Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏYAT FİQHİ - MÜTƏFƏKKİR QADINLAR

[ Aktual / 10723 dəfə baxılıb ]   
|
 
(Həyat fiqhi silsiləsindən altıncı yazı)
Allah insanı xəlq edib yer üzündə xəlifə seçdi. Yer üzünü və içində olan hər şeyi onun üçün yaratdı və onun xidmətinə buraxdı. Həyatı dərk (fiqh) üçün, insan deyilən varlığı, insanın yer üzündə rolunu dərk etməliyik. İnsan isə həm kişidən həm də qadından ibarətdir. Nə qadının rolunu kişi, nə də kişinin rolunu qadın həyata keçirə bilər.

Bu müqəddimələri hər zaman eşitsək, oxusaq, görsək və yazsaq da, bir daha xatırlamağa və başda qeyd etməyə gərək vardır.
Qadının evdə, ailədə, uşaqların həyatında böyük rolu olduğu kimi, cəmiyyətdə, cəmiyyətin quruluşunda da böyük rolu var. Təsəvvür edin ki, cəmiyyətdə qadın həkim yox, müəllimə yoxdur. Dul və ya boşanmış qadınlar uşaqlarıyla tək başına, işləmirlər və onlara baxan da yoxdur. Yəqin ki, qadının işləməsi haqda söhbət gedəcəyi anlaşıldı?!

Qadının işləməsi, insanlar arasına çıxması bəzən haram olduğu kimi, bəzən də vacibdir. Qadınlar xəstələnərkən onları müayinə və müalicə edə biləcək qadın həkimlər yoxdursa, həmin cəmiyyətdə qızların təhsil alması və cəmiyyətin ehtiyacına uyğun ixtisaslaşdırılması mütləqdir. Yuxarıda da qeyd olunduğu kimi, əgər qadın uşaqları ilə tək başına qalıbsa və heç kim onları himayəsinə götürmək arzusunda deyil, o qadın bacardığı və bildiyi peşədə işləyərək ailəsini mütləq saxlamalıdır, bu, ona zəruridir.

Əsrlər boyu qadının işləməsi ilə əlaqəli yaranan problemlər isə ya bu məsələnin ifrata uğramasından, ya da düzgün yönləndirilməməsindən irəli gəlmişdir. Ya qadının evdə uşaqları var, onların tərbiyəsi, ev işləri, zəif olması, ağlında naqislik, hisslərinə çox qapılması və sair kimi min cür əsassız bəhanələrlə cəmiyyətə buraxmamış və kişinin əsarətində saxlamışlar. Ya da qadın azad olmalıdır adı altında, onun tədris, təlim, tərbiyəsi və işləməsi ilə kifayətlənməyərək onu qadınlığına yaraşmayan işlərə sövq etmişlər, bir alət kimi əllərdə oynatmışlar, yenə də kişilərin əsarətinə buraxmış, yalnız kişilərin həvəslərinə və istəklərinə uyğun işləri gördürmüşlər. Hər iki halda qadını kişinin əsarətində saxlamışlar.

Qadın heç bir halda əsarətdə qala bilməz. Qadın dörd divar arasında ev xanımıdır adıyla heç bir halda həbs olunmamalı, cəmiyyətdən izolyasiya edilməməlidir. “Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan dörd şahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!” (Nisa, 15). Ayədən bilindiyi kimi Allah yalnız bir halda qadınların evdə həbs olunmasına icazə vermişdir. Onun da təbii ki, şərtləri vardır. Qadınların istədikləri hər yerə gedib girmələri, layiq olmayan hallara düşmələri, uyğun gəlməyən işlərdə çalışmaları yenə də əsarət altına düşmələri deməkdir. Bəzənib-düzənib, ətirlənib, onlara baxan kişilərə xoş olsun deyə evdən çıxan, işə gedən qadınlar kişilərin həvəslərinin, hər yeni sezon modaya uyğun geyimlər alarkən yeni tendensiyanın, formalarına və görüntülərinə gündə min cür dəyişiklik edərkən rəfiqələrinin və başqa insanların əsirləri olurlar. Hər iki tərəfin də fikirləri, rəyləri və qoyduğu şərtlər rədd olunmalıdır. Rəbbimiz necə buyurubsa, o cür etməliyik, ən gözəl və ən doğru bilən də Odur. Ədalətli olmaq, hər bir şeyi doğru-dürüst ölçüb biçmək gərəkdir. “...tərəzini (ədalət tərəzisini) O qoydu! Ona görə ki, çəkidə həddi aşmayasınız. Tərəzini düz tutun, çəkini əskiltməyin!” (Rəhman) Qadın yaxud kişi, hər birinin özünə görə verilən roluna və məsuliyyətinə görə sorulacaqdır. Heç biri də bir-birindən nə aşağı səviyyədə deyil, yaxud da mükafat və cəzada aralarında fərq qoyulacaqdır. “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir).” (Ali İmran, 195). “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar).” (Tövbə, 71).

Allahın qadın və kişi arasında qoyduğu təbii ixtilaflar və fərqlər vardır ki, onu ayrıseçkilik kimi qəbul etmək lazım deyil, əksinə hər bir fərqə görə cəmiyyətdə yönləndirmək lazımdır. Qadın hamilə olur, 9 ay uşağı bətnində gəzdirir, o uşağı dünyaya gətirir, onu əmizdirir, onun qayğısına qalır. Bunları isə kişi heç bir zaman edə bilməz.
Qadının hər hansı vəzifədə işləməsi, evdən əlavə bir işlə məşğul olması şərtlərinə və çərçivələrinə gəldikdə isə, qısaca aşağıdakıları qeyd etmək olar;

- İlk öncə həmin iş və ya vəzifə düzgün, doğru-dürüst olmalıdır. Məsələn, gedib rəqqasə işləyə bilməz. Təbii ki, bu məsələdə kişiyə də doğru-dürüst olmayan yerdə işləmək günahdır. Günah və nəlayiq işlər olduğu kimi, bəzi işlər də vardır ki, ya kişiyə uyğun deyil, ya da qadına. Məsələn, qadın bir müdürün sekretarı (katibəsi) olaraq, tək başına onunla bir kabinetdə işləyə bilməz. Bütün bu nüanslar nəzərə alınmalıdır.

- Qadının əsas vəzifəsiylə ziddiyyət yaratmamalı, konfliktlər çıxmamalıdır. Çünki qadın ən əvvəl həyat yoldaşı və anadır. Bu iki öhdəliyi məsuliyyətini ilk növbədə tam yerinə yetirə bildiyi halda başqa işləri edə bilər.

- İslam dininin ədəb-ərkanları, əxlaq-mədəniyyəti çərçivəsində hərəkət etməlidir. Məsələn, evdən çıxıb işə gedərkən, geyimini Rəbbinin buyurduğu kimi geyməli, ətirlənmədən, cazibədar şəkildə bəzənmədən, yolda nazlanaraq gəzmədən, işdə naz-işvə ilə danışmadan və sairə kimi amilləri nəzərə alaraq, vəzifəsini yerinə yetirməlidir. Daim xatırlmalıdır ki, Rəbbi bu məsələlərə çox önəm vermiş və onun hərəkətlərini və geyimini xüsusi qeyd edərək müəyyən buyuruqlar nazil etmişdir. “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar” “gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər.” (Nur, 21) “Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın,” (Əhzab, 32) “İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin.” (Əhzab, 33).

Sonunda qısa olaraq bir daha qeyd etmək lazımdır ki, bu mövzudan qadının mütləq evdən çıxması, işə getməsi, hansısa vəzifədə mütləq işləməsi propoqandası deyil. Bir şeyi anlamaq lazımdır ki, qadının işləməsi ya günah ola bilər, ya da vacib ola bilər. Məsələn, bu ayəyə bir nəzər yetirək; “O, Mədyən sulağına gəlib çatanda quyunun yanında heyvanlarına su verən adamlar gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb: "Sizə nə olub?"– dedi. Onlar dedilər: "Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır"” (Qəsas, 23). Burada Musa peyğəmbərin gördüyü qızlar, atalarına qayğı göstərmə və ona baxma məcburiyyətindən heyvanları güdməklə özləri məşğul olurdular. Təbii ki, bəzi hallarda qadının işləməsi nə günah deyil, nə zəruri deyil, o zaman boş vaxtlarını bildiyi və öyrəndiyi ixtisasına uyğun işlə məşğul ola bilər.

Müsəlman cəmiyyətin ağıllı bilikli, müəllimələri, mürəbbiyələri (tərbiyəçilər), professorları, həkimləri, psixoloqları və sairə ixtisaslaşmış qadın kadrları olmalıdır.


Hazırladı: Şahmar Kərimov / Azerislam.com

"Həyat fiqhi" silsiləsinin öncəki yazıları:

Həyat fiqhi 1
Həyat fiqhi 2
Həyat fiqhi 3
Həyat fiqhi 4
Həyat fiqhi 5
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:22
GÜNƏŞ06:17
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:35
MƏĞRİB [ 3 rükət ]20:57
İŞA [ 4 rükət ]22:46
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka