Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İMTAHAN OLUNMAĞIMIZIN SİRRİ NƏDİR?

[ Aktual / 10391 dəfə baxılıb ]   
|
 
Yaşadığımız ömür boyunca nə isə gözəl bir şeyi əldə etmək üçün həmişə bir səy və əmək sərf etmişik.
Təhsil həyatınızı düşünün. O dövrdə ağılınızda ən çox yer tutan şeylər tez-tez qarşılaşdığınız imtahanlardır. Bunların içində ən əhəmiyyətlisi isə, şübhəsiz universitet imtahanıdır. Bir çox gənc insan universitet imtahanını həyatının dönüş nöqtəsi olaraq yaddaşına həkk edər. Çünki gələcəklərini necə planlaşdırdıqlarını bu üç-dörd saatlıq imtahanın nəticəsində təyin edəcəklərini düşünərlər. Bu səbəblə illərcə çalışar, yuxusuz qalar, bir çox ictimai fəaliyyətdən, tətil və əyləncədən uzaq düşüb, özlərini yalnız dərslərinə həsr edərlər. Tək məqsədləri istədikləri universitetə girə bilməkdir. Bu məqsədə çata bilmək üçün böyük səbir və dözüm göstərərlər.

Eyni şəkildə həyatdakı ən böyük məqsədi gözəl bir ev sahibi olmaq olan bir adamı düşünün. Bu evi əldə etmək üçün əvvəl kifayət qədər maddi gücə sahib ola bilməsi lazımdır. Bunun üçün gecə-gündüz demədən yaxşı bir iş sahibi ola bilmək, mövqeyini yüksəldə bilmək, bu səbəbdən maddi qazancını artıra bilmək üçün səylə çalışar. Ancaq belə uzun davamlı və fədakarlıqlı bir işdən sonra o adamın istədiyi evi satın alması və ya tikdirməsi və evin içinə girib yaşaması mümkün olar.

Bu nümunələrdən də aydın olduğu kimi, insanın bir gözəlliyə, ya da uğrunda bir çox şeyi gözə aldığı hədəfinə çata bilməsi üçün bəzən illərlə sürən bir səy, səbr, dözüm və dirayət göstərməsi labüddür. Bunların yanında insanın maddi güc ya da cəmiyyət içində etibar, şöhrət və müəyyən bir kariyera əldə etmək kimi hədəfləri varsa; bunlar üçün də ciddi bir səy sərf etməsi və bəzi çətinlikləri gözə alması, xalq içində istifadə edilən təbirlə desək "uğrunda qurbanlar verməsi" lazımdır.

Ancaq burada çox əhəmiyyətli bir nöqtəni xatırlatmalıyıq: Yuxarıda saydığımız nümunələr, insanın dünyadakı qısa həyatı boyunca əldə edəcəyi keçici faydalarla əlaqədardır. Və bu faydaların hamısı ya ölümlə birlikdə və ya hələ dünyadaykən hər hansı bir səbəblə birdən əlindən çıxa bilər. Məsələn, illərini imtahan günü müvəffəqiyyətli olmaq üçün dayanmadan çalışaraq keçirən bir gənc, başına gələn bir qəza ilə imtahana girə bilmədən həyatını itirə bilər. Və ya illər sürən bir əmək nəticəsində sahib olduğu evi yandırıb yıxacaq olan bir fəlakət, insanın səyini, əməyini bir anda yox edə bilər.
Görüldüyü kimi dünya həyatında əldə edilmək istənən faydaların hamısı nə qədər ciddi bir səy göstərilsə də keçicidir. Amma bunların yanında bir də əsla itməyəcək olan, əsla tükənməyəcək gözəlliklərin, sonsuz faydaların olacağı və insanın əbədiyyətə qədər qalacağı gerçək bir həyat vardır. Bu, inanan insanların dünya həyatı boyunca çatmaq üçün ciddi bir əmək sərf etdikləri, bütün digər mövzuların çox daha üstündə tutduqları, əsla ağıllarından çıxarmadıqları ölümdən sonrakı axirət həyatıdır.

İnsanın sonsuz axirət yurduna çatmaq üçün sınandığı yer də "dünya həyatı"dır. İnsan, yer üzündə olduğu müddətdə axirətə istiqamətli bir imtahan yaşamaqda və bu mövzuda göstərdiyi səylə sınanmaqdadır. Həyat gerçəkdə Allahın bizləri sınamaq və öyrətmək üçün yaratdığı keçici bir müddətdir. İnsan bu müddət boyunca düşünmək, Rəbbimizi tanımağa cəhd etmək, Onun hökmlərinə uyğun gəlmək və yalnız Onun razılığını axtarmaqla məsuldur. Bunun yanında bu imtahan həyatı boyunca başına gələn hər şeyə gözəlliklə cavab vermək, səbr etmək və gözəl əxlaq göstərməklə öhdəliklidir. Hər şeyin Rəbbimizdən gələn bir sınaq olduğunu bilmək, bunlardan zövq almaq, qarşılaşdığı hər hadisəni sevinc və şövqlə qarşılamaq isə dünyadakı imtahanın möminlərə xas olan bir sirridir.

Şübhəsiz bu sirri qavrayan və bütün həyatını sınandığının şüurunda olaraq keçirən insanlar, əsla sona çatmayacaq və tükənməyəcək olan bir qazanc əldə edəcəklər.

Hazırladı: Cavid Musayev
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka