Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ELMI ARAŞDIRMA VƏ FƏTVALAR ÜZRƏ DAİMİ HEYƏTİN BƏYƏNATI

[ Aktual / 13778 dəfə baxılıb ]   
|
 
Aləmlərin Rəbbi Allaha həmdü səna, Allahın rəsulu Muhəmmədə, onun əhlinə, əshabına və qiyamətə qədər hidayəti ilə haqq yoluna qovuşanlara salavat və salam olsun.

Səudiyyə Ərəbistanı Elmi Araşdırmalar və Fətvalar üzrə Daimi Heyəti bütün hüzn-kədər və ürək yanğısı ilə Fələstindəki Müsəlman qardaşlarımıza qarşı baş vermiş olanları və hələ də davam verməkdə olan hadisələri, xüsusilə də Qəzada baş verən zülm, qəddarlıq əməllərini və uşaqların, qadınların və qocaların qətl olunmasını, həddin aşılması, infrastruktur, mənzillər, evlər və müəssisələrin viran edilməsi və günahsız insanların əmin-amanlığının pozulmasını izləməkdədir. Şübhəsiz ki, bu Fələstin xalqına qarşı edilmiş cinayət və onların haqqlarına qarşı zülmdür.

Bu təəssüfedici, kədərləndirici hadisənin nəticəsi olaraq müsəlmanlar öz Fələstinli qardaşları ilə birgə olmalı və onlara kömək, yardım etməli, onlara qarşı işlədilən bu zülmü mümkün səbəblər və vasitələr ilə aradan qaldırmaq üçün islam qardaşlığı və iman bağlılığını həyata keçirmək məqsədilə səy göstərməlidirlər.

Uca Allah buyurur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar”. (Əl-Hucurat, 10)

Digər bir ayədə Allah Azzə və Cəllə buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar)”. (Tövbə, 71)

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Mömin möminə qarşı kərpicləri bir-birinə keçərək hörülən bina kimidir və sonra o barmaqlarını birləşdirdi”. Hədis barəsində ittifaq edilmişdir.

Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və lütf etməkdəki misalı, bədən misalı kimidir. Bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”

Həmçinin demişdir: “Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan söyləməz və yardımı tərk etməz. Hər müsəlmanın digər müsəlmana şərəfi-namusu, malı və qanı haramdır (əli ilə qəlbini göstərərək) təqva buradadır. Bir kimsəyə şər olaraq müsəlman qardaşını xor görməsi yetər”.

Kömək - imkan daxilində, hər kəsin gücünə görə və vəziyyətlərdən asılı olaraq - istər mənəvi və yaxud fiziki yollarla və yaxud adi müsəlman kütləsinin mal və qida, dərman, geyim və digər yollar kimi etdiyi bir çox vasitələrlə olur. Və yaxud İslam Ərəb Dövlətləri tərəfindən onlara (Fələstindəki müsəlmanlara) yardımın çatmasını asanlaşdırmaq və imkan yaratmaqla, Fələstin Müsəlmanlarının bu məsələsində onlara qarşı səmimi, ixlaslı bir mövqe tutmaqla və yığıncaqlarda, seminarlarda, beynəlxalq konfranslarda onların məsələsinə dəstək verməklə həyata keçə bilər. Bütün bunlar xeyir və təqvada yardımlaşmaqdır. Bu Allah Sübhənahu və Təalanın aşağıdakı ayədə bildirdiyi əmridir: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...”. (Maidə, 2)

Həmçinin bu kömək vasitələrinə növbəti hallar aiddir: Fələstindəki müsəlmanlara səmimi, sidqi ürəkdən nəsihət etmək və onları onlar üçün xeyirli və faydalı olana yönəltmək. Bunların içində ən əzəmətli, böyük yardım vasitələrindən biri də onlar üçün hər an dua etməkdir. Dua etmək lazımdır ki, onların başına gələn fitnə, bəla tezliklə qalxsın və onların kədəri sovuşsun, onların halları, vəziyyəti düzəlsin, islah olsun və onların söz və əməlləri düzəlsin.

Buna əsaslanaraq həmçinin Fələstindəki Müsəlman qardaşlarımıza nəsihət edirik ki, Uca Allahdan təqva etsinlər, qorxsunlar və Ona yönəlsinlər.

Eləcə də onları haqq üzrə bir olmağa, birləşməyə və firqələrə parçalanma, ixtilafları tərk etməyə, bu parçalanma və bölünmələrdən faydalanan, düşmənçilik və zülmləri üçün bundan istifadə etməyə davam edəcək düşmənə bir an belə fürsət verməməyi nəsihət edirik.

Həmçinin qardaşlarımızın ölkəsinə yönəldilmiş zülmü aradan qaldıracaq səbəblərdən tutmaq üçün buna təşviq edir və vurğulayırıq, bununla yanaşı Uca Allaha bu və ya digər əməllərində tam ixlas nümayiş etdirsinlər və Onun razılığnı qazanmağı umsunlar, səbr və namazla Allahdan yardım diləsinlər, bütün işlərində elm əhli, ağıl və hikmət sahibləri ilə müşavirə etsinlər, çünki bunlar həqiqətən də müvəffəq olmaq və islah olmaq üçün bu yollardır.

Həmçinin dünyadakı və beynəlxalq görüşlərdəki ziyalılara üzümüzü tutub deyirik ki, bu bəlaya açıq gözlə, bəsirət, zək, adillik, insaf prizmasından baxsınlar ki, Fələstin camaatına öz haqqları verilsin, oradan zülm qalxsın və bununla nəhayət ki, onlar gözəl, rahat həyat yaşasınlar. Belə bir vaxtda eyni zamanda onlara yardım və köməklik göstərmək üçün buna təşəbbüs edən dövlətlərə və şəxslərə öz təşəkkürümüzü bildiririk.

Ən Gözəl Adları və Uca Sifətləri ilə Allaha dua edirik ki, Allah Təala bu ümmətdən ruh düşkünlüyünü, qəm-kədəri qaldırsın və Dinini izzətləndirsin, ümmətin sözünü ucaltsın, vəli qullarına yardım etsin və düşmənlərini rəzil etsin, onların hiylələrini başlarına çevirsin və müsəlmanları onların fitnə və şərrindən xilas etsin. Həqiqətən də O buna Hamidir, Vəlidir və bütün bunlara Qadirdir. Allahın salavatı və salamı peyğəmbərimiz Muhəmmədə, onun əhlinə, əshabələrinə və xeyir yolunda onların yoluna Qiyamətə qədər tabe olanların üzərinə olsun.

Səudiyyə Ərəbistanının baş müftisi

Böyük Alimlər Heyətinin Rəisi,

Şeyx Abduləziz ibn Abdullah Əəl əş-Şeyx

Elmi Araşdırmalar və Fətvalar üzrə Daimi Heyətin Üzvü

Mənbə: Mədinə Jurnalı
Qaynaq: Dinifetvalar.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka