Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AZƏRBAYCAN ELLƏRİNDƏ: VEYSƏL QƏRANİ

[ Islam tarixi / 10936 dəfə baxılıb ]   
|
 
Allah dostlarının həyatı haqda yazılan ən qiymətli əsər böyük ədib Fəriduddin Attarın “Təzkirətul-övliya” kitabıdır. Müəllifin əsərində qələmə aldığı ilk şəxsiyyət Cəfəri Sadiq, sonra isə Veysəl Qəranidir. Onu qırx könül ərinin rəhbəri, Rəhmanın nəfəsi və Yəmənin parlaq ulduzu olaraq vəsf edərkən. müəllif bunları ifadə edir: “Peyğəmbər (s.ə.s)-in −Veysəl Qərani səhabəyə gözəl şəkildə tabe olanların[1] ən xeyirlisidir− dediyi və şəxsən mədh etdiyi kimsə haqqında mənim bir şey söyləməm necə doğru olar?” Lakin müəllifin onun haqqında yazdığı gözəl sözlər və ifadələr qəlbimizə Veysəl Qərani sevgisini aşılamış və onu unudulmaz abidə şəxsiyyətlər arasına qoymuşdur. Biz də öz növbəmizdə Azərbaycanda Veyis baba adıyla tanınan bu abidə şəxsiyyətdən söhbət açacayıq.

Veysəl Qərani İslam xalqları arasında ən çox tanınan və sevilən mübarək bir şəxsiyyətdir. Bunu məşriqdən məğribəcən demək olar ki, hər diyarda ona nisbət edilən müxtəlif qəbirlərin mövcudluğu da sübut edir. Bu yazımızda Veysəl Qərani kimdir, harada vəfat etmişdir və qəbri haradadır? suallarına cavab verməyə çalışacayıq.

Rəsulullah (s.ə.s) bəzən üzünü Yəmən tərəflərə tutaraq “Rəhmanın nəfəsini Yəməndən alıram” deyərdi. Müslümün rəvayət etdiyi səhih bir hədisdə Hz. Ömər deyir: “Rəsulullahın belə dediyini eşitdim: Şübhəsiz ki, tabiunun ən xeyirlisi Üveys adında bir adamdır. Onun üstündə həssaslıqla titrədiyi bir anası var. Bədənində də ağ ləkəsi vardır. O, Allahdan nə istəsə yerinə yetirilər. Sizdən kim ona rastlasa özü üçün ondan istiğfar istəsin!”[2] Tarix kitablarında Hz. Ömərin Hz. Əliylə birlikdə onu ziyarət etməsindən və duasını almalarından bəhs olunur.

O, İslam Peyğəmbəri Hz. Məhəmmədlə görüşmədən ilahi təcəllilərə nail olduğu üçün təsəvvüfdə hər hansı bir şeyxə bağlanmadan, ancaq Rəsulullahdan və ya bir vəlinin ruhaniyyətindən təsirlənərək tərbiyə və irşad görənlərə onun adına nisbətlə Üveysi deyilir.

Veysəl Qərani Azərbaycandadırmı?

Tarixçilər onun bir döyüş əsnasında şəhid olduğunu xəbər verir və bu mövzuda ittifaq edirlər. Lakin onun şəhid olduğu məkanın dəqiq bilinməməsi səbəbilə bu mövzuda da ixtilaf vardır.

Bəzi mənbələrdə Üveysin Siffin döyüşündə Hz. Əli tərəfdarları tərəfində döyüşərək şəhid olduğu bildirilir. Abdurrahman b. Əbi Leyladan gələn rəvayətə görə Siffin günü döyüş bitdikdən sonra bir nəfər “Sağ qalanların arasında Üveys varmı?” deyərək onu axtarmış, lakin şəhidlər arasında tapmışdır.[3]

İbn Asakir onun cihad üçün Ermənistan bölgəsinə getdiyini və orada yaralanaraq bir çadırda vəfat etdiyini nəql edir.[4]

Zəhəbi, İbn Həcər, Əhməd b. Hənbəl və Əbu Nuaymın Abdullah b. Sələmədən nəql etdikləri rəvayətə görə Üveys əl-Qərani Hz. Ömər dövründə Azərbaycana edilən səfərdə xəstələnərək orada vəfat etmişdir.[5]

Onun Azərbaycanda vəfat etdiyini deyən Əhməd b. Hənbəlin “Kitabuz-Zühd”-ündə bununla bağlı ətraflı məlumatlar var. Əhməd b. Hənbəl Abdullah b. Salimdən aldığı bu rəvayəti kitabında qeyd edir. “Ömər b. Xəttab zamanında Azərbaycanda döyüşdə idik. Üveys də yanımızda bizimlə bərabər savaşırdı. Geri qayıdarkən o, yolda xəstələndi və dünyasını dəyişdi. Vəfat etdiyi yerdə qonaqladıq. Hazır məzar və kəfən tapdıq. Onu kəfənlədikdən sonra namazını qılıb dəfn etdik. Sonra yolumuza davam etdik. Bir az yol qət etdikdən sonra bir-birimizə gərək qəbrinə bir işarə qoyardıq dedik və geri qayıtdıq. Lakin onu dəfn etdiyimiz yerə gəldikdə qəbrini tapmadıq.”[6]

Mənbələrdə keçən rəvayətlərə görə Veysəl Qəraninin vəfat etdiyi yerlə bağlı iki bölgə xüsusilə ön plana çıxır ki, bu da Siffin və Azərbaycandır. Siffində öldüyünü vurğulayan xəbərlərlə Azərbaycanda öldüyünü söyləyən xəbərlər eyni əsərlərdə təkrar edilməkdədir. Bütün bunlar da onun vəfat etdiyi yer haqda qəti qənaətə gəlməmizə mane olur. Ancaq rəvayətlərdəki məlumatların daha ətraflı olması və bir çox mənbədə yer alması onun Azərbaycanda vəfat etdiyi ehtimalını qüvvətləndirir. Buna baxmayaraq Veysəl Qəraninin məzarının harada olduğuna dair müxtəlif fərqli görüşlər vardır. Bəzi tarixçilər Yəməndə Məşhədi-Şərif adıyla tanınan bir qəbiristanlıqda dəfn olunduğunu qeyd edir. Lakin onun Yəməndə vəfat etməsiylə bağlı dəqiq məlumat yoxdur. Kirman, Qəzvin, Şam ətrafında, Hicaz, Xorasan, Hindistan və Anadolunun Bursa, Gəmlik, Manisa, Mardin, Kurtalan, Licə, Siirtin Baykan adlı bölgələrində də Veysəl Qəraniyə aid edilən qəbirlər vardır.

Azərbaycanda da bir neçə yerdə onun məzarı var ki, bunlardan ən məşhuru Ağdaşdan 45 km. cənubda yerləşən Xınalıqlı kəndidir.

Veysəl Qərani Azərbaycana cihad üçün göndərilən orduyla gələrək İslamı buralarda təbliğ etmişdir. Onun kimi örnək şəxsiyyətlər İslam orduları ilə birlikdə yeni fəth olunan yerlərə gedər və orada İslamı halları, davranışları və dilləri ilə təbliğ edərdilər. Bu mübarək şəxs də Azərbaycana gələrək bu torpaqları şərəfləndirmişdir. Azərbaycan xalqının İslamı qəbul edərək müsəlmanlaşmasında şübhəsiz ki, onun da rolu olmuşdur. Bəlkə elə ona görə də bu torpaqlarda bir çox Allah dostu övliyalar və İslam alimləri, şairlər yetişmişdir. Nizami, Füzuli, Nəsimi, Seyyid Yəhya Şirvani kimi Allah və Rəsulunu şeirlərində ən gözəl şəkildə tərənnüm edən şairlərimizdəki ilahi eşq və məhəbbətlə dolu ruh halının Veysəl Qərani və onun kimi buralara gələn İslam təbliğçilərindən qaynaqlandığını söyləmək yanlış olmaz.

Onun məzarının bir neçə yerdə olması və daima ziyarət edilməsi əslində əsrlərdən bəri xalqımızın qəlbində onun hansı mövqeyə sahib olduğunu göstərir. Onun məzarını ziyarət etmək əlbəttə ki, şəxsini, həyatını, din və peyğəmbər sevgisini, ana sevgisini bizə xatırlatdığı üçün çox mühümdür. Onun hüzurunda Allaha dua etmək və Allahdan onun şəfaətini tələb etmək də ayrı bir ab-hava yaradır. Amma bu gün bəzilərinin etdiyi kimi dünyəvi mənfəətlər üçün ondan yardım istəmək, qəbri ətrafında dövr etmək, tütyə deyilən torpaqla qarışmış natəmiz sudan şəfa niyyəti ilə içmək və bu kimi hərəkətlərə yol vermək tamamilə xürafatdır və bunların Veyis babanın təlim etdiyi İslamda heç bir yeri yoxdur.

[1] Tövbə 9/100
[2] Səhihi-Müslim, IV, 1968-69.
[3] Ahmet Yaşar Ocak, Veysel Karanı ve Üveysîlik, İst. 1982; İbnü'l-Cevzî, Sıfatü's-Safve, III/35.
[4] İbn Asâkir, Târixu Diməşq, IX, 408. Əsəd el-Xatib, Sufilər ve Aksiyon, s. 24
[5] Əbu Nuaym İsfəhani, Hilyetül-Övliyâ, 11/79; Şarânî, Tabaqat 1/274; İbn Həcər, əl-İsabə, I/234; əz-Zəhəbi, Mizanul-Etidal, I/130; Qəzzâlî, Ehya, III/218.
[6] Əhməd b. Hənbəl, Kitabuz-Zühd, II/480, 2024 nömrəli hədis

Mənbə: "İrfan Jurnalı" Müəllif: "Dr. Mehmet Rıhtım"
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:00
GÜNƏŞ06:33
ZÖHR [ 4 rükət ]12:46
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]19:00
İŞA [ 4 rükət ]20:27
GECƏYARI00:00
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka