Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏLBİYƏ

[ Həcc / 12982 dəfə baxılıb ]   
|
 
"Cəbrayıl mənə gələrək dedi ki: Ümmətinə əmr et, təlbiyəni (Həcc əsnasında “Ləbbeyk Allahummə ləbbeyk” demək) yüksək səslə söyləsinlər. Çünki təlbiyə həccin əlamətlərindəndir. " (İbn Macə, Əhməd b. Hanbəl İbn Huzeyme ve Hakim birlikdə rəvayət etmişdilər)

Ləbbeyk Allahummə ləbbeyk. Ləbbeykə la şərikə ləkə ləbbeyk. İnnə'l-hamdə vən-nəmətə ləkə vəl-mulk. La şərikə lək:

Buyur Allahım, buyur! Buyur ki, sənin ortağın yoxdur, əmrinə hazıram, buyur! Həmd sənə, nemət Səndən və mülk Sənin. Sənin şərikin də yoxdur."

Buyur Allahım! Sevimli qulun və peyğəmbərin İbrahim vasitəsilə etdiyin dəvətə gəldim, əmr et.

Ləbbeyk Allahım! Əynimə kəfənimi geyindim. Sevdiklərimi və dünyamı arxamda buraxdım. Başaçıq, ayaqyalın Sənə gəldim. Rəhmət dənizində damla olmağa gəldim. Ümmət okeanında çağlamağa, günahıma ağlamağa, yanmağa, bişməyə gəldim.

Buyur Allahım, buyur!
Mən sözünü pozanam Sən vədindən dönməyənsən.
Mən kamil deyiləm, Sən mükəmməl, mən istəyənəm Sən verənsən.
Mən məmuram, Sən əmr edən.
Mən kiçiyəm, Sən böyüksən, ən böyüksən.
Mən biçarəyəm, Sən yeganə çarəsən.
Mən çarəsizəm, Sən əlac edən.
Mən ürəyi yaralıyam, Sən yaramı sarıyansan.
Mən qonağam, Sən qonaq qarşılayan.
Ləbbeyk Allahummə Ləbbeyk!..

Adəm olub adam olmağa, İbrahim olub yanmağa, İsmayıl olub qurban olmağa, Həcər olub təslim olmağa gəldim!
Buyur, Allahım, buyur!
Öz adıma gəldim.
Heç olan keçmişim, dağınıq halım və məchul gələcəyim üçün gəldim!
Boynu bükük ümmət adına gəldim!
İslamın kimsəsizləri, yetimləri adına gəldim.
Məhrum ərazim, məzlum vətənim, mağdur (zərər çəkmək; ziyana, haqsızlığa uğramaq) insanım, mətruq (tərk edilmiş, istifadəsiz qalan, sahibsiz...) Quranım, muqəddər (kədərli, qəmli) imanım adına gəldim.
İşğala uğramış ürəyim, təhrifə uğramış ağlım, viran qalmış xəyallarım və ümidlərim adına gəldim.
Ləbbeyk Allahummə ləbbeyk...

Yüz illərdir milyonlarla insanın ürəyindən qopub gələn kömür qarası bu lava təpəciklərinin, payız sarısı səhranın və çılpaq göyün dinlədiyi bu ilahi şüarı sən də söyləyəcəksən. Adəm kimi, Nuh kimi, İbrahim kimi, Musa kimi, Davud kimi söyləyəcəksən. Bəli, vücudunda eşqin səsə çevrildiyi Davud kimi...

"Avazını bu cahanda Davud kimi sal.
Bu qübbədə əbədi qalan bir xoş səda imiş."


Səni mis kimi qara yanıq daşlar dinləyəcək. Sənin səsini də peyğəmbərin Məhəmmədin səsinin yanına yazacaqlar. Ayağının ucuna basaraq yeridiyin təpələr, qoparmadığın budaqlar, tükünə toxunmadığın vəhşi heyvanlar dinləyəcək səni. Onlar da sənin səsini səndən əvvəlki milyonların səsinin yanına qeyd edəcəklər.
Uzaq – yaxın demədin. Allahın dəvətinə uyub Onun qonağı oldun. Məkanın nə əhəmiyyəti var? Əbu Cahilin evi Kəbəyə Həzrəti Məhəmmədin evindən daha yaxın idi. Lakin Əbu Cahil Kəbənin Rəbbinə sonsuzca uzaq idi. Sənin məkanın da uzaq ola bilər. Könlün yaxınsa, sən də "ləbbeyk" deyərsən.
Hər fürsətdə bu ilahi şüarı, – ləbbeyk Allahummə ləbbeyk, – söyləyəcəksən; qulları özünə qul olmağa çağıran bütün zorba tağutlara qarşı, özünü bütləşdirən zalımlara qarşı, mənsub olduğun ümməti paramparça edib istismar edən beynəlxalq şər mərkəzlərinə qarşı.

Dağda, düzənlikdə, düzdə, bayırda. Biri ilə qarşılaşdığında, ayrıldığında. Bir tini dönərkən, bir küçəyə girərkən hər yerdə bu şüarı söyləyəcəksən. Səsin milyonların səsinə qarışacaq. Bu ilahi bəstəni daha çox daşa, daha çox təpəyə, daha çox canlıya çatdırmaq üçün var gücünlə söyləyəcək, söyləyəcəksən.
Ləbbeyk deməklə "mən də burdayam" demiş olacaqsan.
"Allahım! Adəmlə başlayıb Həzrəti Məhəmmədlə davam edən ləbbeyklilər xoruna məni də qat!" demiş olacaqsan. "Allahım, bağışlanacaqlar siyahısına məni də yaz, qonaqlarına verəcəyin rəhmət ziyafətinə məni də dəvət et!" demiş olacaqsan.
Bu ilahi şüar, Akabə Cəmrəsində bayramın birinci günü ilk şeytan daşlamaqla yerini təkbirə buraxacaq.


Azerislam.com






|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka