Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KEÇMİŞDƏ VƏ GÜNÜMÜZDƏ HİCRƏT

[ Azerislam.com / 4376 dəfə baxılıb ]   
|
 
RİYAZ əs-SALİHİN kitabından:

٣- وعَنْ عَائِشَة رَضِيَ الله عنْهَا قَالَت قالَ النَّبِيُّ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم : «لا هِجْرَةَ بَعْدَ الْفَتْحِ، وَلكنْ جِهَادٌ وَنِيَّةٌ ، وَإِذَا اسْتُنْفرِتُمْ فانْفِرُوا» مُتَّفَقٌ عَلَيْهِ . وَمَعْنَاهُ : لا هِجْرَةَ مِنْ مَكَّةَ لأَنَّهَا صَارَتْ دَارَ إِسْلامٍ .

3. Aişə -radiyallahu anhə -dən rəvayət edildiyinə görə, Peyğəmbər -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:
“Məkkə fəthindən sonra artıq hicrət yoxdur, lakin cihad və niyyət vardır. Allah yolunda döyüşə çağırıldığınız zaman dərhal döyüşə gedin.”
[Buxari, Mənaqibul-Ənsar 45, Cihad 1, 27, 184; Müslim, Həcc 445, İmarət 85. Ayrıca bax: Tirmizi, Siyər 32; Nəsae, Beyət 15].

Şərhlər:
İslamiyyətin ilk illərində Məkkədə müsəlmanlara həyat haqqı tanımaq istəməyən müşriklər onlara çox ağır işgəncələr verirdilər. Bu işgəncələrə dözə bilməyən bəzi müsəlmanlar Allahın əmrlərini rahatlıqla yaşaya bilmədikləri üçün öz yurdlarını, yuvalarını tərk etdilər. Hz. Peyğəmbər (s.ə.s)-in buyruğu üzərinə Həbəşistana hicrət etdilər. Daha sonrakı illərdə Mədinə müsəlmanların dincliklə yaşaya biləcəyi bir sığınacaq halına gəlincə, Hz. Peyğəmbər (s.ə.s) oraya hicrət edilməsini tövsiyə etdi. Bir müddət sonra, özü də oraya hicrət etdi. Mədinə dinc bir İslam diyarı olmaqla birlikdə, burada bir İslam dövlətinin qurulması və yaşadılması üçün müsəlmanların sayı kafi deyildi. Başqa yerlərdə olan müsəlmanların Mədinəyə gəlməsi bu baxımdan zəruri idi.

Hicrətin 8-ci ili Ramazan ayında (630/Dekabr) Məkkə fəth edilib. İslam günəşinin ilk doğulduğu bu mübarək şəhər İslam diyarı olunca, artıq oradan Mədinəyə hicrət faktorunun bir mənası qalmadı. Çünki müsəlmanların illərcə qorxulu yuxusu olan məkkəlilər haqq dinə qovuşdular. Müsəlmanlara zərəri toxuna biləcək kəslər ortadan qalxınca, Hz. Peyğəmbər (s.ə.s) Məkkədən hicrət etmə işini dayandırdı. Beləcə bu mübarək diyarın dünya durduqca İslam ölkəsi olaraq qalacağına da işarə etmiş oldu.

Məkkənin fəthi həm İslam tarixi, həm də İslamın yaşanması baxımından əhəmiyyətli bir başlanğıc oldu. O tarixdən etibarən müsəlmanlar gücləndi və Mədinəyə Hz. Peyğəmbərin (s.ə.s) yanına gələrək ona dəstək olmağa ehtiyac qalmadı. Hədisi-şərifdəki “Lakin cihad və niyyət vardır” ifadəsi müsəlmanların hicrət sonrası yeni vəzifələrini təyin etməkdədir. Bu da İslamı və müsəlmanları inkişaf etdirmək üçün bir tərəfdən düşmənlərinə qarşı mübarizə aparmaq, cihad arzusu və eşqini davamlı canlı tutmaq, bir tərəfdən də İslama xidmət etmə və Allah rizasını qazanma niyyətilə uzaq diyarlara gedərək elm təhsili almaqdır. Cihad ruhuyla yetişən müsəlman “Haydı döyüşə” deyildiyi zaman qorxub qaçmayacaqdır. Allahın razılığını əldə etmək üçün bir növ hicrət olan döyüşə qaçaraq gedəcəkdir.

Bütün səylərə baxmayaraq İslam yurdundakı pislərə və pisliklərə qarşı müvəffəqiyyət əldə oluna bilmir, dinin buyruqları yaşana bilmirsə, o təqdirdə hicrət yenə gündəmə gəlir. Çünki Rəsuli-Əkrəm:
“Tövbə etmə zamanı sona çatmadan hicrət etmə zamanı da sona çatmaz. Tövbə etmə (möhləti) isə günəş batdığı yerdən doğulana qədər davam edər” buyurmuşdur [Əbu Davud, Cihad 2; Əhməd bin Hənbəl, Müsnəd, IV, 99].
Demək ki, həyat davam etdiyi müddətcə ixlas, səmimiyyət və yaxşı niyyət də davam edəcəkdir. İnsan bu xüsusiyyətləri heç bir zaman unutmayacaq, lazım gəldiyində Allah uğrunda canla başla xidmət edəcəkdir.

Hədisdən öyrəndiklərimiz:
1. Məkkə fəth edildikdən sonra Mədinəyə hicrət etmə məcburiyyəti qalxmışdır.

2. Bir ölkə İslam diyarı olunca, oranı buraxıb başqa yerə gedilməməlidir. Orada qalıb pislərlə və pisliklərlə döyüşülməlidir. Bu da bir fayda vermirsə, İslamiyyətin rahatca yaşanacağı bir yerə hicrət edilə bilər.

3. Müsəlmanların cihad eşqini həmişə canlı tutmaları, döyüşə çağırılınca qaçaraq getmələri lazımdır.

4. Yaşadığı yerdən ayrılaraq təhsil almaq üçün başqa yerlərə və ölkələrə gedən müsəlman hicrət etmiş kimi savab qazanar.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:00
GÜNƏŞ06:33
ZÖHR [ 4 rükət ]12:46
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]19:00
İŞA [ 4 rükət ]20:27
GECƏYARI00:00
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka