Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İNSANI İNSAN EDƏN DÜŞÜNMƏKDİR

[ Aktual / 11900 dəfə baxılıb ]   
|
 
Müsəlman kəlməsi ərəbcə “müslim” kəlməsinin qarşılığıdır. Ərəb dilində müslim – təslim olmuş, salamətə qovuşmuş, qurtulmuş anlamını verir. Sözün həqiqi mənasında isə müsəlman – özünü Allaha təslim etmiş və Onun hər əmrini etirazsız yerinə yetirən kəs deməkdir. Təbii ki, bunun nəticəsində Onun rizasını və sevgisini qazanıb cənnətə və səlamətə qovuşan kəsdir.
İnsan cani-könüldən Allaha təslim olarsa, Allah qatında müsəlmandır. Əgər bəzi hallarda gerçəkdən və candan Allaha təslim olmadığı ortaya çıxarsa, fəqət buna baxmayaraq müsəlman olduğunu iddia edərsə, onun adı münafiq olar.
Rəbbimizin bizdən istədiyi şey insanlar qarşısında deyil, O`nun qatında müsəlman olmamızdır. Allahın əmri belədir: «Əgər onlar səninlə mübahisə edərlərsə, de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!" Kitab verilənlərə və savadsızlara isə de: "Siz də təslim oldunuzmu?" Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür.» (Ali-İmran, 20)

Rəbbimiz İbrahim (ə.s) peyğəmbərin müsəlman kimliyindən belə bəhs edir:
İbrahim dedi ki, “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!
Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”. (əl-Bəqərə, 128-129)
Rəbbi İbrahimə : “Təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!” – deyə cavab vermişdi. (əl-Bəqərə, 131)


Müsəlman olan ilə olmayanı biri- birindən ayıran ən vacib məqam müsəlmanın Allah ayələrini eşitdiyi zaman: “Rəbbimiz, eşitdik və itaət etdik!” deyərək təslim olması, inancsızların isə “Eşitdik və rədd etdik, bizi qorxutduğun əzabı gözləyirik” deyərək Allahın əmrlərini və qanunlarını əyləncəyə çevirməsidir.
“Sizə verdiyimizdən möhkəm yapışın, eşidin!” (demişdik). Onlar (sizin ata-babalarınız) isə: “Eşitdik və qarşı çıxdıq!” – dedilər.»(əl-Bəqərə, 93)


Quranda Rəbbimiz deyir: "Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?" (Rad surəsi, 16)
“Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar.» (Rad, 19)
«And olsun ki, Biz Quranı (ondan) ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!» (Qəmər, 22)

Müsəlman köklü bir düşüncəyə sahibdir. Birgünlük, dəyişkən bir düşüncə tərzinə sahib deyildir. Müsəlman sadəcə qarnını doydurmağı düşünməz, onu heyvanlar da edər. Cinsi istəklərini necə təmin edəcəyini düşünməz. Bunu heyvanlar gerçəkləşdirə bilər. Elə isə insanı heyvandan, bitkidən və əşyadan ayıran bir xüsusiyyət olmalıdır.

Nədir bu?
Həyatının mənasını və hədəfini düşünə bilmək. Niyə yaşadığını, hansı hərəkət və davranışların Allahı razı saldığını, hansıların Allahın qəzəbinə səbəb olacağını düşünmək. Özünü dini inkar edənlərin yoluna düşməkdən və onlara bənzəməkdən qoruyacaq yolları düşünmək. Hadisələrə ibrətlə, bəsirətlə baxa bilmək, alınmalı olan dərsi ala bilmək üçün düşünmək…
Yaxını deyil, uzağı düşünə bilmək, bir gün sonrasını, beş gün sonrasını deyil, bir əsr sonranı, beş əsr sonranı, əbədi olan aləmi düşünə bilmək..
Varlıqlarda Allahın hakimiyyətini, hər şeyin yaradılmasındakı sərhədsiz elm və sənətini, güc və qüdrətini düşünmək… düşünmək… düşünmək!
"Allah buyurur: Biz insanı ən gözəl biçimdə yaratdıq!" (Tin, 4-5)
Insan mükəmməl yaradılmışdır, Yer üzü, göy üzü, ulduzlar, Ay, Günəş, planetlər və kainat gözəl yaradılmışdır. İnsanın gözəlliyi – onun gözəlliyi qavraya bildiyi ölçüdədir. Allaha qulluqdan daha uca və gözəl bir şeyin olmadığını bilməyən insan nankordur.
Əlbəttə yemək – içmək, gəzmək, əylənmək, yaşamaq və s. insanı heyvandan ayıran özəllik ola bilməz. Çünki bunlar insan və heyvan arasında eynidir.

«Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.»
(Araf, 179)

Qəlb, qulaq və göz etməli olduqları funksiyaları etməzlərsə, insanı heyvanlardan da aşağı dərcəyə qədər alçalda bilərlər. Qəlb Rəbbinə bağlanarsa, göz gerçəyi görərsə, qulaq da Rəbbinin əmrlərini eşidərsə o zaman insan yaradılmışların ən xeyirlisi olar.
Müsəlmanın dünyagörüşündə tövhid əqidəsi hakimdir.
O, sözə “Lə iləhə illəllah” deyə başlayar.
Allahdan başqasına qulluq edilməyəcəyini bilir.
Onun həyatında tövhidin hakimiyyəti vardır.
O, hər şeyi Allah üçün edər.
O, sadəcə Allah üçün vardır.
Allah rizası üçün yaşayar və bilər ki, dönüş Allahadır.
“O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.» (Bəqərə, 156)
Müsəlman Quransız düşüncədən, Qurana müxalif olan düşüncədən uzaqdır.
Müsəlman “Ağıl bütü”nün qulu deyildir.
Ağlının və elminin həddini bilər.
Allahın sözundən başqa mütləq bir söz olmayacağını idrak etmişdir o.
Ancaq o, eyni zamanda ağlın insanı insan edən bir özəllik olduğunun fərqindədir. Bu səbəblə Rəbbinin ona verdiyi bu nemətdən ən gözəl şəkildə istifadə edər.

Qurani- Kərim batilə inanan insanları qınayarkən onların ağıllarını işlətməməyindən şikayət edər. Kor- koranə atalarının izindən gedən bir toplumu cahiliyyə bir toplum olaraq dəyərləndirməkdədir.
«Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.
Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?» (Bəqərə, 168-170)

Rəbbimiz bizləri bu kimi cahil toplumlarin yolunda deyil, hidayətə qovuşmuş sələflərimizin yolunda olanlardan etsin!
Amin!
Hazırladı: Fa`ni /Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:44
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:10
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka