Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏCC

[ Həcc / 13784 dəfə baxılıb ]   
|
 

Həcc ibadətini diriltməyə həccin klassik tərifindən başlamaq lazımdır.

Həcc üçün deyilən klassik təriflərdə "gedə bilmək imkanı" vurğulanaraq məqsədin maddi imkan olduğu bəyan edilir. Halbuki həccin tərifi verilərkən, Ali İmran surəsinin 97-ci ayəsinə istinad edərək əvvəlcə bu fərzin ümumiliyi vurğulanmalıdır. Ayədə keçən "ona bir yol tapa bilən" ya da "ona yol tapmağa gücü çatan" cümləsindəki səbil ["yol"] da, sadəcə maddi imkana reduksiya edilməməlidir. Elə kasıblar vardır ki, pulu olmadığı halda həccə getmək imkanları yaranır və çox istədikəri üçün bu ibadəti asanlıqla yerinə yetirəmək üçün əllərinə fürsət düşür. Bu günə qədər olunan klassik həcc tərifləri, belə fürsətləri inkar edən və iqtisadi baxımdan zəngin hesab olunan insanlara xitab edən iqtisadi təriflərdir. Maddiyyatı ön plana çıxaran bu tərifə rəğmən Müsəlman ölkələrdən bir çox insanlar hər fürsəti qiymətləndirərək bu fərzi icra etmək üçün qanuni hər yola baş vurmaqda və israr etməkdədirlər. Təbii ki, Allah həcc etmək üçün heç bir fürsət tapa bilməyənlərin boynundan bu öhdəliyi götürəcək.

Buna görə, həcc hər möminin Allahla əhdini yeniləmək üçün fürsət taparaq simvollardan ibarət olan mənasiqi bəlli zamanlarda və məkanlarda yerinə yetirməsidir. Həcci fərz edən Ali İmran surəsinin 97-ci ayəsi isə klassik tərifləri inkar edir:
"Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."

Bu ayədən yola çıxaraq, həcc etməyi imkandan çox imana bağlayan bir tərif bu işin ruhuna daha uyğun və daha tutarlıdır. Ayədəki "ona bir yol tapa bilən" ifadəsi təfsirə ehtiyacı olmayacaq qədər açıqdır. "Ona bir yol tapa bilmək" hökmən "minlərlə dolları olmaq" mənasınamı gəlməlidir? Yoxsa "qanuni hər yola baş vurub məqsədinə çatmaq" mənasınamı? Unutmayın ki, ən böyük imkan imandır və möminin imanı otostopla dünyanı gəzən otostopçuların maraq motivlərindən daha böyük fürsətlər doğura bilər.

Əkini və suyu olmayan bir ərazidə Həcərin hələ südəmər olan körpəsi İsmayılla birlikdə əldə etdiyi bütün imkan, bir boğça yemək, bir tuluq su idi. Və buna baxmayaraq, Həcər, "Bizi kimə buraxırsan?" sualına "Allaha buraxıram." cavabını verən İbrahimə bunu söyləyirdi:
"Allahamı? Mən Ondan razıyam."

Həccin sadəcə zənginlərə məxsus bir ibadət kimi qəbul ediləcəyi günlərin gələcəyini əvvəlcədən təxmin edən Həzrəti Peyğəmbər, həccə əsl ehtiyacı olanların kasıblar olduğunu gözəl bir üslubla açıqlayır:

"Həcc və ümrə, körüyün maddənin çöküntüsünü təmizləyib yox etdiyi kimi kasıblığı və günahları yox edər."

Həcc, Həzrəti İbrahimin mirasıdır. Quranda Allah onun yolunu izləməyimizi əmr edər: "[O sizdən] atanız İbrahimin inanc sistemini [izləməyinizi istəyir]" [22.78]. Həzrəti Peyğəmbər də bu barədə bunu söyləyir: "Həcc ibadətlərini icra etdiyiniz yer/zaman/hal [meşair-işarələr, əlamətlər, nişanələr] üzərində durun. Çünki siz, atalarınız İbrahimin mirası üzrəsiniz." Həzrəti İbrahim, özündən sonrakı bütün muvahhidlərin inanc atasıdır. İnsanlıq inancda onun övladları hökmündədir. Həcc eyni zamanda, insanlığın iman atasına olan hörmətinin bir ifadəsidir.
Həcc insana "yolçu" olduğunun xatırladılmasıdır. Yalnız yolçu deyil, eyni zamanda yol olduğunun da… Çünki bu dünya və axirət dünyası ilə, ruhunun keçmişi və gələcəyi ilə, həyat səfərdən başqa heç nə deyil. Yəni həcc, “tükdən incə qılıncdan iti” bir sirat olan həyat yolunda, insanoğluna yeriməyi öyrətmək məqsədi daşıyan bir ibadətdir.

Həcc, insanlığın Allaha yürüyüş dastanını hər möminin öz şəxsində təkrar yaşamasıdır.

Həcc, Adəm rolunu oynayan hər bir insanın, itirdiyi cənnəti axtarışa çıxmasıdır.
Həcc, insanoğlunun uzaqlaşdığı fitrətinə yenidən qayıdışının simvolik bir təlimidir.
Həcc, öz-özünə yadlaşan fərdin şəxsiyyətini tapıb özünü tanıyaraq, özü ilə barışıq yaşamaq üçün başlatdığı nəcib səfərin adıdır.
Xülasə həcc, məhşərin məşqidir.


Azerislam.com




|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:15
GÜNƏŞ06:54
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:32
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka