Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏSCİDÜL-HƏRAMDA İMAMLAR TƏYİN EDİLDİ

[ Xəbərlər / 11195 dəfə baxılıb ]   
|
 
Məscidül-Həram və Məscid ən-Nəbəvi işləri idarəsi, bu il Mübarək Ramazan ayı müddətində Məscidül-Həramda əda olunacaq Təravih və Təhəccüd namazlarına imamlıq edəcək şəxslərin adlarını açıqladı. Namazı aşağıdakı imamlar aparacaq;

- Şeyx Əbdürrəhman əs-Südeys; [ MP3 dinlə ]
- Şeyx Səud əş-Şüreym; [ MP3 dinlə ]
- Şeyx Abdullah Əvvad əl-Cuhani;
- Şeyx Mahir əl-Mueyqli.


Beləki tək gecələrdə Təravih namazına Şeyx Səud əş-Şüreym və Şeyx Mahir əl-Mueyqli, cüt gecələrdə isə Şeyx Səud əş-Şüreym və Şeyx Abdullah Əvvad əl-Cuhani imamlıq edəcəklər. Bu işlərə baxan xüsusi idarə tərəfindən artıq 19.08.2009 tarixində belə elan edilmişdir.

Təhəccüd namazlarını isə Şeyx Əbdürrəhman əs-Südeys və Şeyx Səud əş-Şüreym aparacaqdır. Qurani Kərim xətm olan gecə Şeyx Əbdürrəhman əs-Südeys imamlıq edəcəkdir.
Mədinə şəhərində yerləşən Məscid ən-Nəbəvidə Ramazan ayı müddətində imamlıq edəcək şəxslərin adları isə idarə tərəfindən təyin edilməmişdir. Beləki son illərdə kimlər olmuşlarsa bu il də onlar imamlıq edəcəklər. Bəzi gecələrdə Məscidül-Hərama təyin olunmuş imamlar bu məsciddə də imamlıq edəcəklər.

- Şeyx Əbdürrəhman əs-Südeys.
Məscidül-Həramın ən qədim imamlarındandır.
Tam adı Əbu Əbdül-Əziz Əbdürrəhman Əbdul-Əziz bin Abdullah bin Muhamməd bin əs-Südeys.
1962-ci (1382 hicri) ildə Riyad şəhərində anadan olmuşdur.
12 yaşında Qurani Kərimi tam əzbərləmişdir.
Riyadda Şəriət fakültəsində oxumuş və 1982-ci (1403 hicri) ildə oranın məzunu olmuşdur.
1983-cü (1404 hicri) il Şaban ayında Məscidül Hərama imam və xətib kimi təyin olunmuş və elə həmin il Ramazan ayının ortalarında ilk xütbəsini vermişdi.

- Şeyx Səud əş-Şüreym
Tam adı Səud bin İbrahim əş-Şureymdir.
1966-ci (1386 hicri) ildə Riyad şəhərində anadan olmuşdur.
İmam Muhamməd bin Səud əl-İslamiyyə universiteti Dinin əsasları fakültəsində təhsil almış və 1988-ci (1409 hicri) ildə oranın məzunu olmuşdur. Təhsilini davam etdirərək 1992-ci (1413 hicri) ildə magestraturanı bitirmişdir.
1991-ci (1412 hicri) ildə krallığın əmrilə Məscidül-Hərama imam və xətib kimi, ondan sonrakı ili Məkkeyi Mükərrəmə Şəhəri Böyük Şəriət Məhkəməsinə hakim, ondan sonrakı ili də Məscidül-Həramda müəllim vəzifəsinə təyin edilir.

- Şeyx Abdullah Əvvad əl-Cuhani
Abdullah Əvvad Fəhd Mə`yuf Abdullah Muhamməd Kədivan əl-Həmimi əz-Zibyani əl-Cuhani kimi tanınır.
Mədinə şəhərində 1976-cı (1396 hicri) ildə anadan olmuşdur.
Kiçik yaşlarında Qurani Kərimi tam əzbərləmiş, İslam Universitetində Quran elmləri fakultəsində təhsilini almışdır. Elə Mədinə şəhərində özü məzun olduğu universitetdə yenidən müəllim vəzifəsində işləmiş, sonra isə Məkkə şəhərinə gedib Maqistr üzrə təhsilini davam etmişdir.
İndi isə Ummul-Qura universitetində təhsilini davam etdirir.
16 yaşında olarkən Məkkə şəhərində keçirilən Qurani Kərim hafizliyi müsabiqəsinə qatılmış və birinci yerə nail olmuşdur.
Az yaşında Məscidül-Hərama təyin olunmuş ilk şəxsdir.

- Şeyx Mahir əl-Mueyqli
Mahir bin Həməd bin Mueyql əl-Mueyqli əl-Bələvi onun tam adıdır.
Səudiyyə Ərəbistanının şimal bölgələrində anadan olmuş, sonra atası Mədinə şəhərinə köçmüşdür və Mahir orada anadan olmuş, Quranı əzbərləmiş və öz təhsilini Mədinədə almışdır. Müəllimlər fakultəsində Riyaziyyat müəllimi olmaq üçün təhsil almışdır. Məkkə şəhərinə köçmüş və orada müəllim kimi işləmişdir.
Hal hazırda Əbdürrəhman əs-Sə`di məscidində imam vəzifəsində çalışır, amma Ramazan ayında Məscid ən-Nəbəvidə imamlıq edir. Beləki 2005-ci ildə o məsciddə imam vəzifəsinə təyin olunmuşdur. Ondan sonra isə Təravih namazlarına imamlıq etmək üçün Məscidül-Hərama da göndərilmişdir.

Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: www.islam-online.net
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka