Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏDƏQƏ NİYYƏTİ

[ Hədis elmi / 6147 dəfə baxılıb ]   
|
 
RİYAZ əs-SALİHİN kitabından:

٦- وَعَنْ أبي يَزِيدَ مَعْنِ بْن يَزِيدَ بْنِ الأَخْنسِ رضي الله عَنْهمْ، وَهُوَ وَأَبُوهُ وَجَدّهُ صَحَابِيُّونَ، قَال: كَانَ أبي يَزِيدُ أَخْرَجَ دَنَانِيرَ يَتصَدَّقُ بِهَا فَوَضَعَهَا عِنْدَ رَجُلٍ في الْمَسْجِدِ فَجِئْتُ فَأَخَذْتُهَا فَأَتيْتُهُ بِهَا . فَقَالَ : وَاللَّهِ مَا إِيَّاكَ أَرَدْتُ ، فَخَاصمْتُهُ إِلَى رسول اللَّهِ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم فَقَالَ: «لَكَ مَا نويْتَ يَا يَزِيدُ ، وَلَكَ مَا أَخذْتَ يَا مَعْنُ » رواه البخاريُّ.

6. Əbu Yezid Mən bin Yezid bin Əxnəs radıyallahu anhum – dan:

Mən də, atası Yezid də, babası Əxnəs də səhabədir.
Atam Yezid sədəqə vermək üçün yanına bir neçə dinar aldı və onları Məscidi-Nəbəvidə oturan birinin yanına qoydu. Mən də gedib pulları götürdüm və atama apardım.

Atam:

-Vallah mən onları sən götürəsən deyə qoymamışdım deyincə, Rəsulullah -sallallahu əleyhi və səlləm - in yanına gedərək vəziyyəti ona danışdım.

Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu:

-“Ey Yezid, sən niyyət etdiyin sədəqə savabını qazandın. Ey Mən, aldığın pul da sənindir.”

Buxari, Zəkat 15. Bundan başqa bax: Darimi, Zəkat 14; Əhməd bin Hənbəl, Müsnəd, III, 470

Mən bin Yezid

Hədisi-şərifin ravisi Əbu Yezid Mən kimi həm özü, həm atası, həm də babası səhabə olan kəslər çox azdır. Hələ bunlar kimi İslamiyyəti qəbul etdikdən sonra, baba - oğul - nəvə hər üçü birdən Bədir döyüşündə iştirak edən bir başqa talehli insanlar yoxdur. Bu hədisi-şərifin Səhih-Buxaridə mövcud olub Riyazüs-salihinə alınmayan qismində ifadə edildiyinə görə, Fəxri-Dünya Peyğəmbərimiz (s.ə.s) Mən üçün bir qıza elçi getmiş və onları evləndirmişdir. Hz. Ömərin özünə çox dəyər verdiyi Mən əvvəl Kufədə, sonra Misir və Şamda yaşamış, 64/683-cü ildə vəfat etmişdir. Hz. Peyğəmbərdən (s.ə.s) 5 hədis rəvayət edən Mənin həyatı haqqında çox məlumat yoxdur.
Allah ondan razı olsun!

Şərh

Hədisi-şərifdə yenə niyyətin əhəmiyyəti ifadə edilməkdədir.
Mənin atası Yezid məsciddə oturan bir səhabənin yanına möhtaclara verməsi üçün bir miqdar pul qoymuşdu. Kasıb olan, üstəlik o pulu kimin qoyduğunu bilməyən oğlu belə bir köməyə ehtiyacı olduğuna görə, pulu oradan özünə götürmüşdü. Atası vəziyyəti öyrənincə, sədəqəsinin boşa getdiyini düşünərək: “O pulu sənə vermək istəsəydim, gətirər verərdim. Mən onu sədəqə niyyətilə məscidə qoydum. Sən bu pulu götürməməli idin!”, -deyə oğluna etiraz etmişdi. Bu pulu alıb xərcləməsinin heç bir qəbahəti olmadığını düşünən Mən, atasıyla birlikdə Rəsuli-Əkrəmin hüzuruna gələrək məsələni anlatmış, Rəsulullah (s.ə.s) da Məni haqlı hesab etmişdi.
Hədisi-şəriflərdə üzərində geniş durulan mövzulardan biri, ailə fərdlərinə verilən sədəqənin son dərəcə məqbul olduğudur. Bu cür xərcləmələrin dəyəri, əhəmiyyəti və savabı 291 nömrəli hədisdən etibarən başlayacaq olan “Ailənin Dolanışığı” bəhsində ələ alınacaqdır.
Görürük ki, sədəqə verən üçün əhəmiyyətli olan pulunu Allah yolunda xərcləməyə niyyət etməsidir. Etdiyi kömək, sədəqə almaması lazım olan birinin əlinə keçsə belə, o niyyəti səbəbilə savab qazanmış olar. Sədəqə nafilə bir ibadət olduğuna görə, bir mömin onu özlərinə baxmaq məcburiyyətində olduğu kəslərə, məsələn atasına, babasına, oğluna, qızına, hətta nəvəsinə verə bilər. Ancaq zəkatı, özünə bu qədər yaxın olanlara verə bilməz.
Sədəqə şəxsən verilə biləcəyi kimi, bir vəkil vasitəsilə də verilə bilər. Vəkil vasitəsilə verildiyi təqdirdə, nafilə ibadətlərdə xüsusilə vurğulanan “yaxşılığı gizlicə etmə əsasına” riayət edilmiş olur.

Hədisdən öyrəndiklərimiz:

1. Sədəqə verərkən Allah rizası üçün verməyə niyyət etmək şərtdir.
2. Sədəqələr ən yaxın insana verilə bilər.
3. Sədəqələr bir vəkil vasitəsi ilə də verilə bilər.
4. Əshabələrin (r.anhum) həyatında, məscidlərin əhəmiyyətli yeri vardı. Sədəqə vermək üçün belə məsciddən faydalanardılar.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka