Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BORC BORCLA ÖDƏNMƏZ!

[ Aktual / 7260 dəfə baxılıb ]   
|
 
Yaşadığımız dünya həyatı bir tarla kimidir - necə yaşayarıqsa, Allahın bizə verdiyi ömrü nəyə xərcləyəriksə, axirətdə də onun nəticəsi ilə qarşı-qarşıya qalacağıq.
Kitabımız da bunu təsdiq edir: " Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz." (4:77)
Biz bu dünyada Allahın istədiklərini etməliyik ki, axirətdə də öz istədiklərimizə qovuşa bilək.

Nə qədər yaşayırıqsa yaşayaq, fani olan, əbədi olmayan ömür sürəcəyik bu dünyada. Əslində qısa olan, lakin bizə uzun gələn ömrümüzün hər dəqiqəsi, hər anı Aləmlərin Rəbbi olan Allaha agahdır. Ondan heç nə gizli qalmaz.
Müsəlman olmaq Onun rizası üçün yaşamaq, Onun rizası üçün ölməkdir. Lakin gəlin, bir anlıq özümüzü test edək. Hər gün "Ya Rəbbim, bizdən razı ol!" deyə dua edir və ya bir-birimizə "Allah səndən razı olsun!" deyirik. Bəs, özümüz necə Allahdan razıyıqmı?
Ümumiyyətlə Allahdan razı olmaq nədir?

Görək Kitabımız nə deyir:
"Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur." (9:100)
Allahın insandan razı olması, insanın Allahdan razı olmasının nəticəsidir. Bu hər halına şükr edib, yaxşı gündə də, çətin gündə də Aləmlərin Rəbbinə həmdü-sənalar edib, şükr dolu bir həyat sürməklə əldə edilən bir şeydir ki, özlüyündə, yüksək iman, təqva, səbr və iradə tələb edir.
Lakin insan mükəmməl bir varlıq deyil, yəni günahlardan, şeytani vəsvəsədən xali deyil. Kamil insan da mükəmməl olmadığını və heç bir zaman da ideal ola bilməyəcəyini bilən insandır.

Bəs elə isə, nədir bizdən Rəbbimizin istədiyi? Bu cür yaradılışla eyni zamanda Onun rizasını da qazana bilməmiz ziddiyyətli bir istək deyilmi?
Xeyr! Biz günahkar gəlmərik bu dünyaya. Hətta müəyyən bir yaşa qədər günah etmə ehtimalımız da sıfıra bərabər olar. Lakin yaşlandıqca nəfsani istəklərimiz artar və günaha meyl edər. Lakin biz bu dünya həyatına borclu gələrik. "Borc" (dəyn) kəlməsindən əmələ gələn din sözü əslində qulun Allaha borcluluq bilincini ifadə edər. Allahın bizdən istədyi borcumuzu ödəmək deyil. Bu onsuz da mümkün deyil. Hansı ki, hər aldığımız nəfəs belə bir borcdur. Borc borcla necə ödənə bilər ki?
Allahın istədiyi borclu olduğumuzu etiraf etməmizdir. Allaha borclu olduğumuzu etiraf etsək, Onun borcunu ödəmiş sayılar və Onu razı salarıq.
Demək ki, bizim insan olaraq vəzifəmiz Yer üzündə yaradılış məqsədimizə uyğun bir həyat yaşaya bilməkdir.
"İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!" (7:42)

Rəbbimiz bizləri borclulluq şüurunda olaraq bunu etiraf edə bilənlərdən etsin!
Amin!

Hazırladı: Fa`ni/Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka