Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

"ONLARI DAYANDIRIN, ÇÜNKİ..."

[ Müxtəlif / 12982 dəfə baxılıb ]   
|
 
"Qurandan incilər" silsiləsindən 1-ci yazı

Çoxlarımız Qurani-Kərimi hər gün açır və oxuyuruq. Üzündən oxumayanlar belə namazlarında Qurani-Kərimin ayələrini oxuyurlar. Oxuduqları ayələrin, surələrin mənasını anlamaq üçün Qurani-Kərimin tərcüməsini oxuyanlar da var, oxumayanlar da. Quranın ayələrini oxuyarkən, başa düşdüyümüz, anladığımız ayələr olsa belə çox zaman biz o ayələrə diqqət etmirik. Mənasını tam dərindən anlamır, hiss etmirik. Allah bizə buyurduğunu düşünmür, qəlbimizə yerləşdirmirik. Sadəcə ritual olaraq əzbərdən və ya üzündən oxuyub keçirik.

Amma bəzən olur ki, hansısa kitabda hansısa ayə gözümüzə sataşır, ya da ayənin şərhini haradasa görürük, oxuyuruq və tüklərimiz biz-biz olur. Bəzi ayələr də vardır ki, hər dəfə oxuyanda yeni məna kəşf edirik, bildiyimiz əvvəlki məna lap dolğunlaşır, beynimizdə, zehnimizdə daha da təkmilləşir. Hətta bəzən bizə elə gəlir ki, həmin ayəni sanki birinci dəfədir oxuyuruq. Həmin an keçirdiyimiz hisslərdən ruhumuz az qala içimizdən çıxır.

Quranı başdan başlayaraq sonuna qədər oxuyub, xətm edib yenidən başlayanlarda isə bu mənalar daha qabarıq olur. Onların keçirdiyi xüsusi bir hiss də var. Həmin ayələrin üzərindən yenidən keçməyi səbirsizliklə gözləyərək oxumağa başlayırlar və hər gün həmin anı gözləyirlər ki, bəzi ayələrin üzərindən keçərək dursunlar, düşünsünlər, təsəvvür etsinlər, ruhlarını silkələsinlər, Allahı yad etsinlər, qəlbləri ərisin, Rəhmanın kəlamı və mərhəməti qoynunda yox olub getsinlər.

Bu yazıda sizlərə Allah-Təalanın kəlamından bir neçə ayəni xatırlatmaq istəyirəm. Biz həmin ayələri onlarla, bəlkə də yüzlərlə dəfə oxumuşuq, amma bəzən ayrıca bir şərh, diqqəti cəlb edən xüsusi bir şəkildə deyildikdə, ya oxunduqda, ya da eşitdikdə insanın az qala bədəni titrəsin, beyni silkələnsin, bəzilərimiz isə ağlamadan hətta dayana bilmirik.

Allah-Təala buyurur;

“Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar!”
(37.Əs-Saffat, 24-cü ayə).


Oxuyun, oxuyun!
Bir neçə dəfə oxuyun, təkrarlıyın, gözlərinizi yumun və təsəvvür edin ki, Allah-Təalanın əmri gəlir qiyamət günü, artıq vaxtdır, bütün insanlar dayandırılsın, tutub saxlanılsın, hazır olsunlar, indi sorğu-sual olunacaqlar.

Bilirsinizmi ki, Ömər (r.a) - o qüvvətli, cəsarətli və sərt şəxsiyyət, bu ayəni oxuyanda elə ağlayardı ki, hətta evdə yatağa düşər və bir ay yanına gəlib onu ziyarət edər, ona baş çəkərdilər.

Gəlin, biz də o anı təsəvvür edək, xatırlamağa çalışaq, düşünək, kim bizi sorğu-sual edəcək, nə sorulacaq bizdən, nələr soruşulacaq, cavab vermək iqtidarında və taqətində olacağıqmı, həqiqəti deməyə cəsarətimiz çatacaqmı, dilimiz söyləyə biləcəkmi?

Əgər qardaş əti yemişiksə, kiməsə şər-böhtan atmışıqsa, yalan danışmışıqsa, öz mənfəətimizi Allahın dinindən üstün tutmuşuqsa, vaxtımızı israf etmişiksə, ibadətlərimizi bilərəkdən axsatmışıqsa və bu kimi bir çox bizə kiçik görünən amma əslində dağlarca günahı çiyinlərimizə yığmışıqsa necə cavab verəcəyik o Böyük gündə, necə...?!

(ardı var)

Hazırladı: Şahmar Kərimov
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka