Allaha doğru gedişindən saxlayan hər şeydir.

Şeytan, batildir. Gücü yoxdur. Həqiqəti yoxdur. Şeytanın ən böyük silahı vəsvəsədir, əsassız qorxudur. Şeytanın dəvət etdiyi heç nə həqiqi deyil bir yanılma, bir illüziyadır. Şeytan virtual bir həyata çağırar. Onun cənnəti də, cəhənnəmi də virtualdır. Onun tələsinə düşənlər yalanı həqiqətə, batili haqqa, süniliyi təbii olana, "mış kimi"ni olana, qaranlığı aydınlığa, xəyalı həqiqətə üstün tutanlardır.

Daşlanacaq olan da məhz budur. Yəni yalan, virtual olan, "...mış kimi" olan, qaranlıq, süni və xəyali olan.
Şeytanın dostlarına, şeytanın hizbinə və dəstəkçilərinə baxın. Onların bütün müvəffəqiyyətlərini gözbağlılığa, saxtakarlığa, illüziyaya və simulyasiyaya borclu olduqlarını görəcəksiniz.
Ərafatda ürəyini, Müzdəlifədə ağlını tapan Adəmsiniz.
İndi həm ağlınız, həm də eşqiniz var.

Sizi cənnətinizdən edən və edəcək olan güclərə qarşı bitməyən, atəşkəsi olmayan bir savaş başlatmalısınız.

Məşardan dəstək alaraq dönmüşdünüz. Sursatınız boldur, savaşmağa qərarlısınız. Əvvəlcə yeddi daşla yeddi dəfə atəş edəcəksiniz. Təbii ki, ən böyüyünə: Super şeytana, böyük şeytana...
Nə üçün yeddi?
Çünki, "yeddi" rəqəminin Ərəb dilindəki məcazi qarşılığı "müxtəliflik" və "saya gəlməyən miqdar"dır. Sən onu "sonsuz" mənasında anlayacaqsan. Savaşın əbədi olduğunu unutmayacaqsan. Şeytanla barış masasına oturmaq savaşı əvvəldən uduzmaqdır.

Güllələrini Həzrəti Peyğəmbərin bu şüarı ilə atacaqsan: "Bismilahi Allahu Əkbər rağmən lişşeytani və hizbihi: Şeytan və partiyası qarşısında ən böyük olan Allahın adıyla..."
Quranda Mücadilə surəsinin 12-22 ayəsində keçən iki anlayış, bir – birinin ziddi olaraq istifadə edilər.
"Hizbullah: Allah tərəfdarları."
"Hizbuşşeytan: Şeytan tərəfdarları."
Sən şeytanı daşlamaqla kimin tərəfində olduğunu bildirmiş olursan. Haqq –batil savaşında tərəfsiz olmadığını irəli sürürsən. Bilirsən ki, bitərəf olanlar bərtaraf (ortadan qaldırılmış, çıxarılmış.) olarlar. Hər tərəfi dəstəkləyənlərin nə olduqlarını artıq sən hesabla...

Minada simvolik olaraq daşladığın şeytan bəzən bir kola şüşəsi olaraq gəlib mədəndə və ürəyində özünə yer edə bilər. Bəzən səni radarıyla basir, kəşfiyyatıyla səmi, nüvə silahıyla qahhar, diplomatiyasıyla cabbar, qarşılıqsız köməkləri ilə rəzzaq olan saxta bir ‘tanrı' olduğuna inandırmaq istəyə bilər. Bəzən ‘super güc' əfsanələri ilə ovsunlaya bilər. Hətta super şeytanların qarşısı alınmaz bir güc olduğu vahiməsinə qapıla bilərsən.

Belə vəziyyətlərdə söyləyəcəyin yeganə kəlmə bu ilahi şüardır.
"Bismilləhi Allahu əkbər!"
Bəli, Allah ən böyükdür. Bunu inanaraq söylədinsə, heç kəs səni "qorxunun qulu" halına gətirə bilməz.
Haydi bir daha... Bir daha söylə.
Daşla şeytanı. Şeytanları...
Böyüyünü, ortancılı, kiçiyini.
Məlumunu, mücərrədini.
Kəfənindən başqa itirəcək heç bir şeyin yoxdur. Amma qazanacaq çox şeyin var: Allahı və cənnəti qazanacaqsan, yetməzmi?
İbrahim olub qurbanını kəsdikdən və ihramın qadağan etdikləri, – cinsi münasibətdən başqa, – qadağanın ortadan qalxdığını simvollaşdıran taksir (Taksir – qısaltma, saçı, saqqalı təraş etmək...) edildikdən sonra savaşı Minada ikinci gün də davam etdirməlisən. Düşmənin məğlub olduğundan əmin olmalısan.
İkinci gün 21 daş atacaqsan: Sıra ilə: kiçiyə, ortancıla və böyüyüyə. Hər birinə 7 dənə güllə... Cəmi 21 edər. Bu, eyni zamanda İsmayılını qurban edən İbrahimin layiq olduğu bayramı 21 yayılım atəşi ilə qarşılamağındır.

Cihada davam etmək istəyirsənsə, – Həzrəti Peyğəmbər davam etmişdi, – 3-cü və 4-cü günlərdə Minada sipər qurmalısan. Sözü gedən günlərdə də düşmənin bağrına yeddi dəfədən 21 güllə sıxmalısan. Hədəfi doğru vura bilmədinsə, onun yerinə yenisini atmalısan. Əgər Müzdəlifədən özünlə kifayət qədər sursat gətirməmisənsə, Minadan da yığa bilərsən. Ancaq bir şərtlə: İstifadə edilmiş güllə olmasın.

İlk günkü 7, sonrakı üç gündə 21, cəmi 70 edər. Bu rəqəm də eynilə 7 kimi çoxluğa işarədir və sonsuzluğa dəlalət edər.



Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka