Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BÖYÜK GÜNAH...

[ Aktual / 14017 dəfə baxılıb ]   
|
 
Sözündə durmamaq, yalan danışmaq və ya aldatmaq günahdır. İşləmədən pul qazanmaq, faiz yemək və ya rüşvət almaq da günah sayılır. Həmçinin işçinin haqqını verməmək, qonşusu ac ikən tox yatmaq, yetimə, kimsəsizlərə və ehtiyacı olanlara diqqət etməmək də günah əməllərdən sayılır. Beləcə saymağa başlasaq, qeybət, söz gəzdirmək, ara vurmaq, alkollu içki içmək və sairə kimi günahların qaiməsini uzatmaq mümkündür. Günahlar var ki, insan etiraf edir, səhər açılanda peşman olub bir daha etməyəcəyini düşünür. Elə günahlar var ki, insan ondan imtina edə bilmir. Bəzən də heç günah etdiyini belə hiss etmir.
Heç belə bir sualla qarşılaşmısınızmı; mütləq günah hansıdır?! Yəni o günaha ki, heç bir halda, toxunmaq və ya yaxınlaşmaq olmaz. Heç fikrinizdən də olsa belə bir sual keçibmi? Keçməyibsə də indi bu sualla qarşılaşdığınız üçün bəlkə də artıq hansı günah ola bilər düşünürsünüz. Təxminən hansı tip günahlar ağlınızdan keçir? Təbii ki, o günahın ki, aqibəti daha ağırdır, daha dəhşətlidir, yaxud Allah bağışlamaz deyə düşünürsünüz, düşünürük.

Bir dəfə 2-3 nəfər oturub eynilə belə bir sual ataraq ortaya söhbətə başladılar. Müsəlmanlıqda mütləq bir günah, mütləq bir qadağa varmı?
Biri danışır ki, bu sual verilən kimi mən bütün cəhalətimlə dedim; “Təbii ki, vardır!”
“Məsələn?” – dedi
“Zina” – dedim.
“Yaxşı” – dedi. Sonra davam etdi – “İzsiz bir adada bir qadınla bir kişi qalıblar, heç cür qurtuluş yolu da yoxdur. 3-cü bir insan da yoxdur ki, onların kəbinlərini kəssin?”

Tək-tək bütün qadağaları düşüncələrimdən keçirdim, onların qadağan olmayan bir səbəbini, belə deyək, məcburi və çıxılmaz bir halını fikirləşdim. Bu arada yanımızdan keçən ağıllı bir qadın araya girərək dedi ki;
“Şərtsiz, heç bir halda pozulmayan bir qadağa vardır!”
“Nədir” – dedik.
“Qul haqqıdır” – dedi. “Qul haqqını yemək hər bir halda qadağandır və istisnası yoxdur”.
Hamı bu rəylə razılaşdı.

Ən təməl, ən dəyişməz, ən sarsılmaz bir qadağa var deməli, o da “Qul haqqını yemək” – dir. Bu fikir barəsində müzakirələr davam etdi. Təbii ki, belə bir söhbətdə mən yalnız dinləyici ola bilərdim, elmi biliyim müzakirədə fikir bildirəcək səviyyədə deyil, nə də belə dini məsələlərdə çox söz söyləməyə haqqım və həddim olmadığını düşünürdüm. Amma mənim üçün dinin təməli “dürüstlükdür” və o dürüstlüyün, düzgünlüyün vaz keçilməz bir göstəricisi var ki, o da “qul haqqı” – dır.
Amma gəlin, baxaq insanlarımız arasında, millətimizin içində bu cür günahlar nə qədərdir?!
İşlənən cinayətlərin əksəriyyəti, ölüm hadisələri, əziyyətlər, haqsızlıqlar, oğurluqlar və sairə hamısı insanların haqqları deyilmi?! İnsanlar arasında ayrı seçkilik etmək qul haqqı deyilmi?!

Bəz, müsəlmanlığın ən təməl və ən mütləq qadağasıdır dediyimiz bu “qul haqqı” əzildiyində, pozulduğunda, buna qarşı nə qədər müsəlman reaksiya göstərir, nə qədər adam addım atır! Məncə o qədər də çox olmaz, elə deyilmi?!
Yaxşı bəs televiziya verilişlərində, serialda, yaxud filmdə azğın bir öpüşmə, sevişmə səhnəsi olanda nə qədər müsəlman “din və əxlaq” adına ayağa qalxır?! Niyə “din və əxlaq” – ın ən təməl məsələsi cinsi məsələ kimi qəbul edilir?! Qul haqqı yeyilməsi, əzilməsi qarşısında səssiz qalaraq, məsələ cinsəlliyə çatan kimi kükrəyənlərin reaksiyasını necə açıqlamaq olar?! Niyə özünü dindar sayanların çoxunun düşüncəsində “din, günah və cinsəllik” arasında bu qədər möhkəm bir əlaqə, bağ var?! “Din, günah və qul haqqı” arasında heç bir bağ yoxdurmu?!
“Qul haqqı” tapdalanmasaydı bu səviyyəyə çatardımı insanların vəziyyəti, cinayətlər artardımı?! Bütün insanların bir araya gəlib, razılaşa biləcəyi “qul haqqı” prinsipi olsa, insanlar ümumiyyətlə günahları və cinayətləri azaldar.

Senai Demirci
Hazırladı:  Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka