Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZAMANIN DƏYƏRİNİ BİLMƏK

[ Aktual / 9899 dəfə baxılıb ]   
|
 
Hər anlarını Quran əxlaqına görə yaşamaq üçün səy göstərən möminlər dünya həyatında keçirdikləri hər saniyənin hesabını Allah qatında verəcəklərini bilərlər. Bu səbəblə həyatları boyunca bu məsuliyyətin verdiyi şüurla hərəkət edər və Allahın razılığını qazana bilmək üçün zamanlarını ən yaxşı şəkildə qiymətləndirərlər.
«(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)» (İnşirah Surəsi, 7) ayəsində bildirildiyi kimi, yaşadıqları hər anı saleh bir əməl etmək üçün istifadə edərlər.

Bir çoxlarının Quran əxlaqını həyata tətbiq etmək mövzusunda ən çox yanıldığı nöqtələrdən biri, həyatlarını "ibadət zamanları" və "digər zamanlar" olaraq iki hissəyə ayırmalarıdır. Bəhs edilən kəslər böyük bir səhv olaraq bu dünyanın keçici olduğunu və axirət həyatının
varlığını, yalnız müəyyən ibadət zamanlarında xatırlayarlar. Bu müəyyən zamanların xaricində isə, dünya işlərinin sözdə qarışıqlığına qapılaraq sahib olduqları "zaman"ı axirət baxımından əhəmiyyətli olmayan faydasız işlər və düşüncələrlə keçirə bilməkdədirlər. Halbuki, yuxuda
keçirilən saatlar çıxarıldığında, Uca Allah qullarına hər gün təxminən olaraq 16-17 saatlıq böyük bir zaman dilimini, Onun razılığını qazana bilmələri üçün lütf etməkdədir.

Boş Düşüncələrlə İtirilən Vaxt

Bir çox insanın zamanını sərf etdiyi mövzuların başında, ümumiyyətlə bir nəticəyə çatmayan, ancaq gün boyunca onları məşğul edilə bilən boş düşüncələr gələ bilməkdədir. Məsələn; öz əleyhinə olacağını düşündüyü bir vəziyyət qarşısında olabiləcək planlar və müdafiə etmələr
hazırlamaq və ya ətrafında edilən danışmalardan və zarafatlardan karyerasına bir zərər gəlib gəlmədiyini hesablamaq, bu mövzulardan yalnız bir neçəsidir. Bu nümunələr insanların olduqlari mühitə və vəziyyətə görə çoxaldıla bilər; ancaq hamısından çıxan nəticə eynidir. Bunların heç biri insanlara fayda verməməkdə, əksinə vaxt itirdirməkdədir.
Bunun yanında -dərs çıxarma məqsədi olmadan- keçmişdə yaşanmış hadisələri təkrar-təkrar düşünmək də vaxtın boşa xərclənməsinə səbəb olar. Artıq yalnız yaddaşda qalan bir məlumat olan xatirələri davamlı düşünmək və zamanı bu şəkildə sərf etmək çox böyük bir qəflət halıdır.

İnsan Allahın yaratdığı qədər üzrə, dünyada müəyyən bir müddət qalacaq. İtirilən bu müddət, dünyada qalınacaq həyatdan alınmış və geri gəlməsi mümkün olmayan bir vaxtdır. Ən əhəmiyyətlisi də "Allahın razılığını qazanmaq" kimi hikmətli və xeyirli düşüncələrlə zamanı ən yaxşı şəkildə qiymətləndirmək yerinə, keçmişdə yaşanan hadisələri xatırlamaq, ya da xatirələrdə yaşamaq belə bir imkana maneə törədəcək. Ancaq burada ifadə edilməsi lazım olan bir nöqtə vardır:
Təbii ki mömin də keçmişində yaşadığı bir hadisəni xatırlaya bilər. Lakin xatırladığı hadisələrdən axirətini xeyirli şəkildə təsir edəcək dərslər çıxarmağa çalışaraq, qəflətə qapılmadan Allah yolunda səy göstərməyə davam edər.

Hər şeyin Uca Allahın iradəsində olduğunu tam olaraq qavraya bilməyən kəslər yaşadıqları hadisələrdə xoşlarına getməyən bir vəziyyət olduğunda, qədərin mükəmməlliyini nəzərə almadan peşmanlıq dolu düşüncələrlə saatlarla xəyallara dala bilərlər. Halbuki insanın başına gələn hər hadisə, elm baxımından hər şeyi əhatə edən Allahın təyin etdiyi qədər daxilində yaşanmaqdadır. Ancaq şeytan insanların xeyirli işlərlə maraqlanmalarına maneə törətmək və onları əyləndirmək üçün onları bunun kimi boş düşüncələrə salmaqdadır. Şeytanın bu məqsədi Quranda belə bildirilmişdir:

(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Ə'raf Surəsi, 16-17)


Gün içində şeytanın davamlı olaraq təlqin etdiyi boş düşüncələrdən təmizlənmək isə yalnız Quran əxlaqını yaşamağa göstərilən səy ilə mümkündür. Quran əxlaqını yaşamaq, Allahın diləməsiylə, insana geniş bir dünyagörüşü, üstün bir ağıl, doğrunu səhvdən ayırd etmə qabiliyyəti və hadisələri dərindən düşünə bilmə xüsusiyyəti qazandırar.

Boş Danışaraq İtirilən Vaxt

İsraf edilən zamanların əhəmiyyətli bir hissəsi boş danışıqlarla keçməkdədir. Məsələn, dedi-qodu və kimisə ələ salma kimi pis əxlaq xüsusiyyətləri Allah tərəfindən qadağan edilmiş davranışlar olmasıyla yanaşı bu kəslərin vaxtlarını da boş və faydasız danışmalarla keçirmələrinə, axirət həyatlarını unutmalarına səbəb olmaqdadır.

Uca Allahın "Allahı zikr etmək isə şübhəsiz ən böyük ibadət növüdür" (Ənkəbut Surəsi, 45) ayəsiylə bildirdiyi üzrə, insanın axirəti üçün edəcəyi ən xeyirli danışma Allahı xatırlamasıdır. Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq məqsədi xaricində edilən bütün
danışıqlar hikmətsiz və boş danışıqlar olacaq və dolayısı ilə zamanı israf etməyə səbəb olacaq.

«Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.» (Vaqiə Surəsi, 25) ayəsiylə bildirdiyi üzrə, Rəbbimizin müjdələdiyi cənnətin xüsusiyyətlərindən biri, orada boş danışıqların olmamasıdır. Cənnətə olan həsrətləri və dünya həyatında ən gözəl əxlaqa sahib olmaq istəmələri səbəbiylə möminlər, heç bir zaman boş danışmalara dalmamağa çalışar, belə bir mühitdə qalmamağa diqqət göstərər və ayədə bildirildiyi üzrə, "Boş və faydasız olan sözü" eşitdikləri zaman ondan üz çevirərlər" (Qəsəs Surəsi, 55)

Boş və Faydasız Şeylərdən Üz Çevirmək

Boş və faydasız şeylərdən üz çevirmək, insanın yalnız Allahın razılığını qazanacağı davranışlar etməsi ilə mümkün olur. Bu səbəblə bir mömin hər etdiyi işlə axirətə istiqamətli bir xeyir qazanmağa çalışar. Əlbəttə hər insan kimi danışar, gözəl vaxt keçirər, yemək yeyər, gülər, düşünər və işləyər. Lakin bunları edərkən ağılında həmişə din əxlaqına və insanlara mənfəət təmin edəcək xeyirli düşüncələr vardır.

Ayrıca iman edən bir kimsənin etdiyi hər hərəkət bir məqsəd üzərinədir. Daim özünə Allahın məmnuniyyətini ən çox qazandıracağını ümid etdiyi bir işə yönələr. Dünya ilə əlaqədar hər mövzuda yaxşı bir ayrı-seçkilik edərək zamanını çox yaxşı qiymətləndirər. Nəyin boş iş,
nəyin faydalı iş olduğunu vicdanını və ağılını istifadə edərək təyin edər. Quranda tövsiyə edilən bu üstün əxlaqın nümunə götürülməsi, hər insan üçün böyük fərahlıqdır. Eyni zamanda Allahın məmnun olacağı gözəl bir davranışdır. Quranda möminlərin bu üstün əxlaqı belə bildirilmişdir:

«Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər.» (Furqan Surəsi, 72)

Quran əxlaqının tələb etdiyi bütün xüsusiyyətlərə sahib olan möminlər, Peyğəmbərimizin (s.a.s) "Dünyanızı islah edin. Sabah öləcəkmiş kimi də axirət üçün çalışın." - hadis-i şərifində ifadə etdiyi üzrə, hər işlərində Allaha yönələr və Onun məmnuniyyətini məqsəd hesab edərlər. Bu üstün əxlaqları da, Allahın icazəsiylə, onları bütün boş işlərdən və boş danışıqlardan uzaq tutar.

Hazırladı: Cavid Musayev
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka