Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MİKAT

[ Həcc / 12697 dəfə baxılıb ]   
|
 
Dayan!
Əlini qolunu yelləyərək beləcə Hərəm bölgəsinə girə bilməzsən. Hələ Adəm olmadın, halbuki adam olmağın əvvəl Adəm olmağından başlayır. Möhtərəm qılınmış bir torpağın sərhədindəsən. Bu sərhədlərə mikat deyilir. Unutma ki, bu sərhədlər, mələk Cəbrayıl vasitəsilə Allah tərəfindən təyin olunmuşdur. Mikatı məhşərin sərhədi də saya bilərsən. Yola hansı texniki vasitə ilə çıxarsansa çıx, hökmən sənə ən yaxın mikatta məhşər paltarını geyinməlisən.

Qadınsansa, hərəm bölgəylə kişidən daha harmoniksən. Çünki qadın da eynilə bu bölgə kimi "hərəm"dir, "məhrəm"dir. Yəni toxunulmazlığı vardır, "möhtərəm"dir. Belə ki, əlini və üzünü mütləq açmalı, özünü tanıtmalısan. Yüzün nə qiyməti var, maskaların bir-bir düşdüyü bir məhşərə gedirsən.

Paltarın sadə olmalı, kəfəni xatırlatmalıdır. Bəzəkdən və zinətdən uzaq dayanmalısan. Unutma ki, bədənin arxa plana keçirildiyi, ruhun önə çıxarıldığı bir məhşərdəsən. Və yenə xatırla ki, ruhun cinsiyyəti yoxdur.

Kişisənsə, əvvəl cinsiyyət simvolu olmaq üzrə, səni deşifrə edən bütün simvolları tərk etməlisən. Zənginlə yoxsulun, müdirlə işçinin, general ilə əsgərin, komandir ilə məmurun, dövlət başçısı ilə sıravi vətəndaşın eyni olduğu bir məhşərin sınağındasan. Rütbəni, məqamını, mövqeyini, ictimai statusunu, sərvətini, şöhrətini, elmini təmsil edən paltarlar geyə bilməzsən. Məhşər, dini, hərbi, siyasi, elmi, iqtisadi mövqelərinlə fors atıb, naz satacaq bir yer deyil. Oradakı tək rütbə, qalıcı gözəlliklərdir.
Adəmsən.

Adəm kimi irqlər üstü, Adəm kimi coğrafiyalar üstü, Adəm kimi mədəniyyətlər üstü, Adəm kimi rənglər üstü, Adəm kimi xalqlar üstü olmalısan. İrqini, qəbiləni, qövmünü, xalqını, aid olduğun ictimai və siyasi quruluşu bir kənara buraxmalısan. Bayraqları, ölkələri, sərhədləri arxanda buraxmalısan. Sən, həcdə sadəcə özün olmalısan. Bütün bunlar səni özün olmağına mane olan şeylərdir.
Adəm kimi yer üzü vətənin, şeytan düşmənin, insanlıq xalqın, İslam millətin, ədalət dövlətin, cənnət idealın, dünya ölkən, Məkkə paytaxtın, tövbə və dua dilin, eşq yükün, iman rütbən, Allah dostun olmalıdır.

Adəm kimi cənnətdən dünyaya sürgünsən. Qürbətdəsən. Qəribəsən. Bir hubutu/enişi yaşadın. Bir ayə kimi yer üzünə nazil oldun. Sürgündə kök atacaq, bir toxum ikən min meyvə verəcəksən. Vüsalı axtaracaq, əşyalaşdırılmayan tək yerin olan ruhunun əllərində adam olacaqsan.

Sənin kimi yer üzünün dörd bir tərəfindən Adəm olmağa, adam olmağa gələn yüz minlərlə, milyonlarla insanla görüşməyinə, bilişməyinə, tanış olmağına, qucaqlaşmağına əngəl olacaq hər cür maneəni həm kürəyindən, həm zehnindən, həm də ürəyindən söküb atmalısan.

Yalnız əynindəki paltarları deyil, içindəki səni dəyərli etdiyinə inandığın duyğu və düşüncələri də mikatda buraxmalı, haram duyğu və düşüncələrlə Hərəmə girərək, ilahi məhramiyətə mənəvi təcavüz etməməlisən.

Allahın hüzuruna anadan doğulduğun kimi, yəni ‘ümmi olaraq' gəlməlisən. Anadan doğulmuş kimi saf və tərtəmiz dönmək istəyirsənsə, bunu mütləq etməlisən. Bunu yaxşı bil ki, varışın, dönüşünü müəyyənləşdirəcək. Üzərində dünyəvi rütbələrdən birini daşımağın, özəl münasibət görmək istədiyinə, imtiyaz arzuna dəlil sayılaraq, əleyhinə yazıla bilər.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka