Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÜÇ MANAT PUL, BİR KƏLLƏ QƏND... TOYUNUZ MÜBARƏK!

[ Aktual / 8286 dəfə baxılıb ]   
|
 
Tanışlıq və nişanlarından çox deyil bir neçə ay keçərdi, məni toylarına dəvət etdi. Əvvəl elə bildim ki, zarafat edir. Sonra gördüm ki, məsələ ciddidir. Təbii ki, təəccübləndim və dərhal rəfiqəmə suallar yağdırmağa başladım ki, bəs necə, nə cür, nə vaxt, nə tez? Bəs evin hazırlanması, toya hazırlıqlar, şadlıq sarayı və sairə, bu qədər işləri nə tez həll etdiniz?
O qədər verdiyim sualların qarşısında bircə söz dedi; “Sən düşündüyün bütün o hazırlıqların heç birini etməyə ehtiyac duymadıq”.
“Bəs necə olacaq?” – dedim.
Başladı ki; “Mənzili super remont deyil, yaşaya biləcəyimiz səviyyədə hazırlamışıq və içində də ehtiyacımız olduğu qədər sadə bir-iki mebel əşyaları qoymuşuq. Yəni oturub düşündük ki, yaşamamız üçün nə lazımdır?! Bir çarpayı, bir şkaf, bir də stol. Nişanlımın da, bildiyin kimi elə böyük imkanları yoxdur. İndi biz bütün lazımi ehtiyaclarımızı alana qədər gözləyək? Evlənməyək? Ailə qurmayaq? Nəyi gözləyək? Niyə gözləyək?” – dedi.
Dəhşət və təəccüb içində onun evlilik gününə qədər gözlədim. İnana bilmirdim. Axi bu cəmiyyət öyrəşibdir hər şey hamıda olduğu kimi adət-ənənə ilə olsun. Toy günü gəldi, rəfiqəm hətta gəlinlik paltarı da almamışdı. Sadə, gözəl paltarını geyib, ailəsi, qohum-əqraba və ən yaxın dost-tanışı ilə evdə toplandılar. Sadə bir yığıncaqla təbrikləri və hədiyyələri qəbul etdilər. Hamımız onları ailə qurmaları münasibəti ilə təbrik etdikdən sonra dağılışdıq.

İndi öz-özümə günlərdir düşünürəm. Xoşbəxt olmadılarmı? Bütün o şəkil və formalar, bahalı hazırlıqlar, lazımsız aksessuarlar, min cür əşyalar, şadlıq sarayları, yemək-içmək, gəlinlik, lüks avtomobil və sairə saya bilmədiyim min cür şey olmadı, üstündən xətt çəkib atdılar. Amma bir araya gəldilər, evləndilər, gözləmədilər, iztirab çəkmədilər, stresə, depressiyaya və ya borca düşmədilər. Həmin rəfiqəmlə sonralar bir neçə dəfə görüşəndə bu məsələni açmışdım. Deyirdi ki; Axı evlilik kimi məsələni mənasız şeylərə görə niyə uzatmalıyıq? Niyə məhz hər şeyi ailəmizdən və valideynlərimizdən istəməliyik, tələb etməli və ya onlara söykənməliyik? Niyə “camaat bəs nə deyər” utopiyasını əlimizdə bayraq edərək, sevdiyimiz insandan ayrı həsrət və hicran içində yaşamalıyıq? Yaşaya biləcəyimiz qədəri, imkan dairəsində bir araya gəlib ailəmizi və evimizi qura biliriksə, artıq gözləməyə heç ehtiyac yoxdur. Bunu biz ikimiz də danışdıq və razılaşdıq. Sonra qalan ehtiyaclar, aksessuarlar və əşyalar yavaş-yavaş alınacaq və hər şey tədricən dəyişiləcək”.

Dərindən düşünəndə həqiqətən də niyə belə olmalıdır axı? Kimsə; “evləri təzə deyil, yerləri yaxşı deyil, şadlıq sarayı elə deyil, şərait yoxdur, pərdələri filan marka deyil, mebelləri əskikdir” və sair min cür rəylər verəcək deyə, nişanlı qızla oğlan uzun müddət birləşməyəcəklərmi?! Onsuz da o danışan insanlar danışıb sonra unudurlar, heç onlar üçün həmin evliliyin necə olacağı bir o qədər də əhəmiyyətli deyil, onlar heç narahat da olmurlar. Dedi-qodular və yersiz adətlər, - hətta buna riyakarlıq vərdişləri deyərdim - bu cəmiyyəti heç də müsbət tərəfə yönləndirmir.

Rəfiqəmin bu uğurlu evliliyindən sonra məsələ mənim üçün çox əhəmiyyətli oldu və daha çox araşdırmağa başladım. Əslində bu cür evliliklər çox nadir hallarda baş versə də cəmiyyətimizdə buna oxşar hadisələr vardır. Öyrəndim ki, tanışlardan bir qız da sadə evliliklə razılaşmış, qaynanasının və nənəsinin cehizlərindən qalan köhnə ev əşyalarından imtina etməyərək, yenilərini almadan gəlin köçmüşdür. Nə yeni mebel, nə yeni pərdələr, nə yeni xalça palazlar, nə də yeni remont etdirmişlər, sadə bir toyla gəlin və bəy bir-birinə qovuşmuşlar. Ərinin maddi vəziyyəti illərlə dəyişməmiş, eyni vəziyyətdə yaşamışlar, amma etiraf edir ki, heç bir şeydən narazı deyil. Hamı kimi hər şeyi almadan evlənsələr də, xoşbəxtliklərinə bir xələl gəlməmişdir.

Bir başqa buna bənzər hadisəni də qəzetdə oxumuşdum ki, bir oğlan universitetdə tanış olub sonradan ailə qurduğu qız haqqında yazmışdı. Yazır ki; universitetdə son ilimiz idi, tanış olduğum qızla razılaşdıq ki, imkan tapan kimi ən sadə şəraitdə də olsa ailə quracağıq. Məzun olan kimi, elçi getdik, qızı istədik və evlilik adlanan bu uzun səfərin ilk addımını atdıq. Əvvəlcə mənim valideynlərimlə bir yerdə yaşadığımız evdə qaldıq, bir ildən sonra gedib bir il də xanımımın valideynləri ilə yaşadıq. 3 il bu cür davam etdikdən sonra, özümüzə məxsus bir evə köçə bildik. Bu ev bizə bütün malikanə və qəsrlərdən daha gözəl görsənirdi. Halbuki bu ev ayrı deyil, başqa bir ailə ilə birgə paylaşdığımız bir mənzil idi. Beləcə öz evimizin əşyalarını almağa başladıq, əvvəl borcla bir mebel, sonra bir stol və stullar aldıq, ondan sonra başqa əşyaları alaraq davam etdik və yoldaşım da daim mənə dəstək olurdu. İndi artıq, 15 ildən sonra yeni daha rahat mənzilə köçə bilmişik, yeni mebellər və əşyalar almışıq, kiçik bir maşınımız da var.
Bir tərəfdən də baxirsan ki, hər bir detalı və incəliyi həyata keçirərək neçə-neçə evliliklər baş tutur, amma cəmiyyətdə boşanmaların sayı getdikcə artır. Nə qədər belə hadisələr eşidirik qız deyir ki, bütün cehizlərim alınıb hazır idi, paltaryuyan maşından qabyuyan maşına qədər, hər cür mebel və paltarlar, nişanlım mənə almaz qaşlarla düzülmüş boyunbağı da almışdı, toyumuz ən tanınmış şadlıq sarayında oldu, gecəni ən tanınmış mehmanxanada keçirdik, hətta gəlinliyimi avropa ölkəsindən sifarişlə gətizdirmişdilər, toydan sonra bal ayı və sairə. Sonunda isə bir il keçməmiş ev paltarlarında evdən çıxdım qaçdım, güclə boşandım.

Hadisələr çoxdur, təcrübələr saysız-hesabsız, bu da bir müəllifin bizimlə bölüşdüyü hissləri, fikirləri və rəyləri idi. Bunları qeyd etməklə məqsəd bir xatırlatmadır. Cəmiyyətdəki vəziyyət heç də xoş deyil, gənclər ailə qurmaq məsələsini ciddiyə almır, oyun-oyuncaq edirlər. Evlilik, riyakarlıq, göstəriş, təkəbbürlük, adət-ənənə, dedi-qodu, israfçılıq deyildir və bu kimi şeylərdən xali, saf təmiz və dürüst olmalıdır. Valideynlər daha düzgün fikirləşsələr, xərclənən o qədər pulları saxlayıb, gənclərin gələcəyi üçün daha lazımi şeylərə sərf edə bilərlər. Evlilik hər bir cəmiyyətin əsasını təşkil edir, ona görə də cəmiyyəti sağlam qoruya biləcək ailələr qurulmalıdır.

Hazırladı: Şahmar Kərimov
Mənbə: Onislam.net
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka