Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ŞƏXSİYYƏTLİ AİLƏYƏ DOĞRU

[ Ailə / 26668 dəfə baxılıb ]   
|
 

1-ci yazı
Sağlam bir ailə qurmaq istəyirsinizsə, ər-arvad münasibətini sağlam bir zəminə oturtmalısınız. Sağlam bir ailənin təməli ər-arvad arasındakı səmimi münasibətlə mümkündür. Uşaqların inkişafı üçün lazım olan münbit şərait yalnız belə bir ailədə ortaya çıxar. Belə bir ailə iddiasında olan tərəflərin tabe olmalı ilk qanun biri-birilərini dəyərli görmək və qəbul etmək, eyni zamanda dialoq və təsiretmə kanallarını həmişə açıq saxlamaqdır.
Öz prinsip və ehtiyaclarınızla ailənin prinsip və ehtiyacları arasında düzgün bir tarazlıq qurun. Nə şəxsiyyətinizi ailəyə fəda edin, nə də ailənin zədələyəcək qədər eqonuzu üstün tutun. Bunun üçün də:

a) Uzun müddətli və davamlı olan xoşbəxtliyinizi, qısamüddətli və keçici xoşbəxtliyə qurban etməyin.
b) Ailəni əmələ gətirən fərdlər olaraq öz hərəkət, davranış və düşüncələrinizdən yalnız özünüzü məsuliyyətli bilin.
c) Ailə içərisində doğru bildiklərinizi doğru bir üsulla və doğru zamanda söyləyin.
d) Ailənizdəki mənəvi atmosferi zənginləşdirməyi özünüzün şəxsi istək və arzularınızdan öndə tutun. Bunu edə bilsəniz, qısa müddət ərzində ailənizdəki daxili hüzuru və dincliyi bütün ailə fərdlərinin hiss etdiyinin şahidi olacaqsınız.

Ailədəki qadın və kişi arasındakı münasibətlər insanlar arası münasibətlərdən ən çox zənginləşə bilənidir. Başqa heç bir münasibət bu qədər zəngin, qol-budaqlı ola bilməz. Evliliklərinizi test etməniz və daha diqqətlə yenidən gözdən keçirərək qurduğunuz əlaqədəki zənginliyi ölçə bilməniz üçün təsbit etdiyim bu on maddəyə diqqət edin. Evli cütlüklər bu əlaqələrin hansını gerçəkləşdirib, hansını gerçəkləşdirmədiklərini öyrənərək əksiklərini tamamlaya bilərlər.

Evli cütlüklər arasındakı əlaqələr aşağıdakı on maddəyə qədər zənginləşdirilə bilər.

a) İnsan-insan əlaqəsi:
Bu münasibət forması hər insan üçün olduğu kimi ailə fərdləri arasında da ən təməl münasibətdir. Bir çox ailələrdə evliliklərinin üzərindən illər keçməsinə baxmayaraq bu təməlin hələ də olmadığı müşahidə olunur. Evli cütlüklər hər şeydən əvvəl ayrı-ayrılıqda insandırlar. Bu təməl prinsip heç unudulmamalıdır. Evlənmək insanı insanlığına yadlaşdırmaq deyildir. Yadlara qarşı göstərilən ən gözəl münasibəti və nəzakət qaydalarını insan öncə öz həyat yoldaşına göstərməlidir.

b) Din qardaşlığı əlaqəsi: Evlilik din qardaşlığını inkar edən bir bağlılıq deyildir. Nigah əhdinin əksinə olan motivlərdən qeyri müsəlmanın müsəlmana etməsi qadağan olan şeylər eyni dini daşıyan evlilər arasında da keçərlidir. Zülmə əngəl olmaq, yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək, iftira etməmək, lağlağı etməmək, aşağılamamaq, sevgi və şəfqət göstərmək, xoşluqla başa salmaq və s. bu kimi şeylər.

c) Sevgili əlaqəsi: Sevgi evlilik binasının sanki yapışdırıcı maddəsi kimidir. Bu münasibəti qura bilməyən evlilər zorla birgə yaşamaqdadırlar. Sevgisiz ailə quran insanlar adətən bir müddət sonra biri-birilərinin ürəyinə yük olmağa, “birgə yaşamağa məcburuq” fikrinə gəlməyə başlayarlar. Ailə prinsiplərinə qarşı olan zövqpərəstlərin əlində şüar olan bu cür evliliklər “evlilik eşqi öldürür” deməkçün gözəl bəhanədir. Əgər sağlam bir həyat yoldaşı seçilib sağlam bir ailə qurularsa, evlilik eşqi öldürməz, əksinə “ölümsüzləşdirər”.

d) Bədəni-cinsi əlaqə: Başqa heç bir əlaqəni ər-arvad əlaqəsi qədər zənginləşdirməyən bir əlaqə formasıdır. Bir evlilikdəki sağlam cinsəl həyat evlilər arasında xoşbəxtliyin hədiyyəsidir. Sağlam bir cinsi həyat yaşanmayan ailələrdə narahatlıq və hüzursuzluq qaçınılmazdır. Bu maddəyə önəm verilmədikdə ortaya çıxan narahatlığın səbəbi bəzən gizlədilir, ya da başqa bəhanələrlə ört-basdır edilir. Yanlış bir din və tərs bir əxlaq anlayışı verilərək rahib və rahibələşdirilən qadın və kişilər evləndikdən sonra ən təbii əlaqə forması olan bu münasibəti qurmaqda xeyli çətinliklərlə üzləşərlər.

e) Qohumluq əlaqəsi: Bu, qan və nəsil yaxınlığı əlaqəsidir. Evliliyin ortaq meyvəsi olan övladlar bu əlaqə formasının imzasıdırlar. Ər-arvad həm də biri-biriləri üçün uşaqlarının ana-atasıdırlar. Torpaq toxumla birləşib sarmaş-dolaş olaraq uşaq biçimində meyvəyə döndüyü kimi sanki iki ayrı varlıq uşaqlarda birə dönər.

f) Dostluq əlaqəsi: Evliliyi qanadlandıran və zənginləşdirən bir əlaqə formasıdır. Hər kəs ər-arvad ola bilər, ancaq hər ər-arvad biri-birlərinin dostu ola bilməz. Bunu bacara bilən evlilər demək ki, evliliklərini taclandırmağın yolunu tapmışlar. Ailə içərisində bu bu tərz əlaqənin qurulması evliliyin standartların üzərində olmasını sübut edir. Hz.Xədicə (r.a.) ilə Hz. Peyğəmbər (s.a.s) arasındakı münasibətdə bu zənginliyin şahidi oluruq.

g) Yoldaşlıq əlaqəsi: Evli cütlüklər biri-biriləri üçün yoldaşlıq baxımından üç hal üzrə dəyərləndirilirlər:

1. Xəstəlik kimidirlər; bu halda onların yoldaşlıqları məcburidir.
2. Dərman kimidirlər; bu zaman ər-arvad bir-birilərinə yalnız lazım olandan-olana sığınar, əsl yoldaş olarlar.
3. Qida kimidirlər; bu cür əlaqə forması yoldaşlıq əlaqəsinin ən geniş yayılmışıdır. Bu zaman evli cütlüklər həmişə biri-birilərini dəstəkləyər. Heç zaman biri-birilərinin ürəklərinə yük olmazlar.

h) Sirdaşlıq əlaqəsi: Bu əlaqə insanı yalnızlıqdan qurtarıb ona sirrini paylaşacaq birini tapmanın daxili sevincini qazandırır. Hər ər-arvad biri-birilərinin sirdaşı olmadıqda ailənin çölündən özlərinə həmfikir və sirdaş axtararlar. Bu da çox zaman ailə sirlərinin dil-ağıza düşməsinə və sonunda ailənin dağılmasına səbəb olar. Sirlərini paylaşa bilməyən ər-arvad daha nələrini paylaşa bilər ki?

i) Yolçuluq əlaqəsi: Bu, eyni amal uğrunda mübarizə aparan evli ciftlərin qurduğu əlaqə növüdür. Belə ailələr içərisində duyğu, düşüncə birliyi müşahidə olunar. Bu ailələrdə böyüyən uşaqlar da ideologiya sahibi bir fərd kimi yetişərlər.

j) Qədər birliyi əlaqəsi: Bu ailə fərdlərinin eyni aqibəti istəmələri, eyni istiqamətə yelkən açmaları anlamına gələr. Qədər birliyi münasibəti dünya həyatı ilə sərhədlənməyib daha irəlini – axirəti belə biri-birilə paylaşmağı gözə alan evlilərin qura bildiyi əlaqədir.


Tərcümə: Fa`ni/ Azerislam.com
Mənbə: Mustafa İslamoğu “Tövsiyyələr-2” kitabından seçmələr.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka