Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AMERIKALI PROFESSORUN İLK NAMAZI

[ Namaz / 10266 dəfə baxılıb ]   
|
 
Amerikanın fərqli universitetlərində çalışmış riyaziyyatçı Professor Cefriy Lanq islam dinini necə qəbul etdiyini yazdığı “Mələklər soruşuncaya qədər” isimli əsərində dərin fəlsəfi düşüncələrlə ilk namazını belə anladır: “Müsəlman olduğum gün məscid imamı mənə namazın qılınışını açıqlayan bir kitab verdi. Ancaq müsəlman tələbələrin narahat olmalarını gördüm: “Tələsmə, rahat ol, zamanla yavaş-yavaş edərsən” dedilər.

Məndə öz-özümə “Namaz bu qədər çətindirmi?” dedim və tələbələri eşitməyərək həmin andan etibarən beş vaxt namaz qılmağa qərar verdim. O gecə qaranlıq və balaca otağıma çəkilib kitabdan dəstamaz və namaz hərəkətləri məşqlərini etdim, namazda oxunacaq bəzi surələrin ərəbcə oxunuşlarını və ingiliscə anlamlarını əzbərləməyə çalışdım. Bu çalışmalar saatlarca davam etdi. İlk namaz qılmağı yoxlamaq üçün özümə əminlik gəlincə gecə namazını qılmağa qərar verdim…

Vaxt gecə yarısı idi. Kitabı götürüb hamama girdim. Kitabı açaraq mətbəxdəki ilk yemək bişirməyə hazırlaşan bir aşbaz kimi kitabdakı təlimatları diqqət və incəliklə bir-bir yerinə yetirdim. Dəstamazı aldıqdan sonra otağın ortasında durub qapı və pəncərələrin kilidli və qapalı olmasından əmin olduqdan sonra qiblə deyə bildiyim tərəfə yönəldim, dərin bir nəfəs aldım və əlimi qaldıraraq alçaq bir səslə “Allahu Əkbər” dedim. Kimsənin məni eşitməməsi və görməməsini umurdum. Yavaş-yavaş “Fatihə” surəsiylə qısa bir surəni ərəbcə olaraq oxudum. Elə zənn edirdim ki, hər hansı bir ərəb məni dinləmiş olsaydı, mənim oxumağımdan bir şey anlamayacaqdı. İkinci bir təkbir alaraq rukuya getdim, rukuda biraz tədirginlik hiss etdim, çünki həyatımda heç kimə əyilməmişdim. Otaqda tək olduğumu xatırlayınca sevindim. “Subhanə Rabbiyəl Azim” dediyim an qəlbimin sürətlə çırpındığını hiss etdim. Təkrar təkbir gətirərək qalxdım və artıq səcdəyə getmək üçün əllərimi və dizlərimi yerə qoyarkən sanki dondum. Səcdəyə gedə bilmirdim...

Sahibinin önündə başını yerə qoyan kölə kimi üzümü, burnumu yerə qoyub özümü “zillət” sandığım bir vəziyyətə sala bilmirdim. Üstəlik ayaqlarım da qatlanmırdı. Utandım, gülünc vəziyyətə düşdüyümü fikirləşdim. Bu vəziyyətdə məni görən dost və tanışlarımın önündə acınacaqlı və lağ ediləcək halımı düşündüm. Dostlarımın qəhqəhələrini eşidər kimi olurdum. “San Fransisko” da ərəblər sehir etdi, o da bu hala düşdü!”- kimi sözlər işlədəcəklərini təxəyyül edərək “yazıq” vəziyyətə düşdüyümü hiss etdim.

Bir müddət tərəddüddən sonra dərin bir nəfəs aldım, başımı səcdəyə qoydum, zehnimdəki bütün düşüncələri atdım, diqqətimi dağıdacaq düşüncələrə yer vermədən ikinci səcdəni də etdim. Bu əsnada özüm-özümə “Daha önümdə üç tur var!” deyə düşündüm və nəyin hesabına olursa-olsun bu namazı tamamlayacağamı qərarlaşdırdım. Qalan rükətlərdə hər şey daha da asanlaşırdı. Son səcdədə tam bir sükunət hiss etdim. Sonra başımı qabağıma əyərək peşman bir şəkildə “Allahım! Axmaqlığımdan və təkəbbürlüyümdən ötrü məni bağışla, uzaq bir yerdən gəldim və daha irəlidə qət ediləcək uzun bir yol var!” deyə dua etdim. Bu əsnada daha öncə heç hiss etmədiyim bir şeyi hiss etdim.
Bunu sözlərlə ifadə etmək mümkün deyil. Vücudumu qəlbimin bir nöqtəsindən çıxdığını hiss etdim və anlaya bilməyəcəyim bir dalğa məni bütünlüklə qapladı. Soyuq meh kimi idi. İlk öncə ürkdüm, vücuduma olan təsirindən başqa qəribə bir şəkildə hisslərimə təsir etdi və görünür bir rəhmətin varlığını hiss etdim. Bu rəhmət sonra içimə nüfuz edərək içimdə qaynamaya başladı. Sonra səbəbini bilmədən ağlamağa başladım. Ağlamağım artıb gözyaşlarım axdıqca rəhmət və lütüfdən möhtəşəm bir gücün məni qucaqladığını hiss etdim. Günahkar olmağıma rəğmən günahlarımdan ya da utanc və sevincdən dolayı ağlamırdım. Sanki böyük bir rəhmət açılmışdı, içimdəki qorxu və kədər sel olub gedirdi…

Bu sətirləri yazarkən öz-özümə deyirəm: “Allahın rəhmət və məğfirəti sadəcə günahları bağışlamır, o eyni zamanda bir şəfa və bir səkinədir.” Uzun bir zaman başım önümə əyilmiş vəziyyətdə eləcə dizüstə qaldım. Ağlamağım kəsdikdə yaşadıqlarımı ağılla izah etməyin mümkün olmadığını anladım. Bu əsnada idrak etdiyim ən vacib xüsus isə, mənim Allaha və namaza şiddətli dərəcədə möhtac olduğum gerçəyi oldu. Yerimdən qalxmazdan əvvəl də bu duanı etdim: ”Allahım! Bir daha küfrə girməyə cürət etsəm, məni o küfrə girmədən əvvəl öldür və bu həyatdan qurtar, xəta və əksiksiz yaşamağın çox şətin olduğunu bilirəm. Ancaq əminəm ki, bir tək gün belə olsa Sənsiz yaşamaq, Sənin varlığını inkar etməyim mümkün deyildir.”

Hazırladı: Elvin Ağayev / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka