Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NİYYƏTİN ÖNƏMİ

[ Azerislam.com / 4484 dəfə baxılıb ]   
|
 
RİYAZ əs-SALİHİN kitabından:

٥- عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ :رَجَعْنَا مِنْ غَزْوَةِ تَبُوكَ مَعَ النَّبِيِّ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم فَقَالَ: «إِنَّ أَقْوَامَاً خلْفَنَا بالمدِينةِ مَا سَلَكْنَا شِعْباً وَلاَ وَادِياً إِلاَّ وَهُمْ مَعَنَا ، حَبَسَهُمْ الْعُذْرُ». ورواهُ البُخَارِيُّ

5. Ənəs radiyallahu anh belə demişdir:

-Peyğəmbər sallallahu əleyhi və səlləm ilə Təbuk qəzvəsindən qayıtdığımız əsnada belə buyurdu:

-“Mədinədə bizdən geridə qalan elə kəslər vardır ki, bir dağ yoluna, bir vadiyə girdiyimizdə onlar da bizimlə gedirmiş kimi savab qazanarlar. Çünki onlar üzrlü olmaları səbəbilə (geridə) qalmışlar.”

Buxari, Məğazi 81, Cihad 35. Ayrıca bax: Əbu Davud, Cihad 19; İbn Macə, Cihad 6

Ənəs bin Malik

Mədinəli olan Ənəs on yaşında bir uşaq ikən Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- bu gözəl şəhərə hicrət etdi. Anası Ümmü Süleym onun əlindən tutaraq Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- ə gətirdi. Ənəsin yaxşı bir uşaq olduğunu söyləyərək onu Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- in xidmətinə verdi. Ənəs axşama qədər Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- in yanında olar, axşam olunca da Qubadakı evlərinə gedərdi. Hz. Peyğəmbər - səllallahu əleyhi və səlləm – ilə birgə xeyli döyüşdə iştirak etmişdir.

Hz. Peyğəmbər - səllallahu əleyhi və səlləm- çox ağıllı bir uşaq olan Ənəsi çox sevərdi. Ənəsin söylədiyinə görə, özünə “oğulcuğum!” deyə səslənər, onu heç danlamaz, döyməz, bəyənmədiyi bir iş etsə belə, “Bunu nə üçün etdin?” deməzdi.
Hz. Peyğəmbər - səllallahu əleyhi və səlləm- bəzən ona “iki qulaqlı” mənasında “Zül-üzüneyn” deyə “ilişərdi”.

Hz. Peyğəmbər - səllallahu əleyhi və səlləm- Ənəsə uzun ömürlü, çox uşaqlı və varlı olması, Allah təalanın onu cənnətinə qoyması üçün dua etmişdir. Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- in duası eynilə reallaşdı. Ənəs yüz ildən çox yaşadı. Bir çox uşağı, nəvəsi və sərvəti oldu.

Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- dən eşidib öyrəndiyi, təkrarlarıyla birlikdə 2286 rəvayətlə ən çox hədis bilən yeddi səhabənin üçüncüsü idi. Oxuma-yazma bildiyi üçün eşitdiyi hədisləri yazardı. Bu rəvayətləri Mədinədə və daha sonra yerləşdiyi Bəsrədə yüzlərlə tələbəsinə öyrətdi.

Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- i ən yaxşı tanıyanlardan biri olduğuna görə, eynilə Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm - kimi yaşayar, onun kimi namaz qılardı. Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm - ə aid bir çubuğu və onun bir saç telini həmişə yanında daşıyardı. Öldüyü zaman bu çubuq vəsiyyəti üzərinə qəbirdə yanına, Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- in saç teli də dilinin altına qoyuldu.

Ənəsin anası Ümmü Süleym ilə ögey atası Əbu Təlha öndə gələn əshabi-kiramdan idi. Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- onların evinə tez-tez uğrayar, orada nafilə namaz qıldırar, Ümmü Süleymin yeməyini yeyər, evlərində günorta yuxusuna yatar, onlara xeyir-dua edərdi.
Ənəs hicrətin 93-cü ilində 103 yaşında Bəsrədə vəfat etmişdir.
Allah ondan razı olsun!

Şərh

Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- in hicrətin 9-cu ilində olan Təbuk qəzvəsindən qayıdarkən söylədiyi bu hədisi-şərif, niyyət və ixlasın əhəmiyyətini ifadə etməkdədir.
Əsri səadətdə bir döyüş çıxdığı zaman, bütün səhabələr o döyüşə getmək üçün can atardılar. Hər kəs öz imkanı ilə və ya varlı müsəlmanların köməkliyi ilə döyüşə hazırlanardı. Maddi imkansızlıq üzündən döyüşə gedə bilməyənlər böyük bir savabdan məhrum qaldıqlarını düşünərək kədərlənər, gözyaşı tökərdilər. Bu dəfə də elə olmuşdu. Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- in bu son qəzvəsinə gedə bilməyənlər hamılıqla İslam ordusunu düşünmüş, döyüşdə iştirak edən bəxtiyarların arasında olmağı xəyal etmişlərdi.

Hər iki hədisi-şərifdə də xəstəlikləri və ya başqa üzrləri üzündən döyüşdə iştirak edə bilməyən bəzi müsəlmanların, döyüşə gedən mücahidlər kimi savab qazanacaqları ifadə buyurulmaqdadır. Çünki əllərindən gəlsəydi onlar da döyüşə gedəcək, əziyyətlərə dözəcək, hətta canlarını Allah yolunda sevə sevə verəcəkdilər.
“Nisa” surəsinin 95-ci ayəsində, bütün imkanlarını ortaya qoyaraq Allah yolunda döyüşən kəslərlə, üzrləri olmadığı halda döyüşə getməyib evlərində oturanların bir olmadığı deyilməkdə, döyüşənlərin o birilərdən üstün sayıldığı ifadə edilməkdədir. Bu ayə hədisimizə tərs düşməməkdədir. Çünki ayədə üzrsüz olaraq döyüşə getməyənlərdən, burada isə üzrlü bir səbəbə görə döyüşə gedə bilmədiyi üçün kədərlənib ağlayan mücahid ruhlu igidlərdən danışılmaqdadır. İki qrup arasında dağlar qədər fərq vardır.

Allah yolunda cihad etmək, şəhidlik şərbətini doya-doya içmək arzusuyla yanıb qovrulduğu halda maddi və fiziki gücsüzlük üzündən buna imkan tapa bilməyənləri, qorxaqlıq, tənbəllik və ya rahatına düşkünlük kimi səbəblərlə döyüşdən qaçanlardan ayıran xüsus, niyyət, səmimiyyət və ixlasdır. İnsanı Allah yanında qiymətli edən məhz bu xüsusiyyətlərdir.

Hədislərdən öyrəndiklərimiz:
1. Allah yolunda döyüşən kimsənin atdığı hər addım, etdiyi hər davranış ona savab qazandırar.
2. Allah yanında məqbul olan bir işi qeyri-mümkünlükləri səbəbilə edə bilməyənlər, onu etməyi ixlas və səmimiyyətlə arzu etdikləri təqdirdə, etmiş kimi savab qazanarlar.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:14
GÜNƏŞ06:53
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:33
MƏĞRİB [ 3 rükət ]20:35
İŞA [ 4 rükət ]22:09
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka