Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

"İSLAMİ TERROR" ANLAYIŞI VARMI?

[ Aktual / 11244 dəfə baxılıb ]   
|
 
Son zamanlar dünyanın müxtəlif bölgələrində sözdə İslam adına, cihad adına reallaşdırıldığı iddia edilən terror hücumları bütün dünyada böyük əks-səda oyandırmaqdadır. Bu hücumlar terrorun gerçək mənşəyi ilə əlaqədar çox əhəmiyyətli bir mövzunu dünya gündəminə gətirdi. Və bu vəsilə ilə İslamın barış dini olduğu, insanlara mərhəməti və ədaləti əmr etdiyi bütün dünyaya geniş şəkildə eşitdirilməyə çalışılır.

Bir çox dünya lideri, əhəmiyyətli mətbuat quruluşları, televiziyalar, radiolar dəfələrlə gerçək İslamın şiddətə heç bir şəkildə icazə vermədiyini, daim insanlar və cəmiyyətlər arasında barışı əmr etdiyini öz birliklərinə izah etdilər. İslam dinini yaxından araşdıran və Allahın Quranda əmr etdiyi gerçək İslam dinini tanıyan Qərbli alimlər İslam və terror sözlərinin bir yerdə olmasının qətiliklə mümkün olmadığını, İlahi dinlərin heç bir şəkildə şiddətə icazə vermədiyini bütün açıqlığıyla ortaya qoydular.

Bilindiyi kimi, əsrlərdir dünyanın fərqli bölgələrində müxtəlif terror aktları reallaşdırılmaqdadır. Hər biri fərqli qruplar tərəfindən və fərqli məqsədlərlə edilən bu hərəkətlər bəzən kommunist bir təşkilat, bəzən faşist bir qrup, bəzən də radikal təşkilatlar tərəfindən boynuna götürülməkdədir. Amerika kimi ölkələr tez-tez irqçi və marjinal terror qrupları tərəfindən reallaşdırılan hücumlara hədəf olarkən, Avropa ölkələrində, müxtəlif terrorist qruplar tərəfindən şiddət hərəkətləri təşkil edilməkdədir. Yunanıstanda 17 Noyabr, Almaniyada RƏF, İspaniyada ETO, yenə Almaniyada neo-nasistlər, İtalyada Qırmızı Briqadalar və daha bir çox təşkilat terror və şiddət üsuluyla səslərini eşitdirməyə çalışmaqda, heç bir günahı olmayan, müdafiəsiz insanları vəhşicə qətl etməkdədirlər. İnkişaf edən və dəyişən dünya şərtləri ilə birlikdə terrorizm də dəyişiklik göstərməkdə, inkişaf edən texnologiyaya bağlı olaraq əldə etdiyi yeni imkanlarla təsirini və gücünü hər keçən gün artırmaqdadır. Xüsusilə də internet kimi kütləvi informasiya vasitələrinin təsiriylə terror fəaliyyətlərinin sahəsini və təsirini daha da genişlətməkdədir.

ABŞ və Avropadakı kimi Qərb mənşəli təşkilatların yanında, Orta şərq çıxışlı terror təşkilatları da var. Necə ki dünyanın dörd bir tərəfindəki kimi terror cəhdləri bu qruplar tərəfindən boynuna götürülməkdə və reallaşdırılmaqdadır. Ancaq burada çox əhəmiyyətli bir nöqtəni vurğulamaq lazımdır. Bu kimi terrorist hərəkətləri reallaşdıran kəslərin Xristian, Müsəlman və ya Yəhudi adı daşımaları bəzi ətrafları səhv qənaətlərə sürüməkdə və İlahi dinlərlə uyğun gəlməyən iddialar ortaya atmalarına səbəb olmaqdadır. Terroristlər Müsəlman adları daşısalar da, şəxsiyyətlərində dini kimlikləri "Müsəlman" olaraq yazılsa belə, onların törətdikləri cinayətlərə "İslam terroru" deyilməməlidir. Eyni şəkildə Xristian olsalar, "Xristian terroru" və ya Yəhudi olsalar "Yəhudi terroru" da deyilmədiyi kimi. Çünki, İlahi bir din adına günahsız insanların öldürülməsi mümkün deyil.

Unutmamaq lazımdır ki, New Yorkda və ya Vaşinqtonda öldürülən insanlar arasında, Hz. İsanı sevənlər (Xristianlar), Hz. Musanı sevənlər (Yəhudilər) və Müsəlmanlar da vardır. Bu günahsız insanları öldürmək, Allahın bağışlaması xaricində, cəhənnəm əzabı ilə nəticələnəcək olan böyük bir günahdır. Dinə inanan, Allah qorxusu daşıyan bir insan heç bir şəkildə belə bir şey edə bilməz.

Belə bir vəhşiliyin failləri, hansı dinə mənsub olduqlarını iddia edirlərsə etsinlər, bunu ancaq dinə hücum etmək məqsədiylə etmiş ola bilərlər. Məqsədləri dini insanların gözündə pisləmək, insanları dindən soyutmaq, dindarlara qarşı nifrət və reaksiya meydana gətirmək ola bilər. Bu səbəbdən günahsız insanlara istiqamətli "din" adı altındakı hər hücum, əslində dinə qarşı da edilmiş bir hücumdur.

Din sevgini, mərhəməti, barışı əmr edir. Terror isə dinin ziddidir; mərhəmətsizdir, qan tökmək, öldürmək, acı çəkdirmək istər. Bu səbəbdən bir terror hərəkətinə mənbə axtararkən, qaynağı dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Hadisənin mənşəyini, faşist, irqçi, materialist düşüncədəki insanlarda axtarmaq lazımdır. Terroristlərin hansı adı daşıdığı, şəxsiyyətlərində nə yazdığı əhəmiyyətli deyil. Allahdan qorxmayan, tək məqsədi qan tökmək və acı çəkdirmək olan bir canıdır. Bu səbəblə, "İslami terror", "Yəhudi terroru", "Xristian terroru" son dərəcə səhv anlayışlardır. Çünki İslam dinində, Xristianlıqda və Yəhudilikdə heç bir şəkildə terrora yer yoxdur. Əksinə, İslama görə "terror" olaraq adlandırdığımız hərəkətlər (yəni günahsız insanlara qarşı işlənən cinayətlər), böyük bir günahdır və Müsəlmanlar bu hərəkətlərə mane olmalı, yer üzünə sülh, hüzur, dinclik və ədalət gətirməklə məsuldurlar.

Hazırladı: Cavid Musayev
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka