Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏN YÜNGÜL AĞRI

[ Aktual / 7994 dəfə baxılıb ]   
|
 
Ağrı acılar müxtəlif olur. Məkanından, zamanından, şəxsindən və ya müxtəlif amillərdən asılı olurlar. Amma bütün insanlar ağrını iki əsas kateqoriyaya bölür, ağır və yüngül. Dözülə biləcək ən yüngül və asan ağrı, “başqasının ağrısıdır”. Niyə? Çünki o, başqasınındır. Başqasının ağrı-acısını hiss etmək incəliyi və bacarığı nə qədər insanda ola bilər? Əslində hamımızın bir-birinə borcudur ki, ağrılarımızı “başqalaşdırıb” yox etməyək. Bir haqsızlığı başqalaşdırıb haqq qazandırmayaq. Başqasının acısı olsa da, “mən” – deyə düşünə biliriksə insan sayılırıq. Bir insanın məhv edilməsi bütün insanlığın məhv edilməsi qədər ağır olduğunu bildirib bizə Rəbbimiz Qurani Kərimdə. Başqasıdır deyə rəva bilirsənsə, sən də başqaları üçün bir başqasan.
Amma hamı özünə qıydığı qədər digərlərinə də qıysaydı, insanlar başqalaşmazdı, hamı “mən özüm” olardı.

“Mənə nə?!” deyə bilirsənsə, sən də hamı üçün “mənə nə?!” olaraq qalırsan. İnsanlıq lüğəti və qramatikasında “sən” və “o” şəxs əvəzlikləri deyil, yalnız “mən” olmalıdır. Hamı hamını özüm kimi tanımalıdır və bilməlidir. Dünya və insanlıq, “mənə nə?!” deyənlərin acı peşmanlıqlarını çox yaşadı, çox çəkdi və hələ davam edəcək. “Bizə uzaq”, “bizdən xaric”, “başqaları”-nı vuran bir şeylər hələ davam edirsə, yaxın və ya uzaq zamanda, “bizə yaxın”, “içimizdə”, “bizi” vuran toxumları əkib, bəsləyirik laqeydlik tarlamızda.

“Susma”, “qalx ayağa”, “etiraz et!” və sairə kimi şüarlar yaratmaq deyil məqsəd. Sadəcə, normal olan şeylər getdikcə anormallaşırsa, təhlükə getdikcə artır. Anormallığı qəbul edib yaşadıqca sıra bizə də gələcək. Bir acının, - xüsusilə də bu, dayanılmaz olan övlad itgisi acısıdırsa – başqasının acısıdır olması bəhanəsi bizi susdurursa, unutmayaq, biz də “başqasının başqasıyıq”. Hazır olaq, çünki bir gün öz ağrı-acımız olacaq, o zaman “başqalarının başqası” olduğumuzu qəbul edə biləcək qədər indi kar olaq. Bir gün “mənə nə?!” dediklərimiz də bizə “mənə nə?!” deyəcək.

Birinə zülm edilirsə, bu, bizə də zülm etmək sayılır. Axı zalim üçün nə fərqi var, mən, sən, yaxud o?! O zülm olunan mən də ola bilərdim. Zülm etmək istədiyi insanların listində bizlərin də adı nə artıqlıq edər?!. Həm də axı biz onun üçün “başqasıyıq”.
Hətta hal-hazırda bu yazını yazanda da, oxuyanda da başqalarının ağrılarını hiss edə bilmirik, o qədər həssas deyilik. Sadəcə, sıralanmış bu sətirlər “nə qədər doğrudur!” heyranlığı keçirir beynimizdə. Amma bu yazı sırf ona görə yazıldı ki, sonra acı çəkərkən, əsəbləşərkən, ağrıyarkən yazılmasın. İndi “öz” ağrım yoxdur düşünüldüyü anda yazılmışdır.

Hazırladı: Şahmar Kərimov/ Azerislam.com

Məqalə Senai Demirçinin yazıları əsasında hazırlanmışdır.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka