Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏYAT FİQHİ - HƏYATIN QANUNUDUR

[ Elm / 12269 dəfə baxılıb ]   
|
 
("Həyat fiqhi" silsiləsindən ikinci yazı)
Bəzən “həyatın qanunudur”, bəzən də “təbiətin qanunudur” deyirik. Həyatda, yer üzündə və bütün kainatda baş verən bir sıra olaylar və hadisələr var ki, onları həmişə qaçınılmaz sayırıq. Bizim qanun və ya şərt kimi saydıqlarımız Allah təalanın yer üzünü və hər şeyi yaradannan sünnət kimi buyurduğudur. Allah təala bunları yer üzündə Özünün sünnəti kimi adlandırmışdır. “Sizdən öncə də neçə-neçə (ilahi) qanunlar olub keçmişdi. Odur ki, yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə olmuşdur.” (Ali-İmran, 137).
Allahın yer üzündəki qanunları, bizim “təbiətin qanunu” kimi tanıdığımız olaylar, insanlar arasında baş verən təbii ünsiyyətlər və əlaqələrin qurulması, cəmiyyətlərin formalaşması, həyatın inşası, hökmlərin tətbiqi üçündür. Bu həyati qanunlar hamıya şamildir, insanların əqidələri, rəngləri, məzhəbləri, vətənləri və sairə kimi amilləri arasında fərq qoymaz.
Axtaran tapar, əkən becərər, işləyən əməyinin qarşılığını görər, tənbəllik edən cəzasını çəkər və bu məsələlərdə kafir ya müsəlman fərq etməz. Bu bir dünya həyatı təcrübəsi və şərtləridir. “Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.” (Fatir, 43).
Bizim, Allahın yer üzündə qoyduğu qayda-qanunu anlamaqda əskikliyimiz varmı görəsən?! Fiqhimiz Allahın yer üzündəki sünnətini dərk etməyə yetirmi?!
“Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.” (ər-Rad, 11). Bu da Allah təalanın yer üzündəki bir həyat qanunudur. Yaxud da bunun kimi başqa ayələrdə Allah təala buyurur: “Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin.” (Ali-İmran, 140). “Möminlərə yardım etmək Bizim borcumuz idi.” (Ər-Rum, 47).
Yer üzü və kainatda qanun-qaydalar olduğu kimi, Allah təalanın şəriəti və buyuruqlarında da müəyyən qayda-qanunlar vardır və onları da dərk etmək (fiqh etmək) gərəkdir. Uca Rəbbimiz hikmət sahibidir, səbəbsiz, məqsədsiz, hədəfsiz və hikmətsiz heç nə etməz və ya buyurmaz. Uca Rəbbimiz Alimdir, hər şeyi biləndir və Hikmətlidir. İman edən bəndələr isə Rəbləri haqda bu cür düşünərlər; “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən.” (Ali-İmran, 191). Heç bir şeyi əbəs yerə xəlq etməyən Rəbbimizin, qoyduğu hökmlər, qanunl-qaydalar, buyuruqlar hikmətsiz olarmı?!
Kainatdakı qanunları necə və niyə olduğunu, sonra Rəbbimizin hökmlərini və buyuruqlarının hikmət və məqsədlərini anladıqdan sonra bilirsinizmi ki, həmən buyuruqların və hökmlərin nəticəsini də dərk etmək gərəkdir?! Rəbbimizin hikmətlə buyurduğu hökmlərin nəticələri və məqsədləri var. Baxın, Kəhf surəsində Musa peyğəmbərlə (a.s) Xızırın arasında gedən dialoqda, baş verənlərin məqsədləri və sonrakı nəticələri çox gözəl təsvir olunub. “Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün””. Xızır isə səfərin sonunda Musaya etdiyini belə anlatmışdı: “Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi”.
Bizlər çox şeyi öz bildiyimiz kimi yoza və yaxud hər şeyə bir məna verə bilərik. Amma həqiqətdə son nəticə yalnız Allaha bəllidir.
Bizlər olanları, bitənləri, qanun-qaydaları, hökm və hikmətləri dərk etməklə yanaşı, həyatda ən əsas olan müvazinatı düzgün qurmağı da bacarmalıyıq. Sözlə əməl arasında, xeyirlə şər, ziyanla fayda, azla çox və sairə kimi məsələlərin arasında müvazinatı itirməmək, hansına üstünlük verməyi dərk etməliyik. İki işdə də fayda varsa, daha çox faydanı verən, yaxud faydası daha çox sayda insanı şamil edən, yaxud tək fərdə deyil cəmiyyətə faydalı olan işi seçmək lazımdır. İki işdə də ziyan varsa, daha az ziyanı olana üstünlük vermək gərəkdir. Hərdən zahiri faydalarla, cövhəri faydaları, həmçinin uzun müddətli xeyirlə qısa müddətli faydaları fərqləndirmək və üstünlüyü bilmək vacibdir.
Məsələn, Hüdeybiyyə sülhü müqaviləsində Peyğəmbərimiz (s.a.s) “Bismilləhirrəhmanirrəhim” cümləsinin yazılmasını tələb edərkən, müşriklər - biz bunu bilmirik, bəs nə edək? – demişdilər. Onda deyildi ki; “Allahım, sənin adınla” olsun. Bu məsələdə şəkil, forma və zahiri görüntüdənsə daha əsas sülhün bərqərar olması idi, əslində Allahın adı və xatırlanması müqavilədə öz əksini tapırdı. Məsələ hələ bitməmişdi. Müqavilənin sonunda Peyğəmbərimiz (s.a.s) dedi ki; Bu, Allahın rəsulu Muhəmmədin razılaşmasıdır. Müşriklər də; “Daha Allahın rəsulu olsaydın (yəniki səni, Allahın rəsulu kimi qəbul etsəydik) bunlar baş verməzdiki. Nə edək?” Muhamməd bin Abdullah olsun – dedi Peyğəmbərimiz (s.a.s). Sonra Əliyə (r.a) üzünü tutub, sil ey Əli, Muhamməd Rəsulullah-ı. Əli də; Heç zaman! – dedi. Rəsulullah da dedi ki; Onda özüm silərəm. Rəsulullah isə oxuma yazma bilməsə də, öz adının necə yazıldığını bilirdi, yazılan yerdə öz adını “Muhamməd” tapıb sonrasını “Rəsulullah” sildi.
Əməllər, işlər, amillər, əşyalar, şəxslər və sairə kimi bir çox şeylər arasından daha vacibini və üstününü seçmək çətin bir məsələ olsa da çox önəmlidir, hətta zəruridir, qaçınılmazdır. Bəzən sünnətə riayət etmək üçün fərz unudulur, bəzən bir insanı Allah rizası üçün deyil başqa insanların fikir və rəylərinə görə seçirik. Hərdən kiçik bir məsələni şişirdir, böyüdürük, böyük məsələlərə isə heç önəm vermirik, yaxud nəyisə tərsinə olaraq ya gecikdirir, ya da təsəldiririk.
Müxtəliflik, ixtilaf və fərqlilik amilləri.
Allah yer üzündə qoyduğu bu müxtəliflik qanunlarını anlamaq çox önəmlidir. Çünki Allah təala insandan tutmuş bütün xəlq etdiklərini müxtəlif olaraq yaratmışdır. İrqləri, qanları, surətləri, rəngləri, dilləri, dinləri, millətləri və sairə kimi bir çox sifətləri müxtəlif olaraq dünyaya gətirmişdir. Ən əsası isə düşüncə, qavrama, fikirləşmə və dərk etmə tərzində də hamı fərqlidir. Bu fərqliliyi dərk (fiqh) etmək, və düzgün qiymətləndirmək gərəkdir. Çünki fikir və rəy ixtilafı münasibəti və səmimiliyi pozmamalıdır. Fikirlər fərqlənsə də, qəlbləri fərqləndirməməlidir. Bizdən daha xeyirli olan səhabələr belə öz aralarında çox ixtilaflar etmişlər, amma bu, onların arasındakı münasibətdə fərqlilik və intriqa yaratmamışdır. Bir-birlərinin arxasında namaz da qılmışlar, bir araya da gəlmişlər, məşvərə də etmişlər, bir savaşda döyüşmüşlər və daim bir-birinə hörmətlə yanaşmışlar.
Allahın kainatda yaratdığı və buyurduğu qanun-qaydalardan dərk edilməsi gərəkən daha çox şeylər vardır. Onlardan biri və ən önəmlisi də Qurani Kərimi dərk etməkdir. Onun ayələrini, oxunuşunu, buyuruq və hikmətlərini araşdırmaq və anlamaq. Qurani Kərim ilə həyatı inşa etməyə çalışmaqdır.
Bu mövzuda daha ətraflı, növbəti sayda…


(davamı olacaq inşallah)

Hazırladı: Şahmar Kərimov
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:54
GÜNƏŞ07:24
ZÖHR [ 4 rükət ]13:35
ƏSR [ 4 rükət ]17:03
MƏĞRİB [ 3 rükət ]19:44
İŞA [ 4 rükət ]21:10
GECƏYARI00:49
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka