Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖRTÜ...

[ Ailə / 9958 dəfə baxılıb ]   
|
 
Üşüməsin deyə örtərdilər qızlarının üstünü. Xəstələnərsə, qızdırma içində yanarsa, Fatimənin valideynləri gözlərini yummadan, yatmadan gözləyərdilər yanında. Yoxlayardılar ki, üstü açılmasın, soyuq dəyməsin. Fatimə heç bu qədər dərindən düşünməmişdi, birdən-birə heyrətlə üzərindəki örtüyə baxdı. Budağında asılı qalmış bir portağal təsəvvürü yarandı düşüncələrində. Müşahidə etməyə başladı portağalı, düşüncələrə daldı. Qabığı necə gözəl və incə şəkildə örtmüşdür onu. Sanki daxilində gizli bir xəzinə saxlayırmış kimi.

Hamilə bir qadın keçirdi yoldan, gözləri ona sataşdı. Necə ehtiyatla daşıyırdı körpəsini bətnində, bir örtüklə qorunurdu içində. Bir də öz vücuduna baxmağa başladı. Ət və sümük örtüyü altında nələr, nələr var idi. Qan damarları, sinir sistemindən tutmuş, ürək, böyrək və sairə əzaları. Bütün bunları heç görməmişdi sanki. Güzgünün qarşısında dayanıb özünə baxanda yalnız xarici görünüşünü görə bilirdi.

Çöldə qar yağırdı, torpağın üzərini örtürdü. Əslində torpaq özü də bir örtükdür. Rəhmətlik babası vəfat edəndən bəri, torpağın örtüyü altında yatmışdır.

Yavaş-yavaş axşam düşdü, bu zaman qaranlıq örtüyü ilə büründü şəhər. İnsanların aralarında qaranlıq pərdə salındı. Anası işıqları yandırdı bir-bir, sonra pəncərənin pərdələrini çəkib örtdü. Evin niyə pərdələri var ki – düşünməyə başladı Fatimə.

Düşündüklərini də içində örtdü, qapalı saxladı.

Düşüncələr də qapalı olurmuş, öz örtüyü varmış – deyə anladı Fatimə. Əslində hər özəl və xüsusi bir şeyin örtüyü, bağlama və ya qabı vardır, açıq-aşkar ola bilməzdi. Keçən ay anasına aldığı hədiyyənin bağlamasını xatırlayıb düşündü. Hədiyəlləri niyə bağlayırıq ki?! Atasına göndərilən özəl dəvət məktublarının zərfləri də çox incə, zərif və gözəl olurlar. Paketlər özəl bir şeyi örtər və özəl insanlara təqdim olunarmış. Anasının bətnində olan körpə, örtünmüş özəl bir varlıqdır. Nənəsinin əlindəki Qurani-Kərimin də çox gözəl qapağı var. Necə naxışlı, zərif və incə örtükdədir. Bu örtüyün altında gizli bir xəzinə var, kitab açılınca hər şey məlum olar. İnsan dünyaya gələrkən bir qundağa bürünür, sonra dünyadan gedərkən yenə onu örtər, bürüyər kəfəndə yola salarlar.

Bu düşüncələrin içində gündəliyini əlinə aldı, içindən keçənləri yazmağa başladı. Bir an televiziyada danışan Aişəni gördü. Aişə hələ örtünməyin nə olduğunu dərk etməmişdi. Anası Fatiməya yaxınlaşıb üstünü örtmək istəyəndə, Fatimə ona; Ana, sən üşüməyəsən deyə örtürsən başını? – deyə müraciət etdi. Anası; Xeyr, qızım – dedi və gülümsəyib çıxmaq istədi otaqdan. Fatimə də; Ana, onda dua edək ki, Aişə də örtünmənin nə olduğunu düz başa düşsün!

Senai Demirci
Hazırladı: Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka