Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏYATI ZƏHƏR EDƏN XƏSTƏLİK: VƏSVƏSƏ

[ Aktual / 11659 dəfə baxılıb ]   
|
 
Vəsvəsə lüğətlərdə adətən bu şəkillərdə tərcümə edilir: Şübhə, tərəddüd, əsli olmayan ehtimallar, insanın qəlbinə gələn pis düşüncələr və sairə. Vəsvəsə qəlbə, şeytanlar və insanın öz nəfsi tərəfindən verilir. Məsələn, dəstəmaz alarkən, namaz qılarkən, adi işlər gördüyümüzdə inadla gələn küfr sözlər vəsvəsələrdən qaynaqlanır.

Vəsvəsəsi olan şəxs çox vaxt üzdən bilinmir. Əslində isə vəsvəsəli insan özü ilə müharibə halında və ruhən sıxıntı içindədir. Heç kimə dərdini deyə bilmir. Çoxları da vəsvəsəli insana bu boş fikirləri beynindən atmasını tövsiyə edir. Amma onsuzda vəsvəsəli insan bu fikirlərin boş və mənasız olduğunu bilir.

Vəsvəsə başqa şəkillərdə də özünü göstərə bilir. Məsələn, ifrat dərəcədə təmizliyə düşkünlük, vəsvəsənin bir şəklidir. Bundan başqa vəsvəsə çoxlarının xəbərsiz olduğu haqq yoldan da insana verilə bilir. Haqq yol dedikdə yəni dinimiz islama dair olan məsələlər nəzərdə tutulur. Necə ki, şeytan bunu Qurani Kərimdə Əl-Əraf surəsinin 17-ci ayəsində: "Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən” ayəsində söyləyir. Diqqət edin! Şeytan bunu söyləyərkən insanın önü və arxasını, sağ və solunu qeyd etsədə üstünü və aşağısını unudur. Bununlada şeytanın Allaha bağlı olan qullarından zəif olduğu anlaşılır.

Vəsvəsə bir bəla olmaqla yanaşı həmdə şeytana verilən rüşvətdir. Vəsvəsə həmdə insanın öz-özünə qurduğu tələdir. Yəni insan əgər iradəsini tam istifadə edib şeytanın əlinə vəsvəsə verməyə mövzu buraxmasa onda şeytanda vəsvəsə verməz.

Əvvəllər vəsvəsədən əziyyət çəkən bir gəncin yaşadıqlarını dinləyək:

“Qəribə, pis, murdar düşüncələrin içində çabalayırdım. O qədər çətin vəziyyətdəydim ki!... Beynimdə Allahı inkar, islamı rədd etmə fikirləri dolaşırdı. Bunların təsiri nəticəsində bir ara günahlara daldım. Hətta içki içməyə də başlamışdım.

Rahatlayacağımı sanırdım, amma əksinə, mənəvi böhranım daha da artmışdı. Həkimə müraciət etdiyimdə həkim mənə bunları tövsiyə etdi: “Bəzi hallarda özündən asılı olmayaraq insanın başına qəribə, qeyri-məntiqi fikirlər gəlir. İnsan da bundan narahat olur. İnsan bu fikirləri atmaq istəyir, amma bacarmır. Özünü sıxdıqca fikirlər həm artır, həm də çeşidlənir. Beləliklə insan məntiqi və ağlı ilə bu fikirləri analiz etdikdə hər birinin boş və mənasız olduğunu dərk edir. Bir adamın qəlbinə gələn islamı, axirəti və bu kimi müqəddəs dəyərləri inkar etmək kimi düşüncələr vəsvəsədir. İşin maraqlı tərəfi budur ki, vəsvəsə imanı qüvvətli insanlarda olur. İmansızlar bu şəkildə vəsvəsələrə çox tutulmazlar.”

Qurani Kərimdə gözəllər gözəli Allah vəsvəsə haqqında bu ayələri buyurur: "Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir." (Əl-Əraf 200)

"Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar." (Əl-Əraf 201)

"Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!" (Əl-Muminun 97)

"Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!" (Fussilət 36)

"And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!" (Qaf 16)

Dinimizə görə vəsvəsənin heç bir günahı yoxdur. Peyğəmbər (s.a.s) aşağıdakı hədislərdə bunu açıqca bildirir:

“Vəsvəsə imanın ta özüdür.”(Ramuz)

“Namazda gələn vəsvəsə dindən və aşkar imandandır.”(Ramuz)

“Ağızla söylənmədikçə, ağıldan keçənə görə hərəkət edilmədikçə, Allahu təala ümmətimin içində olan vəsvəsələri
əfv edər."


İslam alimlərindən biri buyurur ki: “İbadətlə məşğul olan adam imanından şübhə edər və “günahım çoxdur, ibadətlərim məni qurtarmaz” deyə düşünürsə, bu, imanının qüvvətli olduğuna bir işarədir.”

Yenə islam alimlərindən biri vəsvəsəyə əhəmiyyət verdikcə davamının gələcəyini, lakin vəsvəsəyə məhəl qoyulmadığı halda vəsvəsənin kəsiləcəyini bildirmişdir. Qəlbə gələn ən çirkin vəsvəsələrin belə şeytandan olduğunu bildirən alim qəlbə gələn vəsvəsənin bizə aid olmadığını və bunun da qəlbimizin təəssüfündən bəlli olduğunu, məhz bu səbəblə də vəsvəsələri böyütməyin gərəksizliyini vurğulamışdır. Məsələn, namaz qılmağa başlayırsınız və bir az bundan əvvələ qədər qəlbinizdə heç bir şey yox ikən indi şeytan qəlbinizə vəsvəsə verməyə başlayır. Səcdədə olan zaman şeytan təkrar çirkin bir vəsvəsə verdi, siz də zənn etdiniz ki:

“Mənim ağlıma gələn şeylərə bax, həm də Allahın hüzurunda, səcdədə ikən...” Vəsvəsənin davam edib-etməyəcəyi nöqtə də məhz buradır. Əgər fərqindəsinizsə bu çirkin vəsvəsələrdən sonra qəlbinizi bir kədər bürüyür. Niyə? Əgər o vəsvəsə və düşüncə sizə aid olsa idi heç pis olardınızmı? Ağlınızdan Rəbbinizə qarşı ədəbsizlik etdiyinizi fikirləşərdinizmi? Əlbəttə yox. Bu da vəsvəsənin önəmsizliyini göstərir, sizə aid olmadığından xəbər verir. Bu qəbildən olan çirkin düşüncələr Allahın hüzurundan qovulan şeytandandır. Bunu bilmək vəsvəsənin qabağını almaqda böyük təsir göstərir. Vəsvəsəyə məhəl qoymamaq mövzusunda Şəqiq Bəlxi belə buyurur: “Bu iki xislət şeytanı çox hirsləndirir. Şeytanın vəsvəsələrinə fikir verməmək və Allahın zatı haqqında təfəkkürü tərk etməmək.”

Mövzunun yekununda bu qənaətə gəlmək olar ki, vəsvəsə insanın deyil, şeytanın səsidir. Və həmin səslər müvəqqətidir. Lazım olan Allaha bağlanmaq, səbir etmək və Allaha təvəkkül etməkdir. Belə olduqda Allahın izni ilə vəsvəsələrdən azad olmaq mümkündür.

Gözəllər gözəli Allah bizləri daim vəsvəsələrdən qorusun və bizləri şeytan və nəfsimizlə yalnız buraxmasın inşAllah. Amin
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka