Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜZDƏLİFƏ [MƏŞARİLHARAM]

[ Həcc / 12354 dəfə baxılıb ]   
|
 
"Ərafatdan endiyinizdə Allahı Məşarilharamda anın; Onun sizə bildirdiyi şəkildə Onu zikr edin. Necə ki, siz əvvəllər yolunuzu itirmişdiniz. Sonra insanların cəm olaraq getdiyi yerdən siz də gedin, Allahdan bağışlanma diləyin. Allah bağışlayar və mərhəmət edər." [Bəqərə, 198-199]

Ərafatda mərifətə yüksəldin. Özünlə üzləşdin. Rəbbinə ürəyini açdın, özünü tənqid etdin, maskalarını atıb öz həqiqi üzünü tanıdın. Ərafatda qiyama qalxdın. Rəhmət Dağını qiyam mərkəzi qılınan Kəbəylə arana alaraq Rəbbini rəhməti ilə dəvət etdin.
İndi rəhmət yüklü bir bulud kimi ikinci qiyamını reallaşdırmaq, bayram gecəsini keçirmək üçün, Məkkənin qara zülflərində yerləşən Müzdəlifəyə hərəkət etməlisən. Unutma, səfər davam edir, yəni cihad...

Həzrəti Məhəmmədin izini təqib edirsən. İzin onun izinə qarışır, duan onun duasına. Onun Müzdəlifədə gəlib dayandığı Məşarilharamda sən də dayanırsan. Ərafatda üzərinə and içilən gündüzü, günəşi, günəşin batışını özünə şahid qılmışdın. İndi yenə də Quranda and içilən "qaraldığı zaman gecəni, ayı və fəcri" özünə şahid edəcəksən. Yəni insan ömürünün miniatürü olan bir günün bütün ünsürlərini və vaxtlarını, qiyamına şahid qılacaqsan.
O bir gündür ki, gecəsi qəbir, səhəri yenidən diriliş, gündüzü məhşər, günortası hesab, ilkindisi mükafat, ya da cəzadır.
O bir gündür ki, insanlıq dastanının xülasəsidir. O insanlıq ki, yürüyüşünə günün səhərində Adəm olaraq başladı. Gündüzündə Nuhla, günortasında İbrahimlə, ikindisində Məhəmmədlə [sav] davam edib sona yaxınlaşdı.

Artıq vaxt ikindidir. İnsanlığın axşamına az qaldı. İkindi vaxtının insanı, azğın zamanların insanı, modern azmanın qurbanı nə etsin?
"Vəl-əsr: Əsrə and olsun ki,
İnnəl insanə lə fi xusr: Heç şübhəsiz insanlıq ziyandadır.
İlləlləzinə amənu və amilu's-salihati və təvasav bil-haqqı və təvasav bi's-sabr: Yalnız iman edənlər, saleh əməl işləyənlər, haqqı və səbri tövsiyə edənlər müstəsna."

Ərafatdan çağlayan iki ayaqlı rəhmət seli Məkkənin qara zülflərində yer alan Quzah Dağının ətəklərindəki Məşarilharamda qiyama dayanır.

Məşar, yəni "idrak yeri, şüur ərazisi". Şüur da, şüar da, şeir də eyni mənanı verir. Şəairdən danışırdı Quran. Həccin mənasiqi üçün "əlamət" ifadəsini istifadə edirdi. Əlamət yəni simvol. Bəli həcc simvollar yumağı idi. Hər simvol bir şeyi simvollaşdırırdı. İhram, Hərəm, mikat, Ərafat, Məşar, Mina, vəqfə, rəhmət təpəsi, cəmrələr, Kəbə, Hacəruləsvəd, təvaf, say, Məqam, Səfa və Mərvə... Hamısı simvollardandır, həm də Allahın simvollarından [min şə'arillah].

Mütləq hər simvolun simvollaşdırdığı bir şey olmalıdır. Bunlar bir insanın cəsədi kimidir. Bu cəsədin bir ruhu olmalıdır. O olmadan edilən həcc, ruhsuz bir cəsədə çevriləcək. Həccin həcc ola bilməsi simvollardan yaranan bu bədənə simvollaşdırılan ruhu daşımaq və ikisini birləşdirməklə mümkünləşirdi.
Yaxşı, bunu necə etmək olar?

Məşarilharam məhz bu simvollara ruh geydirmək üçün qoyulmuş bir dayanacaq idi. Bu dayanacağın haqqını vermədən keçənlər, etdikləri işin sirrinə çata bilməyəcəklər. O halda Məşarda mütləq şüura çatılmalıdır. Şüur olmadan biliyin və əməlin nə qiyməti olar?

Yaxşı, nəyin şüuruna çatılacaqdı Məşarilharamda?
Əvvəlcə varlıq şüuruna.

Bu şüura çatmaq, var olduğunu qavramaqla mümkündür. Ərafatda öz varlığının mərifətinə yüksəlmək lazımdır. İndi isə, "Mən kiməm, nə üçün varam, haradan gəlib hara gedirəm?" suallarının cavabı veriləcək.

Varlıq şüuru, Allah şüurunu gətirər. Allah, yəni məna. İnsan "Allah" deməyin "məna" demək olduğunu, Allahsız bir həyatın mənasız bir həyat olduğunu anlayır. İnsanın həyatına, ağrılarına, sevinclərinə məna verən yeganə varlığın Allah olduğu qavranıldığında təqva öz – özünə yaranır. Təqva, yəni məsuliyyət şüuru.
Kimə qarşı?
Təbii ki, əvvəl Allaha və Allahdan ötrü öz mənliyinə, yaxınlarına, ailəsinə, cəmiyyətinə, əşyaya və təbiətə qarşı məsuliyyət şüuru.

Bax şüurun infrastrukturu budur. Bu zəmində yüksələn şüur artıq subyektiv və obyektiv, daxilindəki və xaricindəki hər şeyi olduğu kimi qəbul edəcək, onların hər birinin öz yerlərinə yaraşdırğını kəşf edəcək, onları qoyulduğu yerdən götürərək həm özünə, həm də əşyaya zülm etməyəcək. Yerlərindən edilmiş olanları yerlərinə qaytaracaq [hikmət], əgər onun qarşısında bir maneə varsa, onu aradan qaldıracaq [cihad].

Şüurun zəfəri, mənasızlığın məğlubiyyətidir. Şüursuzluq halı isə, tamamı ilə mənasızlığın zəfəridir. Mənasızlığa məhkum olanlar, heç bir şeyin həqiqi yerini, həqiqi dəyərini, həqiqi mövqeyini və həqiqətini anlaya bilməzlər.

Peyğəmbərlər şüur elçiləridir. Mənasızlığa qarşı mübarizə edib həyata məna qatmaqda insanlığa rəhbər olmuşdular. Kitablar şüurun sözlərə çevrilmiş halıdır. Quran, bütünlüklə bir şüur işığıdır. İbadətlərin məqsədi insanda bir şüurun oyanmasına yardım etməkdir. Xülasə din, insanlığa şüur bəxş edən ülvi bir müəssisədir.

Quranı və İslami anlayışlar şüurun ölçüləridir.

Tövhid, varlıq şüurudur.
Zikr, Allah şüurudur.
İbadət, qulluq şüurudur.
Ədalət, axirət şüurudur.
Vəhdət, ümmət şüurudur.
Ərafat, vətən şüurudur.
Məkkə, ərazi şüurudur.
Mədinə, dövlət şüurudur.

Təmizlənmə yolunun Ərafatdan sonrakı ikinci dayanacaq olan Məşaril­haramda şəfəqə doğru vəqfəyə dayanan mömin, bu zaman seçimi ilə, "Sabah yaxın deyilmi?" [11. 81] mesajını vermişdir. Gecə nə cür qaranlıq və uzun olursa olsun, hər gecənin bir səhərinin olduğuna olan inancını dilə gətirmişdir. Dağ nə qədər uca olursa olsun, yolun onun üzərindən aşacağının şüurundadır. Özü üçün Ərafat kimi bir qəlb təmizlənmədən sonra, Məşar kimi bir zehni təmizlənmənin həqiqi bir aydınlanma olduğunu anlamışdır.

Bax, həqiqi bayram budur.
Bayram: İnsanın irfana və şüura qovuşduğu gündür. Özü ilə və Rəbbi ilə tanış olan, hər kəsə və hər şeyə qarşı məsuliyyətinin şüurunda olan biri üçün savaş başlamadan qazanılmışdır. Çünki, belə birini heç bir şeytanı güc məğlub edə bilməz. O indidən zəfərini qeyd edə bilər.

Həzrəti Peyğəmbər, Məşarda vəqfəyə dayanmışdır. Ancaq, Müslimdə keçən bir hədisində, Müzdəlifənin hər yerinin vəqfə kimi olduğunu söyləmişdir.

Akabə Cəmrəsinə atacağı ilk yeddi daşı Müzdəlifədən toplamalıdır. İkinci, üçüncü və dördüncü gün atacağı, – 21x3:63, – mərmini də hələ Müzdəlifədə ikən hazırlamasında, patrontaşları dörd gün davam edəcək döyüşə çatacaq qədər döyüş sursatı ilə dolu olaraq dönməsində fayda vardır.

Şeytanın şəxsində bütün şeytanı motivlərə, impulslara, meyllərə, həsrətlərə, ideologiyalara, şəxs və çevrələrə simvolik olaraq atacağın daşdan güllələrin ölçüsü fındıq böyüklüyündə olmalıdır. Simvolik şeytan daşlama hərəkətində, simvolu həqiqət zənn edərək insanlara əziyyət verəni Rəsulullah, "dində ifrat edən biri" olaraq xarakterizə etmişdir.

Artıq bayramı və savaşı birlikdə icra etmək üçün Minaya gedə bilərsən. Sən İslam ordusunun bir nəfərisən. Öz torpaqlarını təmsil edərək buradasan və bu məhşər səfərini yalnız özün üçün etmədin. Məmləkətin, yaxınların, dostların, ərazin və üzvü olduğun ümmət üçün etdin. Dualarına onların hamısını qatdın.
Ürəyində yüz milyonların sevgisi, yürüyəcəksən İbrahimin yürüdüyü yerdən. Sən bir damla idin, okeana qatıldın. Artıq "okeanam" demək haqqına sahibsən.

Mərifət və şüura çatan birinin edəcəyi ilk şey dostunu və düşmənini tanımaqdır. Sən də Ərafatda mərifətə, Məşarda şüura çatdığına görə, artıq onları tanıya bilərsən. Düşməninlə savaşıb, dostunla görüşə bilərsən. Savaşmaq üçün döyüş sursatın da hazırdır. Haydı o halda, görüş vaxtı gəldi. Get Minaya, başlat şəfəq hərəkatını!

Azerislam.com




|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka