Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖLÜMSÜZLÜK HƏSRƏTİ

[ Aktual / 11049 dəfə baxılıb ]   
|
 
İnsanda əbədi yaşamağa yönələn bir həsrət vardır. Halbuki insan bədən olaraq fani yaradılmışdır. Hər bir insan saatın saniyə, dəqiqə, saat və günləri sayan milləri kimi bir-biri ardınca seyrlərini tamamlayacaqlar.

Ölümsüzlük həsrəti, tarix boyunca insanlarda müxtəlif əks olunmalarla özünü göstərmişdir. Reinkarnasiya inancından tutmuş, mumiyalanmağa və indiki vaxtda insan kopiyalama təşəbbüslərinə çatana qədər, insan həmişə əbədi yaşamağa cəhd etmişdir. Bənzəri inkişafların ardından medianın, "Dünya ölümsüzlüyün arxasında", "Ölümsüzlüyə bir addım daha", "Ölümsüzlük fermenti tapıldı" kimi başlıqlarla mövzuya maraqların dilə gətirmələri, əslində könüllərin bu dərin arzusunun dilləndirilməsindən başqa bir şey deyil.

Yenə hər insanın, özünü mümkün olduğunca dünyada yad ettirəcək, şəxsinə qalıcılıq qazandıracaq şəkillər, heykəllər və fərdi qabiliyyətləriylə reallaşdırdığı müxtəlif əsərlər həmişə bu susuzluğun dindirilməsinə istiqamətlidir. Demək ki, ölümsüzlük insan üçün böyük bir ehtiyacdır.
Hz. Adəmi şeytanın tələsinə salan və cənnətdən çıxarılmasına səbəb olan qadağan ağacının, ona "şəcərətü'l-huld=əbədiyət ağacı" olaraq göstərilməsi (Quran, 20/120) deyil dimi?

İşdə, ağılı başında, qəflət sərxoşluğuna düşməmiş hər ayıq vicdanın dərindən dərinə həsrətini çəkdiyi və hər ürəyin qanayan yarası olan ölümsüzlük həsrətinin tək məlhəmi axirət inancıdır. Bu ehtiyacın bir doğru təmin səbəbi axirət inancıdır. Onun xaricində bu həsrəti, bütün dünya və minlərlə illik ömür verilsə aradan qaldıra bilməz.

İnsan, görünüşcə kiçik bir varlıqdır. Ancaq, daşıdığı ruha, başındakı ağla, ürəyində bəslədiyi istedadlara baxıldığında yaşadığı bu aləm ona dardır. O ruhunun arzularını, ağılın düşüncələrini və istedadların meyllərini təmin edəcək, axirət aləmidir. Bu xüsusiyyətləri də göstərir ki insan, sonsuzluq üçün yaradılmış və əbədiyyətə gedəcək. Bu dünya onun üçün bir mehmanxana, axirətə keçiş üçün bir gözləmə salonudur. İnsan keçici bir müddət üçün kiçik bir hovuza buraxılmış bir balina balasına bənzədilə bilər. O bala, əslində qabiliyyət tərəfindən böyük dəryaların canlısıdır. Yalnız öz təbii mühitində rahat edə bilər. Müəyyən bir müddət sonra mütləq oraya daşınmalıdır. Başqa cür rahatlıq görə bilməz. Bu dünya, ehtiyac və həsrətləri sonsuzluğa doğru uzanan insan üçün o hovuz; onun dəryası isə, gerçək vətəni axirət aləmidir.

Bizlərdəki "ölümsüzlük" həsrəti, özümüzdən doğulmuş ola bilməz. Sonsuz və ölümsüz olan Rəbbimiz, bizi yaradarkən mənliyimizə bu fikiri nəqş etmişdir. Əgər sonsuz bir həyatı verməyəcək olsaydı, bizə bu fikiri vermənin bir mənası qalmazdı. Madam ki, bizi, hərarətlə sonsuzluq istəyən varlıqlar olaraq yaratmış; demək ki sonsuz həyatı da verəcək. Elə isə ölüm, yoxluq və son deyil. Ölüm kənarında sonsuz bir həyat, yəni axirət bizi gözləyir.

Axirət inancı, insana əbədi cənnəti qazandırmaqla qalmaz, bu dünyanı da cənnətə çevirər. "Əbədiyyət" üçün yaradılan və əbədi səadətdən başqa heç bir şeylə təmin olmayan insan üçün, axirətə iman, bitməz tükənməz bir xəzinə və səadət qaynağıdır. Ayrıca dünyanın bir an belə əskik olmayan müxtəlif hüznlərinə qarşı bir təsəlli səbəbidir
Məsələn, bu inanc ölüm gerçəyinə qarşı böyük bir təsəllidir. Doğan körpə, ana rəhmindən daha gözəl bir dünyaya ayaq basdığını bilsəydi bəlkə də ağlamazdı. İşdə, axirətə tam inanan bir adam da ölümü sonsuz bir aləmə doğuş olaraq görər və ölümdən qorxmaz. Əsgərliyini bitirib, hərbi biletini alan əsgər sevinər. Çünki, vəzifəsini yerinə yetirib məmləkətinə dönməkdə, onlarla qohum və yaxınlarına qovuşmaqdadır. Uzaq bir ölkəyə oxumağa gedən bir şagird təhsilini müvəffəqiyyətlə tamamlayıb vətəninə döndüyündə ağlarmı? Beləliklə dünya həyatı da insanlar üçün bir əsgərlikdir. Bir təhsil və təhsil müddətidir. Ölüm isə, bir tərxisdir.

Əbədi xoşbəxtliyə inanmayan insanlar üçün ölüm bir edamdır. Onlar, edam zamanı naməlum edam məhkumlarıdırlar. Hər an tutulub edam ştativinə çıxarılma qorxu və narahatlığı onların həyatını məhv edər. Edəcəkləri tək şey, beyinlərini keyitmək və ağrılı sonlarını düşünməkdən qaçmaqdır. Oyun və əyləncələrlə, sərxoşluqla, narkotiklərlə həyatlarının sona çatacağını unutmağa çalışarlar. Özlərini aldadaraq keçici bir müddət sadə və eqoist zövqlərlə əyləndirərlə. Ancaq gerçək xoşbəxtliyi heç bir zaman dada bilməzlər. Çünki ən böyük istəyi sonsuzluq olan insanı, ancaq sonsuzluğa iman və o istiqamətdə yaşamaq arzusu və xoşbəxt edə bilər.

Əbdüləziz Hatip/Ölümsüzlük Özlemi
Tərcümə etdi: Cavid Musayev
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka